Məhkəmə qərarları › İş №2(026)-298/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-298/2024

21.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-298/2024 21.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi bacısı X1 doğum qeydi aktının bərpa edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi bacısı Həsrətova (Abdurəhimova) Gülnaz İsrəfil qızının doğum qeydi aktının bərpa edilməsinə dair ərizə ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, mərhum atası X6 birinci həyat yoldaşı Xansənəm (qızlıq soyadı Şıxaliyev, atasının adı Şıxəli) adlı qadından dörd övladı - Gülnaz, Gilə, Həcər və Sərmə adlı qızları anadan olub. Xansənəm vəfat etdikdən sonra atası 1956-cı ildə onun anası Nazpəri Səfərxan qızı evlənib və bu nikahdan o və ondan başqa beş övladı anadan olmuşdur. Doğum qeydi aktının bərpa olunması barədə ərizə verdiyi bacısı Gülnaz nikahlarını 21 oktyabr 1963-cü ildə Şamaxı rayonu Xilmilli kənd sovetində rəsmiləşdirilməklə X19 ilə evlənmiş və onun soyadını gtürüb. Həmin sənəddə bacısının doğum ili 1939-cu il göstərilib. Həmin nikahdan onların 19 noyabr 1979-cu ildə Xatirə adlı qızları doğulub. Bacısının həyat yoldaşı Müzəffər 03 fevral 2004-cü ildə, bacısı Gülnaz 13 may 2013-cü ildə və bacısının qızı Xatirə isə 05 sentyabr 2021-ci il tarixdə vəfat dəyişiblər. Xatirə ərə getməmiş, ailə həyatı qurmamışdır. Qobustan rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə bacısı Gülnaza ünvan 1 ünvanda 300 kv. metr torpaq sahəsi verilmişdir. Hazırda həmin həyətyanı torpaq sahəsini öz adına sənədləşdirə bilmək üçün notariat ofisinə müraciət etmiş, notariat ofisində qardaş-bacı olduqlarının təsdiqi üçün Gülnazın doğum haqqında şəhadətnaməsini istəmişlər. Gülnazın doğum haqqında şəhadətnaməsi olmadığından Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsində və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının saxlandığı arxivdə bacısı Gülnazın doğum qeydi barədə məlumat aşkar olunmamışdır. Eləcə də X29 və Qobustan rayon filiallarında da Gülnazın doğumu ilə əlaqədar məlumat tapılmamışdır. Valideynlərinin dediyinə görə Gülnaz 1939-cu ilin yayında doğulmuşdur. 1939-cu ildə anadan olmuş atadan bir, anadan ayrı bacısı Həsrətova (Abdurəhimova) Gülnaz İsrəfil qızının doğum qeydi aktının bərpa edilməsi, adının Gülnaz, soyadının Aburəhimova, ata adının İsrəfil, ata qrafasında X9, anası qrafasında X7, doğum yerinin Şamaxı rayonu Bəklə kəndi göstərilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X11 məhkəməyə ərizə göndərərək Həsrətova (Abdurəhimova) Gülnaz İsrəfil qızının doğum qeydi aktının bərpa edilməsinə etirazı olmadığını bildirmişdir. X5 izahatında göstərdi ki, mərhum Gülnaz Həsrətovanı yaxşı tanıyırdı. Onunla Qobustan şəhərində qonşuluqda yaşayıblar. Gülnaz ondan 10-12 yaş böyük olsa da, onunla bacı kimi münasibətləri olmuşdur. X12 izahat verərək göstərdi ki, Gülnazın atası İsrəfillə Şamaxı rayonun Bəklə kənində qonşu olublar. Sonra isə Qobustan rayonuna köçərək Gülnaz və onun əri Müzəffərlə qonşuluqda yaşayıblar. Münasibətləri normal olub. Gülnaz ondan 2-3 yaş böyük olub. Məhkəmə ərizəçinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 08 may 2024-cü il tarixdə verilmiş 123 saylı məktubdan görünür ki, bacısı 1939-cu il təvəllüdlü X3 doğum haqqında akt qeydi olmadığı üçün onun adına doğum haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Məhkəməyə müraciət etmək məsləhət olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X20 02 noyabr 2023-cü il tarixli 3- 48İİ F-/-2 A.359-6-23 saylı məktubundan görünür ki, X29 Filialında saxlanılan VVADQ şöbəsinin 1939-1947-ci illərinə aid doğum haqqında aktların qeydiyyatının bərpa kitabına baxış keçirilmiş, X3 doğumu aşkar olunmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Qobustan rayon Dövlət Arxivinin 27 dekabr 2023-cü il tarixli 3-48-28RA/2A-29-6 saylı məktubundan görünür ki, Qobustan rayon Dövlət Arxivində saxlanılan VVADQ şöbəsinin 1935-1945-ci illərinə aid doğum haqqında aktların qeydiyyatının bərpa kitabına baxış keçirilmiş, X3 doğumu aşkar olunmamışdır. 21 oktyabr 1963-cü il tarixli İ-İE 365422 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, 1939-ci ildə doğulmuş X2 Müzəffər Qəfər oğlu ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Maraqlı şəxs tərəfindən 16 avqust 2022-ci il tarixdə verilmiş AZ-İİ 264906 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 13 may 2013-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X4 1939-cu ildə Şamaxı rayonu Bəklə kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Gülnaza doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi 01 iyul 1939-cu il, soyadı Abdurəhimova adı Gülnaz, doğum yeri Şamaxı rayonu Bəklə kəndi, atası qrafasında X10, anası qrafasında X7 yazılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi bacısı Həsrətova (Abdurəhimova) Gülnaz İsrəfil qızının doğum qeydi aktı bərpa edilsin. Gülnaza doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi 01 iyul 1939-cu il, soyadı Abdurəhimova adı Gülnaz, doğum yeri Şamaxı rayonu Bəklə kəndi, atası qrafasında X10, anası qrafasında X7 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar