Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-32/2023 19.01.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı X1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qobustan rayonunun Çalov kəndində yerləşən evindən gəlini Cavabdeh2 məxsus cehiz əşyalarının məcburi çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qobustan rayonunun Çalov kəndində yerləşən evindən gəlini Cavabdeh2 məxsus cehiz əşyalarının məcburi çıxarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə teleqram göndərərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında gəldikləri razılığa əsasən mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəməyə teleqram göndərərək mülki işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qobustan rayonunun Çalov kəndində yerləşən evindən gəlini Cavabdeh2 məxsus cehiz əşyalarının məcburi çıxarılması tələbinə dair iddia ərizəsi üzrə icraata iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilsin. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-32/2023
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-32/2023
19.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver