Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-328/2022 28.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X31 iştirakı ilə, Ərizəçi 12 oktyabr 1974-cü il tarixdə anadan olmuş X3nun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 12 oktyabr 1974-cü il tarixdə anadan olmuş X3nun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, X10 ilə 1999-ci il tarixdə evlənmişlər. Lakin nikahlarını 01 mart 2006-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 28 avqust 2001-ci il tarixdı Rəqsanə, 10 sentyabr 2002-ci il tarixdə Orxan və 05 sentyabr 2005-ci il tarixdə Günay adlı üç uşaqları anadan olmuşdur. 1990-cı illərin əvvəllərində Gürcüstanda azərbaycanlılara olan təzyiq səbəbindən 17 dekabr 1993-cü ildə ərinin ailəsi ilə birlikdə Azərbaycana, yəni Qobustan rayonunun Xilmilli kəndinə köçüb gəlmişlər və hal-hazırda da həmin kənddə yaşayırlar. X3 12 oktyabr 1974-cü ildə Gürcüstan Respublikasının Dmanisi rayonu Baxçalar kəndində anadan olub. Şəxsiyyət vəsiqəsi olmadan Azərbaycan Respulikasında yaşamaq çətindir. Azərbaycan vətəndaşlığı almaq üçün əri Fikrət Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən halhazıra kimi azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuş və bu fakt məhkəmə qətnaməsi ilə müəyyən edildikdən sonra Miqrasiya Xidmətinə müraciət etməsi bildirilmişdir .Ona görə də 12 oktyabr 1974-cü il tarixdə anadan olmuş əri X5 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X41 izahat verərək ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. X10 izahat verərək göstərdi ki, 1993-cü ildən Qobustan rayonunun Xilmilli kəndinə köçüb və hazırda da ailəsi ilə həmin kənddə yaşayır. Daimi yaşayış yeri Xilmilli kəndidir. Ailəlidir. Üç uşağı var və uşaqları da həmin kənddə doğulub və həmin kənddə məktəbə gediblər Onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Şahid Qobustan rayonu Xilmilli kənd sakini X32 ifadə verərək göstərdi ki, o, X7 1993cü ildən taniyir. Fikrət 1993-cü ildə ailəsi ilə birlikdə Gürcüstan Respublikasından gələrək Xilmilli kəndində yaşamağa başlamışdır. Onun uşaqları həmin kənddə məktəbə gedir, özü isə fəhlə işləyir. X9 ifadə verərək göstərdi ki, X7 1993-cü ildən tanıyır, Fikrət 1993-cü ildə Gürcüstan Respublikasından ailəsi ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndinə gəlib, onunla qonşudur. X12 ifadə verərək göstərdi ki, X10 1993-cü ildə Gürcüstan Respublikasından ailəsi ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndinə gəlib və hazırdada həmin kənddə qeydiyyatsız yaşayır. Fikrət Xilmilli kəndində evlənib, üç uşağı var, uşaqları da kənd orta məktəbində təhsil alır. Məhkəmə ərizəçinin, maraqlı tərəfin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 iyul 2022-ci il tarixli 144 saylı şəkilli arayışından görünür ki, X11 həqiqətən 1993-cü ildən halhazıra kimi Qobustan rayon Xilmilli kəndində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X8 ünvanlandığı 31 may 2022-ci il tarixli 08/h-M-142 saylı məktubunda göstərilir ki, onun Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş məktubuna cavab olaraq bildirilmişdir ki, 12 may 2022-ci il tarixli 12/14478 saylı məktubla onun Gürcüstan vətəndaşı hesab edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair 14 mart 2022-ci il tarixli ******* saylı arayışından görünür ki, X6 “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin verdiyi 12 may 2022-ci il tarixli 12/14478 saylı sənəddən görünür ki, 01 sentyabr 1986-cı il təvəllüdlü X1 vətəndaşı hesab edilmir. Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 iyun 2022-ci il tarixdə verdiyi 111 saylı arayışından görünür ki, X11 1993-cü ildən Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatsız yaşayır. Qobustan rayonunun Xilmilli kənd sakinləri X32, X34 və X16 tərtib etdikləri aktdan görünür ki, X11 1993-cü ildən hal-hazıra kimi ailəsi ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatsız yaşayır. 20 oktyabr 1974-cü il tarixdə verilmiş İ-ТИ 278361 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 12 oktyabr 1974-cü ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuşdur. 22 iyul 1991-ci il tarixdə verilmiş XVİİİ-ТИ 563161 saylı pasportdan görünür ki, X13 12 oktyabr 1974-cü ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuşdur. Qobustan rayon VVADQ şöbəsi tərəfindən verilmiş 01 mart 2006-cı il tarixli AZ-İ 184917 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Yeganə Əjdər qızı ilə nikahlarını 01 mart 2006-cı il tarixdə 07 sayla qeyd etdirməklə evlənmişlər. Arvada Haxverdiyeva soyadı verilmişdir. Qobustan rayon VVADQ şöbəsi tərəfindən verilmiş 01 mart 2006-cı il tarixli AZ-İ 072161 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X21 28 avqust 2001-ci il tarixdə X19 doğulmuş Rəqsanənin atası hesab edilmişdir. Qobustan rayon VVADQ şöbəsi tərəfindən verilmiş 01 mart 2006-cı il tarixli AZ-İ 072159 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X21 10 sentyabr 2022-ci il tarixdə X19 doğulmuş Orxanın atası hesab edilmişdir. Qobustan rayon VVADQ şöbəsi tərəfindən verilmiş 01 mart 2006-cı il tarixli AZ-İ 072160 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X21 05 sentyabr 2005-ci il tarixdə X19 doğulmuş Günayın atası hesab edilmişdir. Qobustan rayon VVADQ şöbəsinin verdiyi 01 mart 2006-cı il tarixli AZ-İ 736911 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 28 avqust 2001-ci il tarixdə Qobustan rayonu Sündü kəndində anadan olmuşdur. X10, anası X28r. Qobustan rayon VVADQ şöbəsinin verdiyi 01 mart 2006-cı il tarixli AZ-İ 736912 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 10 sentyabr 2022-ci il tarixdə Qobustan rayonu Hilmilli kəndində anadan olmuşdur. X10, anası X28r. Qobustan rayon VVADQ şöbəsinin verdiyi 01 mart 2006-cı il tarixli AZ-İ 736913 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 05 sentyabr 2005-ci il il tarixdə Qobustan rayonu Hilmilli kəndində anadan olmuşdur. X10, anası X28r. Qobustan rayon Xilmilli kənd tam orta məktəbinin 13 iyul 2022-ci il tarixli 6 saylı arayışından görünür ki, 2001-ci il təvəllüdlü X14 2007-ci ildə Qobustan rayonunun Xilmilli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və hazırda həmin məktəbin Xİ sinfində təhsil alır. Qobustan rayon Xilmilli kənd tam orta məktəbinin 13 iyul 2022-ci il tarixli 6 saylı arayışından görünür ki, 2005-ci il təvəllüdlü X20 2011-ci ildə Qobustan rayonunun Xilmilli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və hazırda həmin məktəbin İX sinfində təhsil alır. Qobustan rayon Xilmilli kənd tam orta məktəbinin 13 iyul 2022-ci il tarixli 8 saylı arayışından görünür ki, 2002-ci il təvəllüdlü X22 2008-ci ildə Qobustan rayonunun Xilmilli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və hazırda həmin məktəbin İX sinfində təhsil alır. Azərbaycan Respublikası MPM-in 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X4 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-328/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-328/2022
28.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver