Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-235/2024 15.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması və mirasın qəbul edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması və mirasın qəbul edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxx 1991-ci ildə Şamaxı rayonunun Astraxan kəndində anadan olmuş, hazırda Qobustan rayonunun Hilmilli kəndində yaşayır. Azərbaycan dilini yaxşı bilir və sərbəst danışır. Yaxın qohumu X2 Qobustan rayon İHB-nın Hilmilli kənd inzibati ərazi dairəsi nümayəndəsinin 17 may 2013cü il tarixli 02 nömrəli vəsiyyətnaməsinə əsasən anası X5 miras əmlakının tam hissəsində pay almışdır və buna dair 04 iyun 2014-cü ildə Sumqayıt Regional “ASAN xidmət” mərkəzində vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Anası X11 2019-cu ildə vəfat etdikdən sonra 13 dekabr 2022-ci il tarixdə torpağı öz adına rəsmiləşdirmişdir. Qobustan rayonunun Hilmilli kəndində yerləşən mərhum X3 məxsus 0,184 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 45,8 kv.m olan fərdi yaşayış evinə vərəsəlik hüququ əldə etmək üçün 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etmişdir. 29 fevral 2024-cü il tarixli 531 saylı məktubda müddətin buraxıldığı göstərilərək məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan dilini yaxşı bilməsinə baxmayaraq qanunun tələbindən xəbəri olmayıb. Ona görə də məsələnin məhkəmə müstəvisində həll olunması zərurəti yaranıb. Qobustan rayonunun Hilmilli kəndində yerləşən yaxın qohumu X3 məxsus 0,184 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 45,8 kv.m olan fərdi yaşayış evinə miras əmlakın qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzinin Notariat ofisinin nümayəndəsi məhkəməyə ərizə göndərərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. X6 ifadə verərək göstərdi ki, Ərizəçi Qobustan rayonunun Hilmilli kəndində onunla qonşuluqda yaşayır və Azərbaycan dilində sərbəst danışır. Vasilinin yaxın qohumu X2 vəsiyyətnaməsinə əsasən Vasilinin anası X5 miras əmlakı tam hissəsində pay almışdır. X11 2019-cu ildə vəfat etmişdir. X3 məxsus 0,184 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 45,8 kv.m olan fərdi yaşayış evi vardır. X4 X7 xalası olmuşdur, Vasiliyin anası Ukleina ilə birlikdə yaşamışdır. Vasilinin anası Ukleina ölmüşdür, təsərrüfatı faktiki olaraq Vasiliy idarə edir. X1 X6 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 may 2013-cü il tarixli vəsiyyənamənin surətindən görünür ki, X3 Qobustan rayonunun Xilmilli kəndində yerləşən yaşayış evini köməkçi binaları ilə birlikdə JN-224 nömrəli dövlət aktı ilə mülkiyyətinə verilmişdir, 3,09 ha pay torpaqlarını və ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını 1958-ci il təvəllüdlü X10 vəsiyyət etmişdir. İş materiallarında olan XV-ЖГ 405899 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1991-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. X17 Vasileviç, anası X8. Qobustan rayon İHB-nin Xilmilli kəndi üzrə ərazi nümayəndəliyi tərəfindən 01 aprel 2014cü il tarixdə verilmiş 5-60-4/2-U-89/2024 saylı arayışdan görünür ki, xx xxxxxx 1991-ci il təvəllüdlü Ərizəçi Qobustan rayonunun Xilmilli kəndində yaşayır. Qobustan rayon İHB-nin Xilmilli kəndi üzrə ərazi nümayəndəliyi tərəfindən 03 dekabr 2014-cü il tarixdə verilmiş AZ-İ 641893 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 16 iyul 2019-cu il tarixdə verilmiş AZ-İİ 005285 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 10 iyul 2019-cu il tarixdə vəfat etmişdir. 19 iyun 1992-ci il tarixli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, X2 Qobustan rayonunun Xilmilli kəndində 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 45,8 kv.m, yaşayış sahəsi 29,6 kv.m köməkçi sahəsi 16,2 kv.m olan fərdi yaşayış evi vardır. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 4 iyun 2019-cu il tarixli şəhadətnamədən görünür ki, 21 noyabr 2014-cüil tarixdə vəfat etmiş X2 ünvan 1i ərazi nümayəndəsinin 17 may 2013-cü il tarixli 02 reyestr nömrəli vəsiyyətnaməsinə əsasən vərəsəsi X11 ünvan 1ində miras əmlakından tam hissədə pay almışdır. Verilən miras əmlak DTXK-in Qobustan rayon şöbəsi tərəfindən 14 fevral 2001-ci il tarixdə X3 verilmiş seriya nömrəsi JN: 224, KOD 30712018 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 3,00 ha torpaq sahəsindən ibarətdir. ünvan 1i ərazi nümayəndəsinin 17 may 2013-cü il tarixli 02 reyestr nömrəli vəsiyyətnaməsinə əsasən vərəsəsi X11 ünvan 1ində miras əmlakından tam hissədə pay almışdır. Verilən miras əmlak DTXK-in Qobustan rayon şöbəsi tərəfindən 14 fevral 2001-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında 13 dekabr 2022-ci il tarixli şəhadətnamədən görünür ki, 10 iyul 2019-cu il tarixdə vəfat etmiş X7 vərəsəsi Qobustan rayonu Xilmilli kəndində qeydiyyatda olan Ərizəçidir. Ona V-621/2022 nömrəli vərəsəlik işi üzrə, reyestrdə 1192 № ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi Ərizəçi məxsusdur. Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Ərizəçi 29 fevral 2024-cü il tarixdə ünvanladığı № 531 saylı məktubundan görünür ki, vərəsəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən “Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Buna görə də məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, 17 may 2013-cü il tarixli 02 nömrəli vəsiyyətnamə ilə X4 ünvan 1ində olan 0,184 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 45,8 kv.m olan fərdi yaşayış evini X10 vəsiyyət etmişdir. X5 miras əmlakının tam hissəsində pay almışdır və buna dair 04 iyun 2014-cü ildə Sumqayıt Regional “ASAN xidmət” mərkəzində vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. X11 2019-cu ildə vəfat etdikdən sonra onun oğlu Ərizəçi 13 dekabr 2022-ci il tarixdə torpağı öz adına rəsmiləşdirmişdir. Qobustan rayonunun Hilmilli kəndində yerləşən mərhum X3 məxsus 0,184 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 45,8 kv.m olan fərdi yaşayış evinə vərəsəlik hüququ əldə etmək üçün 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, miras əmlakın qəbulundan müddət buraxıldığı üçün imtina edilmişdir. Ərizəçi anası X10 vəsiyyət edilmiş, anası vəsiyyəti qəbul etməmiş vəfat etmişdir. Ona görə də onun oğlu Ərizəçi mirası qəbul edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunan Qanunun 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mirasın qəbul edilməsi üçün müddət uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 noyabr 2014-cü il tarixdə ölmüş X2 10 iyul 2019-cu il tarixdə ölmüş X10 vəsiyyət etdiyi ünvan 1ində yerləşən miras əmlakın qanun üzrə vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi üçün mirasın qəbul edilməsi müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-235/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-235/2024
15.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver