Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-268/2021 04.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Ərizəçi qızının və Maraqlı şəxs rəisi X7 iştirakı ilə, Ərizəçi X4 doğum haqqında akt qeydində düzəliş edilərək onun doğum tarixinin doğum haqqında akt qeydində 30 may 2004-cü il yazılması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X4 doğum haqqında akt qeydində düzəliş edilərək onun doğum tarixinin doğum haqqında akt qeydində 30 may 2004-cü il yazılması barədə Qobustan rayon məhkəməsinə ərizə ilə müraciət etmişdir. Ərizəçi qızı məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, X23 ilə 29 iyun 2003-cü il tarixdə evlənmişlər, nikahlarını 08 dekabr 2005-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 30 may 2004-cü il tarixdə Ramilə, 01avqust 2007-ci il tarixdə Ləman, 04 yanvar 2008-ci il tarixdə Samirə və 26 yanvar 2009-cu il tarixdə Amil adlı dörd uşaqları anadan olmuşdur. Ramilənin doğum haqqında şəhadətnaməsində onun doğum ili səhvən 01 yanvar 2006-cı il yazılmışdır. Belə ki, atası Miriyət doğum haqqında şəhadətnamə almaq üçün Ərəbşalbaş kənd icra nümayəndəliyinə müraciət edərkən Ramilənin doğum tarixini dəqiq bilmədiyindən və özünün də savadsız olduğundan Ramilənin doğum tarixini 01 yanvar 2006-cı il kimi qeyd etdirmişdir. Ramilənin 30 may 2004-cü il tarixdə doğulmasını təsdiq edən xəstəxana arayışı da var. Ramilənin doğum haqqında akt qeydində düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona bu məsələnin məhkəmə qaydasında həll olunmalı olduğu bildirilmişdir. X4 doğum haqqında akt qeydində düzəliş edilərək onun doğum tarixinin doğum haqqında akt qeydində 30 may 2004-cü il yazılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X12 izahatında göstərdi ki, Ərizəçi övladı Ramilənin doğum haqqında akt qeydində düzəliş edilərək onun doğum tarixinin doğum haqqında akt qeydində 30 may 2004-cü il yazılması barədə ərizənin təmin edilməsinə etirazı yoxdur. X9 izahatında göstərdi ki, Ərizəçi onun qızıdır, Tamiyyə 2003-cü ildə Ramillə ailə qurub, Ramilə ailəsi ilə birlikdə heyvandarlıqla məşğul olduqları üçün yaylaq-qışlaqda olublar. Ona görə də 2004-cü ilin may ayında dünyaya gələn qızları Ramilə üçün vaxtında sənəd ala bilməmişlər. Ramilə üçün doğum haqqında şəhadətnaməni o, almışdır. X21 üçün doğum haqqında şəhadətnamə alarkən onun doğum tarixini dəqiq bilmədiyindən Ramilənin doğum tarixi 01 yanvar 2006-cı il kimi yazılmışdır. X6 izahatında göstərdi ki, Ərizəçi tanıyır. Tamiyyə 2003-cü ildə Ramillə ailə qurub, nikahlarını isə 2005-ci il tarixdə rəsmiləşdiriblər. Ramilə ailəsi ilə birlikdə heyvandarlıqla məşğul olduqları üçün köçəri həyat tərzi keçiriblər. Ona görə də 2004-cü ilin günü dəqiq yadında olmayan may ayında dünyaya gələn qızları Ramilə üçün vaxtında sənəd ala bilməmişlər, ona görə də Ramilənin doğum tarixi 01 yanvar 2006-cı il kimi yazılmışdır. Ramilə doğrudan da 2004-cü ilin may ayında doğulmuşdur. Şahid X22 qızı izahatında göstərdi ki, Ərizəçi onun qohumudur. Tamiyyəni və onun əri Ramili yaxşı tanıyır. Tamiyyə 2003-cü ildə Ramillə ailə qurub, Ramil çobançılıqla məşğul olduğundan köçəri həyat tərzi keçirib. Ramil və Tamiyyə Sabirabad rayonunda olarkən ilk uşaqları olan Ramilə 30 may 2004-cü ildə Sabirabad rayonunun mərkəzi xəstəxanasında anadan olmuşdur. Ramilə üçün vaxtında doğum haqqında şəhadətnamə almamışlar. Amma bilir ki, Ramilənin göstərdiyi tarixdə Sabirabad rayon xəstəxanasında doğulması barədə tibbi sənəd də var. Tamiyyənin atası Miriyət Ramilə üçün doğum haqqında şəhadətnamə alarkən onun doğum tarixini səhvən 01 yanvar 2006-cı il kimi yazdırmışdır. Məhkəmə ərizəçinin, maraqlı şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə görə ərizə təmin edilməlidir. İşdə olan Qobustan rayon İHB-nın Ərəbşalbaş kəndi üzrə nümayəndəliyinin 08 dekabr 2005-ci il tarixli AZ-L 191878 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 08 dekabr 2005-ci il tarixdə X17 ilə nikahlarını 44 sayla qeyd etdirməklə evlənmişlər. Nikah bağlandıqdan sonra arvada Cavadova soyadı verilmişdir. Qobustan rayon İHB-nın Ərəbşalbaş kənd icra nümayəndəliyinin 02 mart 2006-cı il tarixdə verdiyi 08 saylı akt qeydində, X16 01 yanvar 2006-cı il tarixdə anadan olduğu, atasının X23, anasının Ərizəçi olduğu, məlumat verən şəxsin isə X24 olduğu göstərilir. Qobustan rayon İHB-nın Ərəbşalbaş kəndi üzrə nümayəndəliyinin 02 mart 2006-cı il tarixdə verdiyi AZ-İ 736953 saylı doğum haqqında şəhadətnamədə X16 01 yanvar 2006-cı ildə anadan olduğu göstərilmişdir. Maraqlı şəxs 30 aprel 2020-ci il tarixdə verdiyi 05/Q-89/11 saylı məktubunda Ərizəçi bildirilmişdir ki, qızı Ramilənin doğum tarixi və doğum yerinin dəyişdirilməsi ilə əlaqədar doğum qeydində dəyişiklik etməyə qeydiyyat şöbəsinin imkanı yoxdur, məhkəməyə müraciət etməsi göstərilmişdir. Kürdəmir rayon X15 Hüquqi Şəxsin 10.09.2021-ci il tarixli 766 saylı məktubunda göstərilir ki, 2004-2006-ci il tarixlərində Kürdəmir rayonu Sığırlı kənd xəstəxanasında Ərizəçi adlı qadının doğuşu olmamışdır, eyni zamanda qeyd olunan adlı qadın Sığırlı kəndində yaşamır, həmçinin X30 adlı şəxs Sığırlı kənd xəstəxanası qeydiyyatında və Sığırlı kənd sakini kimi qeydiyyatda yoxdur. Sabirabad rayon X26 X33 X27 tərəfindən 04 fevral 2021-ci ildə verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyininin TQS 103 saylı doğum haqqında tibbi şəhadətnaməsində göstərilir ki, Qobustan rayon sakini Ərizəçi 30 may 2004-cü il tarixdə Sabirabad rayon xəstəxanasında bir qız uşağı doğmuşdur. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X48 Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 06 avqust 2021-ci il tarixli 1366 saylı məktubu ilə göndərilmiş doğum qeydiyyat jurnalının 30 may 2004-cü il tarixə aid çıxarışında Ərizəçi bir qız uşağı doğduğu 290 sıra ilə qeyd olunmuşdur. Qobustan rayon İHB-nın Ərəbşalbaş kəndi ərazi dairəsi üzrə nümayəndəsinin təsdiq etdiyi Ərəbşalbaş kənd sakinləri X20, X11 və X5 imza etdikləri aktda göstərilir ki, hazırda Qobustan rayonunun Ərəbşalbaş kəndində yaşayan X8 2004-cü ilin may ayının 30-da bir qız uşağı doğulmuş, uşaq hazırda sağ-salamat olmaqla valideynlərinin himayəsində yaşayır. Qobustan rayon İHB-nın Ərəbşalbaş kəndi ərazi dairəsi üzrə nümayəndəsinin 01 iyul 2021-ci il tarixdə verdiyi 118 saylı arayışda göstərilir ki, X1 rayonunun Ərəbşalbaş kəndində daimi qeydiyyatda olmaqla aşağıdakı ailə tərkibindən- əri 1982-ci il təvəllüdlü X23, qızı 01.01.2006-cı il təvəllüdlü X30, qızı 01.08.2007-ci il təvəllüdlü X35, qızı 04.01.2008-ci il təvəllüdlü X31 və oğlu 26.01.2009-cu il təvəllüdlü X25 ibarətdir. Qobustan rayonu S. Zahidov adına Ərəbşalbaş kənd tam orta məktəbinin 17 fevral 2021-ci il tarixdə verdiyi 480 saylı arayışda göstərilir ki, X30 Ərəbşalbaş kənd tam orta məktəbinin İX sinfində oxuyur. Qobustan rayonu S. Zahidov adına Ərəbşalbaş kənd tam orta məktəbinin 01 iyul 2021-ci il tarixdə verdiyi 513 saylı arayışdan göstərilir ki, Qobustan rayonunun Ərəbşalbaş kənd sakini Ərizəçi Qobustan rayon S. Zahidov adına Ərəbşalbaş kənd orta məktəbində təhsil almamışdır. Qobustan rayonu S. Zahidov adına Ərəbşalbaş kənd tam orta məktəbinin 01 iyul 2021-ci il tarixdə verdiyi 514 saylı arayışdan göstərilir ki, Qobustan rayonunun Ərəbşalbaş kənd sakini X3 rayon S. Zahidov adına Ərəbşalbaş kənd orta məktəbində təhsil almamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X29” X47 03 sentyabr 2021-ci il tarixdə verdiyi 476 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyində göstərilir ki, X16 məhkəmə-tibbi ekspertizasına, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq X16 müəyyən edilmiş sümük yaşı- 1 (+) (-) il fərq olmaqla 17,5-18 ilə uyğun gəlir. Azərbaycan Respublikası Ailə Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmi Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Ərizəçi qızı X23 ilə 29 iyun 2003-cü il tarixdə evlənmişlər, nikahlarını 08 dekabr 2005-ci il tarixdə rəsmiləşdirmişlər. Ərizəçinin əri X23 heyvandarlıqla məşğul olduğundan onlar köçəri həyat tərzi sürmüşlər. Ramil heyvandarlıq işi ilə əlaqədar Sabirabad rayonunda olarkən arvadı Ərizəçi 30 may 2004-cü il tarixdə Sabirabad rayon mərkəzi xətəxanasında bir qız uşağı dünyaya gətirmişdir və bu barədə Sabirabad rayon mərkəzi xəstəxanasının doğum qeydləri jurnalının 30 may 2004-cü il tarixə aid hissəsində 290 sıra ilə qeydiyyat aparılmışdır. Ərizəçi və onun əri savadsız olduqlarından Ramilə üçün vaxtında doğum şəhadətnamə almamışlar. Ərizəçi Tamiyyənin atası X24 nəvəsi Ramilə üçün doğum haqqında şəhadətnamə alınması üçün Qobustan rayon İHB-nın Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət edərkən X16 doğum tarixini səhvən 01 yanvar 2006-cı il kimi qeyd etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X16 doğum haqqında akt qeydində düzəliş edilərək onun doğum tarixi doğum haqqında akt qeydində 30 may 2004-cü il yazılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM- nin 216-220, 227,230,233, 307,311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X16 doğum haqqında akt qeydində düzəliş edilərək onun doğum tarixi doğum haqqında akt qeydində 30 may 2004-cü il yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-268/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-268/2021
04.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver