Məhkəmə qərarları › İş №2(026)-20/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-20/2021

18.02.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-20/2021 18.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1783,2 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq “İddiaçı” İB-nin xeyrinə ödənilməsi tələbi ilə Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı “İddiaçı” İstehsalat Birliyi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh “İddiaçı” İstehsalat Birliyinin Bakı X1 Departamentində qeydiyyatda olmaqla xx xxxxx 2016-cı il tarixli ***-**-** saylı müqavilə əsasında təbii qazdan fasiləsiz istifadə etmişdir. Həmin ünvana “İddiaçı” İstehsalat Birliyinin Bakı X1 Departamenti tərəfindən **********00140 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh istixanada qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etmiş, lakin tam ödəniş edilməmişdir. Cavabdeh tərəfindən istifadə olunmuş təbii qazdan dəyərinin tam şəkildə ödənilməsi ilə əlaqədar olaraq xx xxxxxxxx 2020-ci il tarixdə 1783,2 manat borcu qalmışdır. Cavabdeh ”Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh təbii qazdan istifadəyə görə 1783,2 manat borcu qalmışdır. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1783,2 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq “İddiaçı” İB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İddiaçı” İB-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, təbii qazdan istifadəyə görə yaranmış 1783,2 manat borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx xxxxx 2016-cı il tarixli ***-**-** saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, “İddiaçı” İstehsalat Birliyi ilə Cavabdeh arasında qazın alqı-satqısı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq islehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müəyyən olundu ki, «İddiaçı» İstehsalat Birliyinin Bakı X1 Departamenti tərəfindən Cavabdeh yaşadığı ünvanında qaz sayğacı quraşdırılmış, qeyd olunan ünvanda istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində **********00140 hesab nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh istixanada qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etmiş, lakin tam ödəniş edilməmişdir. Cavabdeh tərəfindən istifadə olunmuş təbii qazdan dəyərinin ödənilməsi ilə əlaqədar olaraq xx xxxxxxxx 2020-ci il tarixə 1783,2 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.l-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının xx xxxx 1998-ci il tarixli Qanunun 3-cü maddəsinin 7-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydalarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin xx xxxxx 2016-cı il tarixli, 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.l-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1783,2 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb «İddiaçı» İstehsalat Birliyinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1783,2 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb «İddiaçı» İstehsalat Birliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar