Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-239/2024 10.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X8 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Ərizəçi Baxışova Aysel Namiq qızının iştirakı ilə, Ərizəçi Baxışova Aysel Namiq qızının 20 dekabr 2005-ci il tarixdə doğulması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏyyƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək övladı Ayselin 20 dekabr 2005-ci il tarixdə doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Baxışova Aysel Namiq qızı məhkəməyə ərizə ilə müraciət edərək Ərizəçi onunla əvəz olunması, onun 20 dekabr 2005-ci il tarixdə doğulması, soyadı Baxışov, adı Aysel, doğum yeri Qobustan rayonu Nardərən kəndi, atasının adı Ərizəçi, anasının adı X5 və milliyyətinin Azərbaycanlı yazılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Baxışova Aysel Maniq qızı məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Nardərən kəndində yaşayır. Atası Ərizəçi Haxvedi oğlu 21 avqust 2001-ci il tarixdə Hacıyeva Dilarə Əvəz qızı ilə qeyri-rəsmi evlənmişlər. Lakin nikahlarını 05 mart 2024-cü ildə rəsmiləşdirmişlər. Valideynlərinin birgə evliliklərində 20 dekabr 2005-ci ildə o dünyaya gəlmişdir. Həmin vaxtı valideynləri heyvandarlıqla məşğul olduqlarından qışlaqda olduqlarına görə onun üçün doğum haqqında şəhadətnamə almamışlar. Onun şəxsiyyətini müəyyən edən heç bir sənəd yoxdur. Bu səbəbdən də o, yaşadıqları Nardərən kənd məktəbində cəmi 4-cü sinfə kimi oxumuş, sonra isə məktəbə getməmişdir. Atası Ərizəçi onun üçün doğum haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsindən məsələnin həllinin qeydiyyat şöbəsində mümkün olmadığı və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Onun 20 dekabr 2005-ci il tarixdə doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs rəisi Seyidəhmədli Urfilə Şamil qızı məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək ərizənin təmin olunmasına etirazı olmadığını bildirmişdir. İş üzrə şahid X5 ifadə verərək göstərdi ki, 2001-ci ildə Ərizəçi ilə evlənmişlər. Heyvanlarlıqla məşğul olduqlarından qışlaq-yeylaq şəraitində yaşamışlar. Bu səbəbdən də 20 dekabr 2005ci il tarixdə doğulmuş övladı Aysel üçün doğum haqqında şəhadətnamə almamışlar. İş üzrə X1 ifadə verərək göstərdi ki, Ərizəçila qohumdur və onun ailəsini yaxşı tanıyır. Ərizəçila Dilarə Baxışovanın birgə evliliklərindən 20 dekabr 2005-ci il tarixdə anadan olmuş Aysel hazırda valideynlərinin yanında yaşayır. Məhkəmə ərizəçin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdəki sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə görə ərizə təmin edilməlidir. İşdə olan Sumqayıt Regional “ASAN xidmət mərkəzi” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 564868 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Hacıyeva Dilarə Əvəz qızı arasında 05 mart 2004-cü il tarixdə 69 saylı nikah aktı qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi 27 mart 2024-cü il tarixdə ünvanlanmış 3-16-5/8-71/2024 saylı məktubdan görünür ki, 20 dekabr 2005-ci il tarixdə doğulmuş Baxışova Aysel Namiq qızının doğum haqqında akt qeydi olmadığı üçün ona doğum haqqında şəhadətnamə vermək imkanları xaricində olduğundan ona məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Qobustan rayon Nardərən kənd sakinləri X3, X2 və Hacıyeva Dilarə Əvəz qızı tərəfindən 27 mart 2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Ərizəçi ilə Hacıyeva Dilarə Əvəz qızının 20 dekabr 2005-ci il tarixdə Nardərən kəndində ev şəraitində Aysel adlı uşaqları doğilmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideyinlərinin, yaxud, onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ayselin 20 dekabr 2005-ci ildə doğulması, onun atası Ərizəçi, anası X5 və milliyyətinin azərbaycanlı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Qərarının 4.3-cü bəndində göstərilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Ayselə doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi 20 dekabr 2005-ci il, soyadı Aysel, adı Namiq, doğum yeri Qobustan rayonu Nardərən kəndi, atası qrafasında Ərizəçi, anası qrafasında X5 və milliyyəti Azərbaycanlı olması faktı müəyyən edilməlidir. yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Baxışova Aysel Maniq qızının doğumunun qeydə alınması faktına dair ərizəsi təmin edilsin. Ayselə doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi 20 dekabr 2005-ci il, soyadı Baxışova, adı Aysel, doğum yeri Qobustan rayonu Nardərən kəndi, atası qrafasında Ərizəçi, anası qrafasında X5 və milliyyəti Azərbaycanlı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(026)-239/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-239/2024
10.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver