Məhkəmə qərarları › İş №2(026)-252/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-252/2024

13.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-252/2024 13.06.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, ərizəçi X3 vəkili və nümayəndəsi Vəkil və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə ərizəçi X3 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına qarşı əlil uşağa qulluq faktının müəyyən edilməsi barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X5 20 fevral 1983-cü il təvəllüdlü, 1-ci qrup əlil olan övladı X1 20 sentyabr 2003-cü il tarixdən 18 yanvar 2015-ci il tarixə kimi qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi X3 vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək ərizəçi X3 20 fevral 1983-cü il təvəllüdlü, 1-ci qrup əlil olan övladı X1 20 sentyabr 2003-cü il tarixdən 18 yanvar 2015-ci il tarixə kimi qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, ərizəçi X6 maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialını maraqlı tərəf qoyaraq ərizə ilə məhkəməyə müraciət edərək 20 sentyabr 2003-cü il tarixdən 18 yanvar 2015-ci il tarixədək birinci qrup əlil oğlu X2 qulluq faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2(026)-252/2024 saylı iş üzrə ərizəni əsassız hesab etmişlər. 20 fevral 1983-cü il təvəllüdlü X1 24 mart 1999-cu il tarixdən əlillik səbəbi uşaqlıqdan olmaqla birinci qrup əlillik təyin edilmiş, 18 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əmək pensiyalarının teyin edilməsi, nesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın təsdiq edilməsi barədə 28 aprel 2022-ci il tarixli qərarının orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə 4.1.6-cı maddəsinin müddəalarına əsasən; 1, qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 2 “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MElS-in “Sosial ödənişlər" altsisteminin məlumatına əsasən; 3, Qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-cİ və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda - məhkəmənin qanuni qüvvə və minmiş qərarına əsasən müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1 2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.Qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-in 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,259, 263,264, 268 və 306.4-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Ərizəçi X3 20 fevral 1983-cü il təvəllüdlü, 1-ci qrup əlil olan övladı X1 20 sentyabr 2003-cü il tarixdən 18 yanvar 2015-ci il tarixə kimi qulluq etməsi faktının müəyyən edilməsi barədə ərizəyə baxılarkən mübahisə olduğu üçün ərizə baxılmamış saxlanılsın və ona ümumi əsaslarla iddia vermək hüququnu izah edilsin. Ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi X4 geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar