Məhkəmə qərarları › İş №2(026)-327/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-327/2022

28.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-327/2022 28.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X15 iştirakı ilə, Ərizəçi 12 sentyabr 1986-cı il tarixdə anadan olmuş X16nun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 12 sentyabr 1986-cı il tarixdə anadan olmuş X16nun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, X29 ilə 10 dekabr 2012-ci ildə nikahlarını rəsmiləşdirmədən evlənmişlər, faktiki nikahdan 24 dekabr 2013-cü il tarixdə Natiq və 24 noyabr 2016-cı ildə Namiq adlı uşaqları anadan olmuşdur. 1990-cı illərin əvvəllərində Gürcüstanda azərbaycanlılara olan təzyiq səbəbindən 1993-cü ildə ərinin ailəsi ilə birlikdə azərbaycana, yəni Qobustan rayonunun Xilmilli kəndinə köçüb gəlmişlər və halhazırda da həmin kənddə yaşayırlar. X16 12 sentyabr 1986-cı ildə Gürcüstan Respublikasının Dmanisi rayonu Aşağı Qarabulaq kəndində anadan olub. Şəxsiyyət vəsiqəsi olmadan Azərbaycan Respulikasında yaşamaq çətindir. Azərbaycan vətəndaşlığı almaq üçün əri Naib Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuş və bu fakt məhkəmə qətnaməsi ilə müəyyən edildikdən sonra Miqrasiya Xidmətinə müraciət etməsi bildirilmişdir .Ona görə də 12 sentyabr 1986-cı il tarixdə anadan olmuş X16nun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X25 izahat verərək ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. X29 izahat verərək göstərdi ki, 1993-cü ildən Qobustan rayonunun Xilmilli kəndinə köçüb və hazırda da ailəsi ilə həmin kənddə yaşayır. Daimi yaşayış yeri Xilmilli kəndidir. Ailəlidir. İki uşağı var və uşaqları da həmin kənddə doğulub və oğlu Natiq həmin kənddə məktəbə gedir. Onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Şahid Qobustan rayonu Xilmilli kənd sakini X4 ifadə verərək göstərdi ki, o, X26 1993-ci ildə Gürcüstan Respublikasından ailəsi ilə birlikdə Qobustan rayonu Xilmilli kəndinə gəlib, Naib Xilmilli kəndində evlənib, iki övladı var. Naib 1993-cü ildən hazıra kimi Xilmilli kəndində daimi yaşayır. X2 ifadə verərək göstərdi ki, X21 1993-cü ildən tanıyır, Naib 1993-cü ildə Gürcüstan Respublikasından ailəsi ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndinə gəlib, onunla qonşuluqda yaşayır. Naib ailəlidir, iki övladı var. Naib 1993-cü ildən hazıra kimi həmin kənddə daimi yaşayır. X1 ifadə verərək göstərdi ki, X21 1993-cü ildə Gürcüstan Respublikasından ailəsi ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndinə gəlib, Naib Xilmilli kəndinə gələrkən 5-6 yaşı olardı. Naib təsərrüfatla məşğuldur. Xilmilli kəndində evlənib, ailəlidir və iki övladı var. 1993-cü ildən Xilmilli kəndində daimi yaşayır. Məhkəmə ərizəçinin, maraqlı tərəfin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 iyul 2022-ci il tarixli 146 saylı şəkilli arayışından görünür ki, X29 həqiqətən 1993-cü ildən halhazıra kimi Qobustan rayon Xilmilli kəndində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X22 ünvanlandığı 31 may 2022-ci il tarixli 08/h-M-142 saylı məktubunda göstərilir ki, onun Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş məktubuna cavab olaraq bildirilmişdir ki, 12 may 2022-ci il tarixli 12/14478 saylı məktubla onun Gürcüstan vətəndaşı hesab edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair 14 mart 2022-ci il tarixli ******* saylı arayışından görünür ki, X17 “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin verdiyi 12 may 2022-ci il tarixli 12/14478 saylı sənəddən görünür ki, 01 sentyabr 1986-cı il təvəllüdlü X3 vətəndaşı hesab edilmir. Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 iyun 2022-ci il tarixdə verdiyi 110 saylı arayışından görünür ki, X29 1993-cü ildən Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatsız yaşayır. Qobustan rayonunun Xilmilli kənd sakinləri X4, X5 və X7 tərtib etdikləri aktdan görünür ki, X29 1993-cü ildən hal-hazıra kimi ailəsi ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatsız yaşayır. Kürdəmir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən tərcüməçi MADHİEVA-LALA-nın imzasının həqiqiliyinin təsdiq edilməsinə dair reyestr 8İ- 1507 nömrə ilə qeyd edilmiş 12 sentyabr 1986-cı il tarixdə verilmiş Vİİ-ТИ 409260 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X26 01 sentyabr 1986-cı ildə Gürcüstan Respublikası Dmanisi rayonu N. Qarabulaq kəndində doğulmuşdur. X10, anası X9r. Azərbaycan Respublikası torpaqdan daimi istifadə hüququna dair JN-383 KOD 30712018 saylı dövlət aktının surətindən görünür ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli 23 saylı qərarı ilə ailə başçısı X23 göstərilməklə ailə üzvləri-X11, X18 və X6 təsərrüfatı məhsullarının istehsalı üçün 11,98 ha torpaq sahəsi ayrılmışdır. Qobustan rayon qeydiyyat şöbəsinin verdiyi 08 may 2014-cü il tarixli AZ-İİİ 311438 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 24 dekabr 2013-cü il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. X12, anası Ərizəçidır. Qobustan rayon qeydiyyat şöbəsinin verdiyi 18 yanvar 2017-ci il tarixli AZ-İİİ 883593 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 24 noyabr 2016-cı il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. X12, anası Ərizəçidır. Qobustan rayon Xilmilli kənd tam orta məktəbinin 13 iyul 2022-ci il tarixli 9 saylı arayışından görünür ki, 2013-cü il təvəllüdlü X33 2019-cu ildə Qobustan rayonunun Xilmilli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və hazırda həmin məktəbin İV sinfində təhsil alır. Azərbaycan Respublikası MPM-in 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X17 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X17 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar