Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-207/2024 09.07.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və müdafiəçisi Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evin boşaldılması və ev əşyalarının təhvil verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bacısı İddiaçı ilə aralarında Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində yerləşən 64 saylı fərdi yaşayış evinə dair 10 noyabr 2000-ci il tarixli alqısatqı müqaviləsinin bağlanması faktının tanınması və həmçinin onun həmin mənzilə mülkiyyət hüququnun tanınması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qəniyeva X8 rayonu, Qobustan şəhəri H. Əliyev prospektində yerləşən, həyat yoldaşı X31 ilə birgə nikah dövründə aldıqları 64 saylı evdən bacısı Cavabdeh ailəsi ilə birlikdə çıxarılması, evin boşaldılması, həmin evdə olan və bacısı Yazgül tərəfindən ələ keçirilmiş ev əşyalarının ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bacısı İddiaçı ilə aralarında Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində yerləşən 64 saylı fərdi yaşayış evinə dair 10 noyabr 2000-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması faktının tanınması və həmçinin onun həmin mənzilə mülkiyyət hüququnun tanınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı ilkin iddianı onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X31 ilə birgə nikah dövründə 1990-cı ilin noyabr ayında Qobustan şəhəri, H.Əliyev prospekti 64 ünvanında yerləşən yaşayış evini almışlar və həmin evdə yaşamışlar. 25 il bundan əvvəl 1999-cu ildə işləmək məqsədi ilə ailəsi ilə birlikdə Rusiya Federasiyasının Pskov şəhərinə köçmüş və orada işləmişlər. Rusiyaya gedən zaman, bacısı Yazgül evləri olmadığına görə onlara məxsus evdə müvəqqəti oturmağa icazə vermələrini ondan xahiş etmiş, o, da bacısı olduğuna görə onlara müvəqqəti yaşamağa icazə vermişlər. Özünə məxsus əşyaların bir hissəsini bir otağa yığaraq qalan əşyaları işlətmək üçün Yazgülün istifadəsinə vermişdir. Yazgül ondan razı qalaraq ona nə vaxt geri qayıdarlarsa evi təhvil verəcəyini, boşaldacağını bildirmişdir. İş elə gətirdi ki, 2023-cü ilin mart ayında əri Çingiz vəfat etmiş və Çingizi gətirib Qobustan rayonunda dəfn etmişlər. Hüzür məclisini də öz evlərində vermişlər. Həmin vaxtı Yazgülə bildirmişdir ki, evi boşaltmaq lazımdır. Yazgül də onunla razılaşaraq bildirdi ki, oğlu hərbi xidmətdədir, qayıtsın evi boşaldacaq. Qızıyla birlikdə Rusiya Federasiyasına qayıtmış və 2024-cü ilin mart ayında Çingizin il mərasimini vermək üçün Azərbaycana qayıtmışlar. Yenidən Yazgülə və əri Qədimə Çingizin yas mərasimini vermək üçün evlərinə gəldiklərini bildirdikdə isə onlar “sizin eviniz yoxdur”- deyərək onları evə buraxmamışlar. Ona görə də məsələnin məhkəmə qaydasında həll edilməsi zərurətində qalmışdır. Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində yerləşən, həyat yoldaşı X31 ilə birgə nikah dövründə aldıqları 64 saylı evdən bacısı Cavabdeh ailəsi ilə birlikdə çıxarılması, evin boşaldılması, həmin evdə olan və bacısı Yazgül tərəfindən ələ keçirilmiş ev əşyalarının ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və müdafiəçisi Vəkil2 ilkin iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı mərhum həyat yoldaşı X31 ilə birgə nikah dövründə 1990-cı ilin noyabr ayında Qobustan şəhəri, H.Əliyev prospekti 64 ünvanında yerləşən fərdi yaşayış evini Xiteyeva Mariyadan almışdır. 1999-cu ilə kimi həmin evdə yaşadıqdan sonra Soltanxanım və əri Çingiz 1999-cu ildə işləmək məqsədi ilə Rusiya Federasiyasının Pskov şəhərinə köçmüş və orada yaşamışlar. Soltanxanımın bacısı Yazgül Qobustan şəhərində olan evini sataraq Bakı şəhərinə köçmüş və sonradan Qobustan rayonuna qayıtmışdır. Həmin vaxtı Yazgülün yaşamağa yeri olmadığından bacısı Soltanxanıma evində qalmasına icazə verməsini xahiş etmişdir. Soltanxanım da ona evində qalmasına razılıq vermişdir. 2023-cü ilin mart ayında Soltanxanımın əri Çingiz vəfat etmiş və Çingizi gətirib Qobustan rayonunda dəfn etmişlər. Hüzür məclisini də öz evlərində vermişlər. Həmin vaxtı Yazgülə bildirmişdir ki, evi boşaltmaq lazımdır. Yazgül də onunla razılaşaraq bildirdi ki, oğlu hərbi xidmətdədir, qayıtsın evi boşaldacaq. Soltanxanım qızıyla birlikdə Rusiya Federasiyasına qayıtmış və 2024-cü ilin mart ayında Çingizin il mərasimini vermək üçün Azərbaycana qayıtmışlar. Yenidən Yazgül və əri Qədimə Çingizin yas mərasimini vermək üçün evlərinə gəldiklərini bildirdikdə isə onlar “sizin eviniz yoxdur” -deyərək onları evə buraxmamışlar. Buna səbəb isə Yazgüllə Soltanxanım arasında qız üstündə düşən mübahisələri olmuşdur. Belə ki, Yazgül oğluna Soltanxanımın qızını almaq istəmiş, lakin Soltanxanımın qızı xalası oğlu ilə evlənmək istəməmişdir. Qobustan rayonunda evlərin qeydə alınması üçün əhalinin siyahıya alınması aparılmış və həmin zaman Yazgül Soltanxanıma məxsus evdə yaşadığından 18-19 ha həyətyanı torpaq sahəsinin 0,06 ha torpaq sahəsinə dair şəhadətnamə qanunsuz olaraq Yazgülün adına verilmişdir. Qobustan şəhəri, H.Əliyev prospekti 64 ünvanında yerləşən fərdi yaşayış evi 1976-cı ilə Xiteyeva Mariyanın adına rəsmiləşdirilmiş və 1990-cı ildə həmin evi X41 almışdır. Yazgülün iddiasında və Vəkil1 izahatında Çingizin Kəmalədən olan uşağının saxlanılması üçün məhkəmə qərarı ilə aliment borcu olduğunu söyləsə də, bunlar həqiqəti əks etdirmir. Çünki Çingiz heç vaxt aliment ödəməmişdir. Ona görə də ilkin iddianın təmin olunmasını və qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı ona qarşı “evin boşaldılması və ev əşyalarının təhvil verilməsi” tələbi barədə məhkəməyə müraciət etmişdir. Bacısı Soltanxanımın iddiası tamamilə qanunsuz və əsassızdır. İddiaçı onun bacısıdır. Onun mərhum həyat yoldaşı X31 bacısından başqa ikinci bir Kəmalə adlı bir qadınla da faktiki nikah münasibətlərinə daxil olmuşdur və bu nikahdan onların övladı olmuşdur. Kəmalə mərhum Çingizə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə həmin uşağın saxlanması üçün Çingizdən alimentin tutulması qət edilmişdir. 2000-ci ildə də Çingizin aliment borcu yaranmışdır. Bacısı ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmək istəyirdilər. Lakin Çingizin aliment borcuna görə tutulmaq qorxusu olduğu üçün onlar həmin bu evi satmaq qərarına gəlmişlər. Həmin vaxtı evi 2000-ci ilin oktyabr ayında Soltanxanım və onun həyat yoldaşı Çingizdən 2700 ABŞ dollarına almışlar. Aralarında rəsmi olaraq alqı-satqı müqaviləsi bağlanmasa da, evə görə pulun ödənməsində hər ikisinin qohumları X18, X12, X32 və X20 iştirak etmişdilər. Bu faktı həmin şəxslər də bu gün təsdiq edə bilərlər. Evdə olan əşyaları isə Soltanxanım başqa şəxslərə satmışdır. Həmin vaxtdan hazıra kimi Soltanxanım evin alqı-satqısı barədə onlara heç bir söz deməmiş və ev barəsində heç bir söz-söhbət etməmişdir. Mübahisə olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də onun mülkiyyətindədir. Həmin sənəd Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 10 sentyabr 2009-cu il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək verilmişdir. Fərdi yaşayış evinin dəyəri cavabdehə tam şəkildə ödənildiyi üçün artıq həmin fərdi yaşayış evinə onun mülkiyyət hüquqları yaranmışdır. Lakin 2000-ci ildə həmin bu fərdi yaşayış evinin dövlət reyestrindən çıxarışı olmadığı üçün və həmçinin cavabdeh evi onlara satdıqdan sonra Rusiya Federasiyasına köçdüyü üçün bu mənzilə dair notariat qaydada alqı-satqı müqaviləsinin bağlanması, həm də bu vaxta qədər bu evlə əlaqədar cavabdehlə aralarında hər hansi mübahisə olmadığı üçün bu evin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə zərurət yaranmamışdır. Cavabdeh doğma bacısı olduğu üçün aralarında bir neçə yaxın qohumlarının iştirakı ilə şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin doğma bacısının ona qarşı belə haqsız və ədalətsiz iddia ilə məhkəməyə müraciət etməsi ona halhazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinə məcbur etmişdir.Ona görə də İddiaçı ilə aralarında Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində yerləşən 64 saylı fərdi yaşayış evinə dair 10 noyabr 2000-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması faktının tanınması, onun həmin mənzilə mülkiyyət hüququnun tanınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 ilkin iddianı qəbul etməyərək izahatında göstərdi ki, ilkin iddia üzrə Cavabdeh İddiaçı ilə doğma bacıdır. İddiaçı əri X7 adlı bir qadınla faktiki nikah münasibətlərinə daxil olmuş və bu nikahdan onların övladı olmuşdur. Kəmalə mərhum Çingizə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə həmin uşağın saxlanması üçün Çingizdən alimentin tutulması qət edilmişdir. 2000-ci ildə Çingizin aliment borcu yaranmışdır. X43 Federasiyasına getmək istəsələr də Çingizin alıment borcu olduğuna görə ölkədən çıxmağa qorxmuşdur. Aliment borcunu ödəmək üçün həmin bu evi satmaq qərarına gəlmişlər. Həmin vaxtı evi Yazgül 2000-ci ilin oktyabr ayında bacısı Soltanxanım və onun həyat yoldaşı Çingizdən 2700 ABŞ dollarına almışlar. Aralarında rəsmi olaraq alqı-satqı müqaviləsi bağlanmasa da, evə görə pulun ödənməsində hər ikisinin qohumları X18, X12, X32 və X20 iştirak etmişdilər. Bu faktını həmin şəxslər də bu gün təsdiq edə bilərlər. Evdə olan əşyaları isə Soltanxanım başqa şəxslərə satmışdır. Həmin vaxtdan hazıra kimi Soltanxanım evin alqısatqısı barədə onlara heç bir söz deməmiş və ev barəsində heç bir söz-söhbət etməmişdir. Mübahisə olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də Yazgülün mülkiyyətindədir. Həmin sənəd Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 10 sentyabr 2009-cu il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək verilmişdir. İddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. X3 ifadə verərək göstərdi ki, İddiaçı ilə Cavabdeh doğma bacıdır. Təxminən 20 il bundan əvvəl Soltanxanım, onun əri Çingiz və Yazgül əri əri Qədimlə onlara gəlmiş və Soltanxanımın evini almaq istədiklərini bildirmişlər. Həmin vaxtı Yazgülün əlində kağız parçasına bükülmüş pul da vardır, lakin pulun məbləğini bilmir. Soltanxanım və Yazgül bir otağa girərək daşındıqdan sonra onların olduqları otağa girərək bir-birlərinə evin alınması barədə xeyir dua verdilər. Həmin vaxtdan çox müddət keçdiyinə görə məbləğ dəqiq yadında qalmamışdır, Lakin 2700 və 2300 manat söhbəti getmişdir. Soltanxanıma məxsus ev əşyaları hələ də Yazgül yaşayan evdədir. Həmin vaxtdan Yazgül ailəsi ilə birlikdə orada yaşayır. X4 ifadə verərək göstərdi ki, iddiaçı Soltanxanımla cavabdeh Yazgül bacıdırlar. Onlar hər ikisi onun ərinin qohumudur və münasibətləri həmişə normal olub. 2000-si ildə Çingiz arvadı Soltanxanımla birlikdə Rusiya Federasiyasına köçmək istədiklərindən evlərini, inəklərini və evdə olan əşyalarını satmışlar. Həmin vaxtı Soltanxanıma məxsus bir inəyi onlar almış, evi isə Soltanxanımın bacısı Yazgül almışdır. Evin alınıb-satılması isə onun evində Çingiz və Qədim arasında aparılmışdır. Soltanxanım evə 3000 manat qiymət qoysa da Yazgülün əlində 2700 manat pulu olduğuna görə evin alınması üçün 2700 manata razılaşmasını Soltanxanımdan xahiş etmiş, Soltanxanım da razılaşmışdır. X10 ifadə verərək göstərdi ki, Soltanxanım və Yazgül onun doğma bacılardır. Münasibətləri normaldır. Soltanxanım 2000-ci ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçüb getmək istədiyinə görə ev əşyalarını başqa adamlara, inəyini əmisi Qeybəli İsmayılova, evini isə bacısı Soltanxanıma satmışdır. Evin alqı-satqısı əmisi Qeybəlinin evində baş tutmuşdur. Həmin vaxtı evdə əmisi arvadı Gülçöhrə, bacısı Soltanxanım, Çingiz, əri digər bacısı Yazgül, Qədim də olmuşdur. Çingizlə Qədim evin qiymətini 2700 ABŞ dollarına razılaşmışlar və heç bir dövlət orqanına getmədən öz aralarında razılaşaraq hallaşmışlar. Həmin vaxtdan bu günə kimi Yazgül ailəsi ilə birlikdə həmin evdə yaşayır. Bu vaxta kimi bacılar arasında heç zaman ev söhbəti olmayıb. 2023-cü ildə Çingiz rəhmətə getdikdən sonra onu Azərbaycana gətirmişlər, Çingizin 40 günə kimi yas mərasimi Yazgülün evində keçirilmişdir. Lakin hüzur vaxtı Soltanxanım Yazgülə evindən çıxmasını, evin ona məxsus olduğunu dedikdən sonra bacılar arasında mübahisə yaranmışdır. Ona görə də, Yazgül Çingizin ilinin onun evində verilməsinə icazə verməmişdir. X15 ifadə verərək göstərdi ki, arvadı Yazgülün bacısı Soltanxanım 2000-ci ildə Rusiya Federasiyasına getmək istədiyinə görə evini satmaq istəmişdir. Onlar da həmin evi Soltanxanımdan almaq üçün Soltanxanımın əmisi Qeybəli İsmayılovun evinə getmişlər. Çingizlə razılaşdıqdan sonra 2700 ABŞ dolları pul sayıb Çingizə verərək öz aralarında sözlə alqı-satqı razılaşmasına gələrək evi Çingizdən almışdır. Həmin vaxtı onların yanında Gülçöhrə, Soltanxanım, Yazgül və Leyla olmuşdur. Həmin vaxtdan ailəsi ilə birlikdə həmin evdə yaşayır. Bu vaxta kimi onların arasında ev barəsində heç bir söz-söhbət olmamışdır. 2023-cü ildə Çingiz rəhmətə getdikdən sonra onu Azərbaycana gətirmişlər, Çingizin 40 günə kimi yas mərasimi onun evində keçirilmişdir. Lakin hüzur vaxtı Soltanxanım Yazgülə evindən çıxmasını, evin ona məxsus olduğunu dedikdən sonra onların arasında mübahisə yaranmışdır. Ona görə də, Çingizin ilinin onun evində verilməsinə icazə verməmişdir. X2 ifadə verərək göstərdi ki, Soltanxanın və Yazgül onun ərinin bacılarıdır. Soltanxanım 2000-ci ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmək istədikləri üçün özlərinə məxsus evi satdıqlarına görə Yazgül və əri Qədim də evi almaq istəmişlər. Həm Soltanxanım gili yola salmaq, həm də, evin alınması məqsədilə əmisi Qeybəlinin evinə yığılmışlar. Həmin gecə onların yanında Çingizlə Qədin arasında evin alqı-satqısı üçün söhbətlər aparılaraq Qədim 2700 ABŞ dolları pul sayıb Çingizə verdi. Hazıra kimi Qədim ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. X6 ifadə verərək göstərdi ki, X37 onun xalası oğludur. Qədim Qobustan rayonununda olan evini satıb Bakı şəhərində ev almış və köçüb orada yaşamağa başlamışdır. Lakin bir müddətdən sonra qonşusu ilə münasibətləri pozulduğuna görə evini satıb Qobustan rayonuna qayıtmışdır. 2000-ci ildə Qədim ona bacanağı Çingizin evini satdığını və həmin evi almaq istədiyini ona dedikdə, Qədimə Müşfiq qəsəbəsindən ev almasını təklif etmişdir. Lakin Qədim onun təklifini rədd edərək Çingizin evini almaq istədiyini ona bildirmişdir. Sonradan Qədim ona Çingizin evini 2700 ABŞ dollarına aldığını ona demişdir. O, isə Qədimə sonradan aralarında söz-söhbət olmaması üçün evin alqı-satqısını dövlət orqanlarında rəsmiləşdirmələrini dedikdə isə Qədim bacanağının yaxşı insan olduğunu və arvadlarının da mehriban bacı olduqlarını, buna görə də heç bir söz-söhbət olmayacağını ona demişdir. X11 ifadə verərək göstərdi ki, İddiaçı onun mərhum qardaşı Çingizin həyat yoldaşıdır. Soltanxanım ailəsi ilə birlikdə 1999-cu ildə işləmək məqsədi ilə müvəqqəti olaraq Rusiya Federasiyasına getmişlər. Onlar evlərini Yazgülə satmamışlar. Yazgül Soltanxanıma zəng vuraraq hasarın uçduğunu demiş, Soltanxanım da hasarın tikilməsi üçün Yazgülə 700 ABŞ dolları pul göndərmişdir. Lakin Yazgül hasarı tikməyərək həyətdə Çingizə məxsus həyətdə çardaq tikdirmişdir. Yazgül həmin evdə kirayənişin kimi otursa da, Soltanxanıma evdən istifadə etdiyi üçün pul verməmişdir. Bunu nə qardaşı Çingiz, nə də Yazgülün bacısı Soltanxanım istəməmişdir. Onlar evi Yazgülə satmamışlar. Əgər satsaydılar onların da məlumatları olardı. Çingizin Kəmalədən uşağına ödəməli olduğu aliment borcuna görə evini satdığını bildirilsə də, lakin Çingiz övladının saxlanılması üçün Kəmaləyə heç zaman aliment ödəməmişdir. Kəmalənin atası və qardaşları ona ev tikmiş və uşağını saxlamaq üçün Kəmaləyə valideynləri kömək etmişdir. Çingiz dünyasını Rusiya Federasiyasında dəyişmiş və vəsiyyət etmişdir ki, onu öz evindən yəni, Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində yerləşən özlərinə məxsus 64 saylı evdən götürsünlər. Lakin Yazgül buna imkan vermədiyinə görə qardaşının cənazəsi onun evindən götürülmüşdür. Lakin sonradan Soltanxanım Yazgüllə danışdıqdan sonra qardaşının yas mərasimi həmin evdə keçirilmişdir. Çingizin maddi vəziyyəti həmişə yaxşı olub, onun heç vaxt pula ehtiyacları olmamışdır ki, evini satsın. X1 ifadə verərək göstərdi ki, 1993-cü ildə X21 ilə evlənmiş və Eldənizin valideynlərinə məxsus evə gəlin gəlmişdir. Hazırda da həmin evdə yaşayır. O, gəlin gələrkən ərinin bacısı Soltanxanımın Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində 64 saylı evi var idi. Həmin həyətdə hətta iki ev vardı. Çingiz və Soltanxanımın övladları olmadığına görə Çingizin ailəsi onların evinə söz-söhbət salırdılar. Ona görə də Çingiz Soltanxanımla birlikdə Rusiya Federasiyasına getmək qərarına gəlmişdir. Onlar edən gedərkən Soltanxanım evin açarlarını anasına verərək evin havalandırılmasını və evdə olan yorqan-döşəklərin havaya verilməsini onlardan xahiş etmişdir. Soltanxanımın bacısı Yazgül Bakı şəhərinə köçmək istədikləri üçün Qobustan şəhərinin “SON” adlanan ərazisində olan evini satmışdır. Lakin işləri alınmadığına görə Soltanxanımın anasının yanına gəlib qalmağa yerləri olmadığına görə müvəqqəti olaraq Soltanxanıma məxsus evdə qalmağa ona icazə verməsini xahiş etdiyinə görə qayınanası Soltanxanıma məxsus əşyaların olduğu evin açarlarını Yazgülə vermişdir. Həmin vaxtdan da hazıra kimi Yazgül ailəsi ilə birlikdə həmin evdə yaşayır. Soltanxanım və onun əri Çingiz hər dəfə Azərbaycana gələndə öz evlərinə düşür və orada qalırdılar. 2023-cü ilin yazında Çingizin səhhətində problem yaranmışdır və öləndə onun rayona gətirilib orada dəfn olunmasını istədiyinə görə qardaşına Soltanxanımın dediyinə görə 700 ABŞ dolları pul göndərərək həyətində naves tikməsini xahiş etmiş, Çingizin qardaşı da Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində 64 saylı evin həyətində naves tikdirmişdir. Çingiz 2023-cü ilin payızında vəfat etmiş və onun yas mərasimi də həmin evdə keçirilmişdir. Yas mərasimi zamanı yasa gələn adamların oturması üçün otaqların boşaldılması vacib olduğundan Çingiz və Soltanxanıma məxsus bəzi əşyalar onların evinə yerləşdirilmişdir. Çingizin maddi imkanı normal olduğuna görə onun evi satmasına heç bir ehtiyac olmamışdır. Yazgülə evi müvəqqəti yaşamaq üçün vermişlər və evi Soltanxanım deyil, anası vermişdir. Bu günə kimi Yazgül həmin evdə və həyətdə bir abadlıq işi aparmamışdır. X16 ifadə verərək göstərdi ki, İddiaçı onun mərhum qardaşı Çingizin həyat yoldaşıdır. Soltanxanım ailəsi ilə birlikdə 1999-cu ildə işləmək məqsədi ilə müvəqqəti olaraq Rusiya Federasiyasına gedərkən evini müvəqqəti olaraq bacısı Yazgulə evmiş və Yazgül də ailəsi ilə köçüb həmin evdə yaşamışdır. 2023-cü ildə qardaşı Çingiz vəfat etmişdir və onun cənazəsi Rusiyadan Azərbaycana gətirilmişdir. Qardaşının bütün yas mərasimi də həmin evdə keçirilmişdir. Soltanxanımın evi Yazgülə satmasını eşitməmişdir. X17 ifadə verərək göstərdi ki, X23 əridir. İddiaçı Soltanxanım isə Rənanın mərhum qardaşı Çingizin arvadıdır. O, Rənayla evləndikləri vaxtdan Çingiz və Soltanxanım Rusiyada yaşadıqlarına görə onlarla münasibəti sıx olmamışdır. Lakin 2023-cü ilində Çingiz vəfat edərkən onu dəfn etmək üçün Azərbaycana gətirmişdirlər. O, da elin adətinə uyğun qohum kimi həmin yas məclisində iştirak etmişdir. Yas mərasimi 40 günü də daxil olmaqla Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində 64 saylı evdə yəni, Çingizə məxsus evdə keçirilmişdir. Yas mərasimi zamanı Yazgülün əri həyətdə olan çardağın Çingiz tərəfindən tikdirildiyini ona demişdir. Çingizin ölümünün bir ilinə bir-neçə gün qalmış Soltanxanıma kömək məqsədi ilə həmin ünvanda yerləşən evə getmişdir və həmin vaxtı Soltanxanımla Yazgül arasında olan mübahisənin şahidi olmuşdur. Belə ki, Yazgül Soltanxanıma “gedək notariusda evi mənim adına keçirt, sonra isə il mərasimini bu evdə keçirməyə sənə icazə verim”-demiş, Soltanxanım isə Yazgülə “ev mənim olduğu halda hansı ixtiyarla mənə icazə vermirsən ki, il mərasimini həmin evdə keçirim” demişdir. Bundan sonra Yazgül Soltanxanıma isə ona satdığını demişdir. Soltanxanım isə əsəbiləşərək “allahdan niyə qorxmursan, hamıya evi almaq üçün mənə guya gah 1500 pul verdiyi, gah da 3500 manat pul verdiyini deyirsən. Mən sənə 6500 manat pul vermişəm ki, evladlarının toyunu edəsən” demişdir. Yazgül ona imkan vermədiyinə görə il mərasimi Çingizin atası Ataxanın həyətində keçirildi. X5 ifadə verərək göstərdi ki, İddiaçı və Cavabdeh onun bacılarıdır. X26 ailə olub və onların övladları olmayıb. Soltanxanım Çingizlə birgə nikah dövründə Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində 64 saylı evi almışlar. Soltanxanım Çingizlə birlikdə 2000-ci ildə müvəqqəti yaşamaq üçün Rusiya Federasiyasına getmişlər. Onlar evdən çıxarkən evin açarlarını onun anasına vermişlər. Digər bacısı Yazgül Qobustan şəhərində olan evini sataraq ailəsi ilə birlikdə Bakı şəhərinə getmiş, iki ilə yaxın qaldıqdan sonra yenidən Qobustana gələrək qalmaq üçün ev axtaran zaman anası Soltanxanıma və Çingizə məsləhət etmədən onlara məxsus evin açarlarını Yazgülə vermişdir. Yazgül hazıra kimi də həmin evdə yaşayır. Çingiz və Soltanxanım evi Yazgülə satmamışlar. Soltanxanım bacılarına dəfələrlə pul göndərmiş və geri istəməmişdir. Soltanxanım bacısı Yazgülə də bir neçə dəfəyə yəni, övladlarının toyunda və qeyri-vaxtlarda hədiyyə olaraq 6000 manat pul göndərmişdir. 2023-cü ildə Çingiz vəfat edərkən onun yas mərasimi həmin evdə keçirilsə də, il mərasimini keçirməyə Yazgül imkan vermədiyinə görə Çingizin ili onun həyətində keçirilmişdir. Soltanxanım evini Yazgülə satmamışdır. Çünki onların pulu ehtiyacları yox idi. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia və qarşılıqlı iddia təmin olunmamalıdır. Belə ki, ilkin iddiaçı və qarşılıqlı iddiaçı tərəfindən iddia edilən Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində yerləşən 64 saylı fərdi yaşayış evinə dair hər-hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamışdır. İş materiallarına əlavə olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, 1976-cı ildə Mərəzə qəsəbəsi Xnıkina 64 ünvanında olan ev Mariya Xiteyevanın adınadır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü haqqında sənəddən görünür ki, Qobustan rayonu Aqrar İslahat Komissiyasının 22 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə Cavabdeh Mərəzə qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi verilmişdir. Qobustan rayon İHB-ın Qobustan şəhəri üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 aprel 2024-cü il tarixdə verilmiş 537 saylı arayışdan görünür ki, Cavabdeh , əri X37 və oğlu X45 ilə birlikdə Qobustan şəhəri, H.Əliyev prospekti 64 ünvanında yerləşən yaşayış evində qeydiyyatdadır və orada yaşayırlar. Qobustan rayonu Qobustan şəhər sakinləri X13, X14, X40, Tapdıqov Elşad Babaşərif oğlu və X24 27 mart 2024-cü il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-ın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təsdiq etdiyi aktdan görünür ki, X37 2000-ci il tarixdən öz ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı cavabdehə qarşı cavabdehin evin boşaldılması və ev əşyalarının təhvil verilməsini tələb etdiyi ünvan 3 evdə Cavabdeh faktiki olaraq yaşayır. Azərbaycan Respublikası Mülki Məsəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ—əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquqi münasibətlər ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquqi münasibətləri ilə mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsə mülkiyyət hüququ vardır. Konstitusiyanın 29.2-ci maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin İ bəndinə görə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 71-ci maddəsinin Vİİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində yerləşən, həyat yoldaşı X31 ilə birgə nikah dövründə aldıqları 64 saylı evdən bacısı Cavabdeh ailəsi ilə birlikdə çıxarılması, evin boşaldılması, həmin evdə olan və bacısı Yazgül tərəfindən ələ keçirilmiş ev əşyalarının ona təhvil verilməsi tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bacısı İddiaçı ilə aralarında Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində yerləşən 64 saylı fərdi yaşayış evinə dair 10 noyabr 2000-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması faktının tanınması və həmçinin onun həmin mənzilə mülkiyyət hüququnun tanınması faktının müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində yerləşən, həyat yoldaşı X31 ilə birgə nikah dövründə aldıqları 64 saylı evdən bacısı Cavabdeh ailəsi ilə birlikdə çıxarılması, evin boşaldılması, həmin evdə olan və bacısı Yazgül tərəfindən ələ keçirilmiş ev əşyalarının ona təhvil verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bacısı İddiaçı ilə aralarında Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində yerləşən 64 saylı fərdi yaşayış evinə dair 10 noyabr 2000-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması faktının tanınması və həmçinin onun həmin mənzilə mülkiyyət hüququnun tanınması faktının müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-207/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-207/2024
09.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver