Məhkəmə qərarları › İş №2(026)-2/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-2/2021

05.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-2/2021 05.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, iddiaçı İddiaçı və cavabdeh X13 iştirakı ilə, İddiaçı cavabdeh X15 qarşı zəbt etdiyi torpaq sahəsindən məcburi çıxarılması, həmin sahədə inşa edilmiş tikilinin öz hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X15 qarşı zəbt etdiyi torpaq sahəsindən məcburi çıxarılması, həmin sahədə inşa edilmiş tikilinin öz hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayon X12 xx xxxxxx 1996-cı il tarixli 16 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə 3,50 hektar pay torpağı verilmişdir. Torpağa dair JN-3xx xxx 30700028 saylı Dövlət aktı vardır. Özünə məxsus əkin sahəsinə getmiş və torpaq sahəsində tikinti işlərinin aparıldığını görüb kim tərəfindən tikilməsi ilə maraqlandıqda isə ona tikinti işlərinin Qobustan şəhər sakini X19 tərəfindən aparıldığını demişlər. Bu barədə Əzamət Yaqubovun özünə, rayon bələdiyyəsinə və icra nümayəndəsinə məlumat vermiş, lakin Əzamət həmin torpaq sahəsinin özünə məxsus olduğunu deyərək zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmaq istəmir. Ona görə də X13 oğlunun ona məxsus torpaq sahəsindən məcburi çıxarılması, həmin sahədə inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X19 izahat verərək bildirdi ki, iddianı qəbul etmir, Qobustan rayon X12 xx xxxxxx 1996-cı il tarixli 16 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə 5,61 hektar pay torpağı verilmiş, ailə başçısı kimi atası X20 göstərilmişdir. İddia edilən torpaq sahəsinin onun özünə və ailə üzvlərinə məxsusdur. Həmin sahədə tikinti işləri aparmamış, lakin uzun illərdir ki, orada ağac yonca əkmişdir. Öz torpaq sahəsini tanıyır, İddiaçı məxsus torpaq sahəsinə girməmişdir. Buna görə də iddianın əsassız olduğu üçün rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-5xx xxx 30700028 saylı dövlət aktının surətindən görünür ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli 16 saylı qərarı ilə İddiaçı və onun 4 nəfərdən ibarət olan ailə üzvlərinə 3,50 hektar kənd təsərrüfatı məhsulları üçün torpaq sahəsi ayrılmışdır. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-5xx xxx 30700028 saylı dövlət aktının surətindən görünür ki, Qobustan rayon X12 xx xxxxxx 1996-cı il tarixli 16 saylı qərarı ilə X19 və onun 7 nəfərdən ibarət olan ailə üzvlərinə 5,61 hektar kənd təsərrüfatı məhsulları üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinin Qobustan şəhər sakini İddiaçı ünvanlandığı xx xxxxx 2019-cu il tarixli **********02 saylı məktubda göstərilir ki, İddiaçı ərizəsində göstərdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi üçün aidiyyatı üzrə ƏMDK-nin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Qobustan şəhər sakini İddiaçı ünvanlandığı xx xxxxx 2019-cu il tarixli **********55 saylı məktubda göstərilir ki, Qobustan rayonu Nərimankənd kəndi ərazisində JN-538 (kod 30700028) saylı xxxx ilə 538 nömrəli çevrədə ona və ailə üzvlərinə məxsus 0,60 ha pay torpaq sahəsinin sərhədlərinin naturada müəyyən olunmasına köməklik göstərilməsi barədə xx.xx.2019-cu il tarixli müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü hissəsinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçisinin sifarişi ilə aparılır və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən maliyyələşdirilir. Qeyd olunanları nəzərə alaraq Xidməti tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” X6 yerquruluşu işlərinin aparılması üçün sifariş verilməsi, eləcə də onun hesablaşma hesabına xidmət haqqının ödənilməsi üçün əlaqələndirilmənin təmin edilməsi məqsədilə JN-538 (kod 30700028) saylı “xxxx”nın əsli ilə MMC-nin ünvan 2 ünvanda yerləşən idarəsinə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Torpaqların Dövlət X14 Dövlət Agentliyinin Qobustan şəhər sakini İddiaçı ünvanlandığı 04 fevral 2019-cu il tarixli **********49 saylı məktubda göstərilir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən xx xxxxxx 2019-cu il tarixində Qobustan şəhərində Şamaxı, Ağsu və Hacıqabul rayonlarını əhatə etməklə keçirilmiş qəbul zamanı Qobustan şəhəri ərazisində İddiaçı məxsus pay torpaq sahəsində olimpiya kompleksi inşa olunarkən kompensasiyanın verilmədiyi və torpaq sahəsinin əvəzləşdirilmədiyi barədə ərizəsinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət X14 Dövlət Agentliyində baxılmışdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə uyğun olaraq müraciətə baxılması üçün aidiyyəti üzrə Qobustan Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İş materialarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Torpaqların Dövlət X14 Dövlət Agentliyinin Qobustan şəhər sakini İddiaçı ünvanlandığı xx xxxxx 2019-cu il tarixli **********51 saylı məktubunda göstərilir ki, Qobustan şəhəri ərazisində mülkiyyətinizdə olan torpaq sahəsində olimpiya idman kompleksi inşa edildiyi üçün torpaq sahəsinin əvəzləşdirilməsi və ya kompensasiyanın ödənilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş xx xxxxx 2019-cu il tarixli teleqrama Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət X14 Dövlət Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin tələblərinə uyğun olaraq torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Tərəflər müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə razı olmadıqda isə mübahisələrə qanunvercilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Eyni zamanda bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10cu maddəsinə uyğun olaraq müraciətinə baxılması üçün Qobustan rayon icra hakimiyyətinə göndərildiyi barədə agentliyin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə məlumat verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/2156 nömrəli rəyində göstərilir ki, araşdırma zamanı 1-ci sual üzrə mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli **********78 saylı mütəxəssis rəyinə əsasən, X19 tərəfindən tikinti işlərinin aparılması iddia edilən torpaq sahəsinin (Cavabdeh adına JN-5xx xxx 30700028 və İddiaçı adına JN-5xx xxx 30700028 nömrəli olan) Dövlət aktlarına və elektron kadastr məlumat bazasına əsasən, İddiaçı məxsus olmadığı müəyyən edilmişdir. 2-ci sual üzrə mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı (Dövlət aktı JN-5xx xxx 30700028) ilə cavabdeh X13 (Dövlət aktı JN-5xx xxx 30700028) pay torpaq sahəsi sənəd üzrə üst-ütə düşmür və əlavə edilmiş sxemlərdən göründüyü kimi onların pay torpaqları arasında bir neçə mülkiyyətçinin torpaqları yerləşir. Təqdim edilmiş Dövlət aktlarında mövcud koordinat sisteminin, hüquqları qeydiyyata alınaraq çıxarış və plan-ölçünün olmaması, pay torpaqlarının bölgü layihəsi (DWJ materialları) ilə natura arasında uyğunsuzluğun olması, ərazidə Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinin müddəalarına əməl edilmədən qanunsuz tikililərin aparılması nəticəsində situasiyaların dəyişməsi səbəbindən Dövlət aktlarına əsasən pay torpaqlarının sərhədlərini naturada dəqiq (koordinatla) müəyyən etmək mümkün olmadı. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Qobustan rayon X12 xx xxxxxx 1996-cı il tarixli 16 saylı qərarı ilə İddiaçı və onun 4 nəfər ailə üzvlərinin xüsusi mülkiyyətinə 3,50 ha pay torpağı verilmişdir. Cavabdeh X19 tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsi tutularaq istifadə olunmamışdır. Araşdırma ilə müəyyən olunmuşdur ki, X3 Əziz Əzizxan oğlu və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini zəbt etməmiş və heç bir tikili inşa etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məsəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı X15 qarşı ona məxsus torpaq sahəsindən məcburi çıxarılması, həmin sahədə inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbi əsassız olduğundan rədd edilməlidir, 100 manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdeh X15 qarşı ona məxsus torpaq sahəsindən məcburi çıxarılması, həmin sahədə inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbi əsassız olduğundan rədd edilsin. İddiaçı 100 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev İş № 2-(026)-12/2020 İCRA VƏRƏQƏSİ Qobustan şəhəri xx xxxx 2020ci il X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X16 və X8 qarşı ona məxsus torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsinə baxaraq ((iddiaçının və cavabdehin adı) qərara aldı: İddia təmin edilməsin. X1 100 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən məhkəmə icraçılarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Məhkəmə icraçılarına öz vəzifələrini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. Məhkəmə icraçısının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı, ünvanı, bankın hesablaşma hesabının №:-si__________ X18 – xx xxx 1957-ci ildə Şamaxı rayonunun Qurbançı kəndində anadan olmuş, Qobustan rayonunun Qurbançı kəndində qeydiyyatdadır. Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi – Bakı şəhəri, Xaqani küçəsi 24 İcra vərəqəsi xx xxxx 2020-ci il tarixdə verilmişdir. Məhkəmə möhürünün yeri hakim AZƏRBAYCAN RESPUBLİKASİ QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan ş.M.Ə. Sabir küç. 29 a Telefon: (020)245-27-98 № 2 (026)-12/2020 “03” iyun 2020-ci il X5 X9 X10 Qobustan rayonu Qurbançı kəndi Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin surəti sizə göndərilir. Qoşma: “02” vərəqədə (hər bir ünvana ayrı-ayrılıqda) Məhkəmənin sədri: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar