Məhkəmə qərarları › İş №2(026)-26/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-26/2022

23.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-26/2022 23.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi Nümayəndə2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinə qarşı Qobustan rayonunun Bəklə kəndində yerləşən ona məxsus ümumi sahəsi 0,12 ha həyətyanı torpaq sahəsinin 0,05 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 çıxarılmaları, torpağın zəbtdən azad edilməsi və ona təhvil verilməsi tələbinə və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddianın əsassız olduğundan ləğv edilməsi və İddiaçı verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinə qarşı Qobustan rayonunun Bəklə kəndində yerləşən ona məxsus ümumi sahəsi 0,12 ha həyətyanı torpaq sahəsinin 0,05 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 çıxarılmaları, torpağın zəbtdən azad edilməsi və ona təhvil verilməsi tələbinə və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddianın əsassız olduğundan ləğv edilməsi və İddiaçı verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Bəklə kəndində ona məxsus 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsinə dair hüquqlarını dövlət qeydiyyatına aldırmış və DƏDRX-nin 14 saylı Şamaxı Ərazi idarəsindən çıxarış almışdır. Həmin torpaq sahəsinin 0,05 ha hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Cavabdehlərdən dəfələrlə ona məxsus torpaq sahəsindən könüllü çıxmalarını xahiş etsə də, onlar torpaq sahəsindən çıxmamışlar. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qobustan rayonunun Bəklə kəndində yerləşən ona məxsus ümumi sahəsi 0,12 ha həyətyanı torpaq sahəsinin 0,05 ha hissəsindən çıxarılmaları, torpağın zəbtdən azad edilməsi və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 ilkin iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onlara qarşı qaldırdığı iddia əsassız iddiadır və onlara məxsus olmuş torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması və DƏDRXnin 14 saylı Şamaxı ərazi idarəsi tərəfindən verilmiş çıxarış əsassız və qanunsuzdur. Ona görə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı rayon filialının 22 noyabr 2017-ci il tarixli 937 saylı Şamaxı rayon İH-nin Nabur kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 1966-1968-ci illərin Bəklə kəndi üzrə qaytanlanmış təsərrüfatbaşına kitabında Bəklə kənd sakini şəxsi hesab nömrəsi 677 olan X2 təsərrüfatında 0,18 ha, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı rayon filialının 29 yanvar 2020-ci il tarixli 101 saylı Şamaxı rayon Nabur kənd XDS İcraiyyə Komitəsinin 1972-1974-cü illərin Bəklə kəndinə dair təsərrüfatbaşına kitabında Bəklə kənd sakini Cavabdeh1 təsərrüfatında 0,14 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0,02 ha tikinti altında olması göstərilmişdir. İddiaçı onların xəbəri olmadan hansı yollasa 0,05 ha torpaq sahəsini öz adına sənədləşdirmişdir. Həmin torpaq sahəsi onun evimin arxa tərəfindədir. Həmişə onun istifadəsində olub, hazırda da istifadəsindədir. Qonşuluğunda yaşayan şəxslərin hər biri evin arxasındakı torpağa sahiblik edir. Ona görə də İddiaçı iddiasını əsassız hesab edərək F. Bayramova verilmiş mülkiyyət sənədlərini etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi Nümayəndə2 ilkin iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi onun atası Əlirzaya məxsusdur. Həmin torpaq sahəsinin onun valideynlərinə məxsus olmasını təsdiq edən sənədlər də vardır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı rayon filialının 22 noyabr 2017-ci il tarixli 937 saylı Şamaxı rayon İH-nin Nabur kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 1966-1968-ci illərin Bəklə kəndi üzrə qaytanlanmış təsərrüfatbaşına kitabında Bəklə kənd sakini şəxsi hesab nömrəsi 677 olan X2 təsərrüfatında 0,18 ha, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı rayon filialının 29 yanvar 2020-ci il tarixli 101 saylı Şamaxı rayon Nabur kənd XDS İcraiyyə Komitəsinin 1972-1974-cü illərin Bəklə kəndinə dair təsərrüfatbaşına kitabında Bəklə kənd sakini Cavabdeh1 təsərrüfatında 0,14 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0,02 ha tikinti altında olması göstərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışın surətindən görünür ki, Qobustan rayon Bəklə kəndi ərazisindən İddiaçı mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün 0,12 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 14 saylı Ərazi Dairəsi tərəfindən 28 dekabr 2016-cı il tarixdə İddiaçı verilmiş **********48-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X4 29 yanvar 2020-ci il tarixdə Qobustan rayonunun Bəklə kənd sakini Cavabdeh1 ünvanlandığı ünvan 2rışdan görünür ki, Şamaxı rayonu Nabur kənd XDS İcraiyyə Komitəsinin 1972-1974-cü illərin Bəklə kəndinə dair təsərrüfatbaşına kitabında X3 təsərrüfatında 0,14 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0,02 ha tikili altında olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X4 29 yanvar 2020-ci il tarixdə Cavabdeh2 ünvanlandığı ünvan 4tbaşına kitabından arxiv çıxarışndan görünür ki, Şamaxı rayonu İH-nin Nabur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1966-1968-ci illərin Bəklə kəndi üzrə qaytanlanmış təsərrüfatbaşına kitabında Bəklə kənd sakini şəxsi hesab nömrəsi 677 olan X5 təsərrüfatında 0,18 ha həyətyanı torpaq sahəsi olması qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli 10/7011 nömrəli rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********77 nömrəli mütəxəssis rəyinə əsasən, ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr № **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları, iilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr № **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin mübahisəli 442 m2 torpaq sahəsi ilə üstüstə düşdüyü, ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr № **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 naturada tor hasarla bərkidərək istifadə etdikləri torpaq sahəsi ilə həmsərhəd olduğu, ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr № **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin 442 m2 hissəsinə ilkin iddia üzrə Cavabdeh2 tərəfindən tor hasar çəkildiyi və mübahisəli 442 m2 torpaq sahəsinin ilkin iddia üzrə İddiaçı RX ******* nömrəli (reyestr№ **********48-10301) çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində olduğu müəyyən olunmuşdur. İşin araşdırılmış hallarından, mütəxəssis və ekspert rəyindən müəyyən edildi ki, Qobustan rayonunun Bəklə kəndində ümumi sahəsi 0,12 ha həyətyanı torpaq sahəsinin 0,05 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdiyi həyətyanı torpaq sahəsi RX ******* nömrəli (reyestr № **********48-10301) çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məsəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mütəxəssis rəyinin alınmasına görə 311 manat İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 311 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 İddiaçı məxsus ümumi sahəsi 0,12 ha həyətyanı torpaq sahəsinin 0,05 ha hissəsindən çıxarılmalı, torpaq zəbtdən azad edilməli və torpaq sahəsi İddiaçı təhvil verilməli, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməli, 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 İddiaçı məxsus ümumi sahəsi 0,12 ha həyətyanı torpaq sahəsinin 0,05 ha hissəsindən çıxarılsın, torpaq zəbtdən azad edilsin və torpaq sahəsi İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia əsassız olduğundan təmin olunmasın. İddiaçı tərəfindən mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 311 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı ödənilsin. 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar