Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-275/2024 07.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakimi Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs Şamaxı Regional “Asan xidmət” mərkəzinin notariat ofisinə qarşı miras əmlakı faktiki qəbul olunma faktının müəyyən olunması tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 3-cü şəxs Şamaxı Regional “Asan xidmət” mərkəzinin notariat ofisinə qarşı miras əmlakı faktiki qəbul olunma faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək bəzi sənədlərdə düzəliş edilməsinin zəruri olduğunu göstərərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh1 və onun vəkili Vəkil iddia ərizəsinin qaytarılmasına etiraz etmədilər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 259,263,264 və 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs Şamaxı Regional “Asan xidmət” mərkəzinin notariat ofisinə qarşı miras əmlakı faktiki qəbul olunma faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-275/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-275/2024
07.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver