Məhkəmə qərarları › İş №2(026)-256/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-256/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-256/2021 17.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Cavabdeh1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Gülabbas qızı, Cavabdeh6, X12, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X1, X2, X3, Cavabdeh13 və Cavabdeh14 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının və 22 iyul 2020-ci il tarixli 017R**********S saylı sazişin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 26 noyabr 2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 12083.15 manat məbləğində kredit borcu, 1977.78 manat məbləğində faiz borcu və 2924.04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16984 (on altı min doqquz yüz səksən dörd) manat 97 (doxsan yeddi) qəpik məbləğində borcun tutulması, 18 aprel 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 25885.56 manat məbləğində kredit borcu, 5336.93 manat məbləğində faiz borcu və 6514.55 manat məbləğində cərimə borcu olmaqla, cəmi 37737 (otuz yeddi min yeddi yüz otuz yeddi) manat 04 (dörd) qəpik məbləğində borcun tutulması, tələbin Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan müvafiq olaraq Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi və Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 54722 (əlli yeddi min yeddi iyirmi iki) manat 01 (bir) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına “AccessBank» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Cavabdeh4 və Cavabdeh3 müvafiq olaraq mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzilə və Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh4, Cavabdeh6, X12, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X2, X3, X8, X6, X15, Cavabdeh13 Cavabdeh14, Cavabdeh3 və Cavabdeh5 Gülabbas qızının istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı QSC-nin nümayəndəsi X13 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 11 avqust 2015-ci il tarixli 036L**********99 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26 noyabr 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 22 iyul 2020-ci il tarixli 017R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01 sentyabr 2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2916.85 manat ödəmiş, onun 12083.15 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndi əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 03 may 2021-ci il tarixə 242 gün üçün hesablanmış faiz borcu 1977.78 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməlidir. 03 may 2021-ci il tarixə 242 gün üçün hesablanmış cərimə 2924.1 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18 aprel 2018-ci il tarixli 017R********** saylı kredit razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 51000 (əlli bir min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 22 iyul 2020-ci il tarixli 017R**********S saylı saziş razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 18 avqust 2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 25114.44 manat ödəmiş, onun 25885.56 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 03 may 2021-ci il tarixə 258 gün üçün hesablanmış faiz borcu 5336.93 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. 03 may 2021-ci il tarixə 258 gün üçün hesablanmış cərimə 6514,55 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və zamin Cavabdeh3 və bank arasında bağlanılmış 30 dekabr 2015-ci il tarixli 3M-418 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 69.2 kv.m, yardımçı sahə 44.2 kv.m, ümumi sahəsi 113.4 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və zamin Cavabdeh4 və bank arasında bağlanmış 18.04.2018-ci il tarixli, 3M-279 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışla Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışla Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzil Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır, ipoteka qoyanın arvadı Kərimova X7 şəhəri, Yeni Massiv ev 3B-də xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzildə qeydiyyatda olanlar Cavabdeh6, X12, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X2, X3, Cavabdeh13 və Cavabdeh14 Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzil İddiaçı QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Cavabdehlər banka olan borclarını ödəməkdən yayınırlar. İddiaçı QSC Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının və 22 iyul 2020-ci il tarixli 017R**********S saylı sazişin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 26 noyabr 2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 12083.15 manat məbləğində kredit borcu, 1977.78 manat məbləğində faiz borcu və 2924.04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16984 (on altı min doqquz yüz səksən dörd) manat 97 (doxsan yeddi) qəpik məbləğində borcun tutulması, 18 aprel 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 25885.56 manat məbləğində kredit borcu, 5336.93 manat məbləğində faiz borcu və 6514.55 manat məbləğində cərimə borcu olmaqla, cəmi 37737 (otuz yeddi min yeddi yüz otuz yeddi) manat 04 (dörd) qəpik məbləğində borcun tutulması, tələbin Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan müvafiq olaraq Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi və Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 54722 (əlli yeddi min yeddi iyirmi iki) manat 01 (bir) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına “AccessBank» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Məhərrəmova Sevda Rəcəb qızından ümumi müştərək qaydada tutulması, Cavabdeh4 və Cavabdeh3 müvafiq olaraq mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzilə və Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh4, Cavabdeh6, X12, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X2, X3, X8, X6, X15, Cavabdeh13 Cavabdeh14, Cavabdeh3 və Cavabdeh5 Gülabbas qızının istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, İddiaçı ASC ilə aralarında bağlanmış 11 avqust 2015-ci il tarixli 036L**********99 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzun müddətli kredit müqaviləsi üzrə ona İddiaçı QSC ilə bağladığı 26 noyabr 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. İmzaladıqları 22 iyul 2020-ci il tarixli 017R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, götürdüyü kredit borcundan 2916.85 manat ödəmiş, onun 12083.15 manat məbləğində kredit borcu qalmışdır. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə bağladığı 18 aprel 2018-ci il tarixli 017R********** saylı kredit razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 51000 (əlli bir min) manat məbləğində kredit götürmüşdür. 22 iyul 2020-ci il tarixli 017R**********S saylı saziş razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, götürdüyü kredit borcundan 25114.44 manat ödəmiş etmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə bankla cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və zamin Cavabdeh3 və bank arasında bağlanılmış 30 dekabr 2015-ci il tarixli 3M-418 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 69.2 kv.m, yardımçı sahə 44.2 kv.m, ümumi sahəsi 113.4 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış ev iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və zamin Cavabdeh4 və Bank arasında bağlanmış 18.04.2018-ci il tarixli, 3M-279 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Maddi imkanı olmadığı üçün banka olan borcunu ödəyə bilməmişdir. Bundan sonra banka olan borcunu hissə-hissə ödəyəcək. Lakin məhkəmədən faiz və cərimə borcunun azaldılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Gülabbas qızı, Cavabdeh6, X12, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X1, X2, X3, Cavabdeh13 və Cavabdeh14 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdeh icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin, Cavabdeh1 izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 11 avqust 2015-ci il tarixli 036L**********99 saylı uzun müddətli kredit xətti müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin 26 noyabr 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,6667% olmaqla 18 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin 18 aprel 2018-ci il tarixli 017R********** saylı kredit razılaşmasının surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,9167% olmaqla 36 ay müddətinə 51000 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 22 iyun 2020-ci il tarixli 017R**********S sazişdən görünür ki, saziş razılaşma ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 036S**********, 036S**********02 və 017S**********02 saylı zaminlik müqavilələrinin surətində göstərilir ki, AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 Cavabdeh2, Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 30 dekabr 2015-ci il tarixli 3M-418 saylı ipoteka müqaviləsinin surətində göstərilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də yerləşən Cavabdeh3 məxsus 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 69.2 kv.m, yardımçı sahə 44.2 kv.m, ümumi sahəsi 113.4 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış ev ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 10800 manat, (16804,80 ABŞ dolları) məbləğində müəyyən edilmişdir. 18 aprel 2018-ci il tarixli 3M-279 saylı ipoteka müqaviləsinin surətində göstərilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayonda 9 nömrəli evdə yerləşən Cavabdeh4 məxsus 72.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 36400 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Qobustan şəhəri, Yeni Massiv 1-də yerləşən 3b saylı fərdi yaşayış evi (0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) 11 avqust 2015-ci ildən 11 avqust 2025-ci ilə kimi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə yüklü edilməsi 2 nömrəli reyestr kitabının 183 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən Cavabdeh4 məxsus ev 9, mənzil 27, 18 aprel 2018-ci il tarixdə 120 ay müddətinə Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə yüklü edilməsi reyestrdə 1S-9243 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2021-ci il tarixli 9/5924 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan18 aprel 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşmasının və əlavə sazişin şərtlərinə müvafiq olaraq Cavabdeh1 03 may 2021-ci il tarixə banka olan əsas borcu 25885,56 manat, faiz borcu 4647,18 manat, 26 noyabr 2019-cu il tarixli, 017R********** saylı kredit razılaşmasının və əlavə “Saziş”-in şərtlərinə müvafiq olaraq Cavabdeh1 03 may 2021-ci il tarixə banka olan əsas borcu 11.948,47 manat, faiz borcu 1599,77 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 oktyabr 2021-ci il tarixdə verdiyi əmlakın qiymətləndirilməsinə dair 21-21 saylı rəydən görünür ki, Qobustan şəhəri Yeni massiv 1 ünvanında yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinin qiymətləndirmə tarixinə, yəni 26 iyul 2021-ci il tarixinə yekun bazar dəyəri 30000 (otuz min), likvid dəyəri 27000 (iyirmi yeddi min) manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 oktyabr 2021-ci il tarixdə verdiyi əmlakın qiymətləndirilməsinə dair 20-21 saylı rəydən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən ev 9, 27 saylı mənzilin qiymətləndirmə tarixinə, yəni 23 avqust 2021-ci il tarixinə yekun bazar dəyəri 55000 (əlli beş min), likvid dəyəri 50000 (əlli min) manat təşkil edir. İddiaçı ASC-nin 22 fevral 2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 11 avqust 2015-ci il tarixli 036L**********99 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26 noyabr 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 22 iyul 2020-ci il tarixli 017R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01 sentyabr 2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2916.85 manat ödəmiş, onun 12083.15 manat məbləğində kredit borcu qalmışdır. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18 aprel 2018-ci il tarixli 017R********** saylı kredit razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 51000 (əlli bir min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 22 iyul 2020-ci il tarixli 017R**********S saylı saziş razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 18 avqust 2020ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 25114,44 manat ödəmiş, onun 25885,56 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və zamin Cavabdeh3 və bank arasında bağlanılmış 30 dekabr 2015-ci il tarixli 3M-418 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 69.2 kv.m, yardımçı sahə 44,2 kv.m, ümumi sahəsi 113,4 kv.m olan xüsusi mülkiyyətli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və zamin Cavabdeh4 və bank arasında bağlanmış 18.04.2018-ci il tarixli, 3M-279 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72,9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzil və Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyanın arvadı Kərimova X7 şəhəri, Yeni Massiv ev 3B-də xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzildə qeydiyyatda olanlar Cavabdeh6, X12, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X2, X3, Cavabdeh13, Cavabdeh14 Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72,9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzil İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. Cavabdehlər banka olan borclarını ödəməkdən yayınırlar. Cavabdeh1 banka 18 aprel 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 03 may 2021-ci il tarixə banka olan əsas borcu 25885,56 manat, faiz borcu 4647,18 manat, 26 noyabr 2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 03 may 2021-ci il tarixə banka olan əsas borcu 11.948,47 manat, faiz borcu 1.599,77 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən 017R********** saylı kredit razılaşması üzə hesablanmış 6514,55 manat və 017R********** saylı kredit razılaşması üzrə hesablanmış 2924,04 manat cərimə borcu hesablanması tənasübsüz dərəcədə yüksəkdir. 017R********** saylı kredit razılaşması üzə cərimə borcunun 2500 manat və 017R********** saylı kredit razılaşması üzrə 1200 manat cərimə borcunun müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının və 22 iyul 2020-ci il tarixli 017R**********S saylı saziş ləğv edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 26 noyabr 2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 11948,47 manat məbləğində kredit borcu, 1599,77 manat məbləğində faiz borcu və 1200 manat məbləğində cərimə borcu, 18 aprel 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 25885,56 manat məbləğində kredit borcu, 4647,18 manat məbləğində faiz borcu və 2500 manat məbləğində cərimə borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqı ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməli, əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmalı, tələb Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də Cavabdeh3 xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsinə və Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən Cavabdeh4 xüsusi mülkiyyətində 72,9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzilə yönəldilməli, Cavabdeh4 və Cavabdeh3 müvafiq olaraq mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72,9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzilə və Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsinə tutma yönəldikdən və əmlaklar satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh4, Cavabdeh6, X12, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X2, X3, X8, X6, X15, Cavabdeh13, Cavabdeh14, Cavabdeh3 və Cavabdeh5 Gülabbas qızının istifadə hüquqları itirilməli, onlar həmin evdən çıxarılmalı, əmlaklar boşaldılmalı və alıcıya təhvil verilməlidir. Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də olan, Cavabdeh3 xüsusi mülkiyyətindəki 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı yaşayış sahəsinin likvid dəyəri 27000 (iyirmi yeddi min) manat müəyyən edilməlidir. Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən Cavabdeh4 xüsusi mülkiyyətində olan 72,9 kv.m ümumi sahədən ibarət 27 saylı mənzilin likvid dəyəri 50000 (əlli min) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının və 22 iyul 2020-ci il tarixli 017R**********S saylı saziş ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 26 noyabr 2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 11948,47 manat məbləğində kredit borcu, 1599,77 manat məbləğində faiz borcu və 1200 manat məbləğində cərimə borcu, 18 aprel 2018-ci il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 25885,56 manat məbləğində kredit borcu, 4647,18 manat məbləğində faiz borcu və 2500 manat məbləğində cərimə borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqı ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilsin. Əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulsun. Tələb Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də Cavabdeh3 xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsinə və Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən Cavabdeh4 xüsusi mülkiyyətində 72,9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzilə yönəldilsin. Cavabdeh4 və Cavabdeh3 müvafiq olaraq mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən 72,9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 27 saylı mənzilə və Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsinə tutma yönəldikdən və əmlaklar satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh4, Cavabdeh6, X12, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X2, X3, X8, X6, X15, Cavabdeh13, Cavabdeh14, Cavabdeh3 və Cavabdeh5 Gülabbas qızının istifadə hüquqları itirilsin, onlar həmin evdən çıxarılsın, əmlaklar boşaldılsın və alıcıya təhvil verilsin. Qobustan şəhəri, Yeni Massiv 1, ev 3B-də olan, Cavabdeh3 xüsusi mülkiyyətindəki 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı yaşayış sahəsinin likvid dəyəri 27000 (iyirmi yeddi min) manat müəyyən edilsin. Sumqayıt şəhəri, 11-ci mikrorayondaki 9 nömrəli evdə yerləşən Cavabdeh4 xüsusi mülkiyyətində olan 72,9 kv.m ümumi sahədən ibarət 27 saylı mənzilin likvid dəyəri 50000 (əlli min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar