Məhkəmə qərarları › İş №2(026)-31/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-31/2022

18.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-31/2022 18.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ona və ailə üzvlərinin mülkiyyətində olan və Cavabdeh tərəfindən zəbt edilmiş 30 sot pay torpaq sahəsindən məcburi çıxarılmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ona və ailə üzvlərinin mülkiyyətində olan və Cavabdeh tərəfindən zəbt edilmiş 30 sot pay torpaq sahəsindən məcburi çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında göstərdi ki, 17 may 1997-ci il tarixli 22 saylı JN 0011 KOD 30702028 saylı Dövlət aktı ilə Qobustan rayon Aqrar İslahat Komissiyasının qərarı ilə nümayəndəsi olduğu atası İddiaçı və 8 nəfərdən ibarət olan ailə üzvlərinin mülkiyyətinə 16,88 hektar əkinə yararlı pay torpaq sahəsi verilmişdir. Həmin vaxtdan da həmin torpağı əkib-becərirlər. Cavabdeh dörd ildir ki, onların mülkiyyətində olan torpaq sahəsinin “Mollaəhməd qəbri” adlanan ərazisində onunla həmsərhəd olduğu hissədən 28 metr və ya təxminən 30 sotunu qanunsuz zəbt etmişdir. Bu barədə Əsbətə, kənd icra nümayəndəsinə və kənd təsərrüfatı idarəsinə müraciət etmişlər. Lakin Cavabdeh dörd ildən çox müddətdə zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmaq istəmir. Ona görə də Cavabdeh İddiaçı və onun 8 nəfərdən ibarət olan ailə üzvlərinin mülkiyyətində olan 30 sot pay torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir, Qobustan rayon Aqrar İslahat Komissiyasının 17 may 1997-ci il tarixli 22 nömrəli qərarı ilə JN-0032 saylı KOD 30702028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ona və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 12,64 ha torpaq sahəsi verilmişdir. Çıxarılması tələb olunan “Mollaəhməd qəbri” adlanan ərazidəki torpaq sahəsi də özünə və ailə üzvlərinə məxsusdur. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə edilmiş JN-0011 saylı KOD 30702028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, İddiaçı Hacbaba oğlu və onun 7 nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 16,88 hektar pay torpaq sahəsi verilmişdir. Qobustan rayon İHB-nın Ərəbqədim kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış 02 sentyabr 2021-ci il tarixli 030 saylı məktubda göstərilir ki, məsələnin həlli ilə əlaqədar ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və ya Qobustan rayon məhkəməsinə müraciət etməsi bildirilmişdir. JN-0032 saylı KOD 30702028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Cavabdeh və onun 5 nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 12,64 hektar pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 07 iyun 2022-ci il tarixli **********21 saylı mütəxəssis rəyindən görünür ki, torpaqların elektron kadastr uçot informasiya sisteminə (TEKUİS) əsasən Qobustan rayonunun Göydərə kəndi ərazisində “Mollaəhməd qəbri” adlanan yerdə yerləşən Cavabdeh tərəfindən əkilmiş mübahisəli torpaq sahəsi JN-32 saylı Dövlət Aktı ilə Cavabdeh mülkiyyətindədir. Torpaqların elektron kadastr uçot informasiya sisteminə (TEKUİS) əsasən Qobustan rayonunun Göydərə kəndi ərazisində yerləşən Cavabdeh tərəfindən əkilmiş mübahisəli torpaq sahəsi JN-11 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi deyildir. Torpaqların elektron kadastr uçot informasiya sisteminə (TEKUİS) əsasən Qobustan rayonunun Göydərə kəndi ərazisində yerləşən Cavabdeh tərəfindən əkilmiş mübahisəli torpaq sahəsi JN-32 saylı Dövlət Aktına əsasən Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı və cavabdehin naturada istifadə etdikləri torpaq sahələrinin sərhədləri müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli 10/4097 saylı ekspert rəyində göstərilir ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Göydərə kəndi ərazisində "Mollaəhməd qəbri" adlanan yerdə yerləşən Cavabdeh tərəfindən əkilmiş mübahisəli torpaq sahəsinin JN- 32 saylı Dövlət Aktı ilə Cavabdeh mülkiyyətində olduğu müəyyən olunmuşdur. 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Göydərə kəndi ərazisində yerləşən Cavabdeh tərəfindən əkilmiş mübahisəli torpaq sahəsinin JN-11 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi olmadığı müəyyən edildi. 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Göydərə kəndi ərazisində yerləşən Cavabdeh tərəfindən əkilmiş mübahisəli torpaq sahəsinin JN-32 saylı Dövlət Aktına əsasən Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İşin araşdırılmış hallarından, mütəxəssis və ekspert rəylərindən müəyyən edildi ki, Qobustan rayonunun Göydərə kəndi ərazisində "Mollaəhməd qəbri" adlanan yerdə yerləşən Cavabdeh tərəfindən əkilmiş mübahisəli torpaq sahəsi JN-32 saylı Dövlət Aktı ilə Cavabdeh mülkiyyətindədir. Cavabdeh tərəfindən əkilmiş mübahisəli torpaq sahəsi JN-11 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi deyildir. Cavabdeh tərəfindən əkilmiş mübahisəli torpaq sahəsi JN-32 saylı Dövlət Aktına əsasən Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü də müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ— subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı onun və ailə üzvlərinin mülkiyyətində olan və Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş 30 sot torpaq sahəsindən məcburi çıxarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, 50 manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı onun və ailə üzvlərinin mülkiyyətində olan və Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş 30 sot torpaq sahəsindən məcburi çıxarılmasına dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçı 50 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar