Məhkəmə qərarları › İş №2(026)-329/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-329/2022

28.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-329/2022 28.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi Rəfail oğlunun və maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X23 iştirakı ilə, Ərizəçi Rəfail oğlunun 18 iyul 1951-ci il tarixdə anadan olmuş nənəsi X15 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Rəfail oğlu 18 iyul 1951-ci il tarixdə anadan olmuş nənəsi X15 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi Rəfail oğlu məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, nənəsi X7 18 iyul 1951-ci ildə X18 rayonu, Ormeşən kəndində anadan olmuş, 03 mart 1971-ci ildə Xıdırnəbi Haxverdiyevlə ailə qurub. Onların beş övladı olub. Babası, atası Rəfail, Əmiləri və bibiləri Azərbaycan Respublikasının vətəndaşları olmadığından məhkəməyə o özü müraciət etməli olub. 17 dekabr 1993-cü ildə nənəsi ailəsi ilə birlikdə Azərbaycana, Qobustan rayonunun Xilmilli kəndinə köçüb gəlmişdir və hal-hazırda da həmin kənddə yaşayır. Nənəsinin keçmiş SSRİ vətəndaşı olması barədə pasportu vardır. Şəxsiyyət vəsiqəsi olmadan Azərbaycan Respulikasında yaşamaq çətindir. Azərbaycan vətəndaşlığı almaq üçün nənəsi Səməngül Azərbaycan Respublikasının Dövlət Mirqasiya Xidmətinə müraciət etmiş və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuş və bu fakt məhkəmə qətnaməsi ilə müəyyən edildikdən sonra Mirqasiya Xidmətinə müraciət etməsi bildirilmişdir. Ona görə də 18 iyul 1951-ci il tarixdə anadan olmuş nənəsi X15 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X33 izahat verərək ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. X24 izahat verərək göstərdi ki, 1993-cü ildə ailəsi ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndinə köçüb və hazırda da ailəsi ilə həmin kənddə yaşayır. 1993-cü ildən halhazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Şahid Qobustan rayonu Xilmilli kənd sakini X9 ifadə verərək göstərdi ki, o, 1993-cü ildə Gürcüstan Respublikasından arvadı X7 və uşaqları ilə birlikdə Qobustan rayonu Xilmilli kəndinə gəlib və hazırda da orada yaşayırlar. Həmin vaxtdan hazıra kimi başqa ölkəyə getməmişlər. Səməngülün sənədi olmadığı üçün onu müalicəyə də apara bilmir. Özünün Miqrasiya xidmətindən verilmiş beş illik müvəqqəti qeydiyyatı var. X5 ifadə verərək göstərdi ki, Xilmilli kəndində yaşayır. Səməngül Orucovanı tanıyır. Səməngül 1993-cü ildə əri Xıdırnəbi və uşaqları ilə birlikdə Qobustan rayonu Xilmilli kəndinə gəlib və hazırda da orada yaşayırlar. X4 ifadə verərək göstərdi ki, X15 oğlu Rəfailin arvadıdır. Səməngül 1993-cü ildə əri Xıdırnəbi və uşaqları ilə birlikdə Qobustan rayonu Xilmilli kəndinə gəlib və hazırda da orada yaşayırlar. Məhkəmə ərizəçinin, maraqlı tərəfin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 iyul 2022-ci il tarixli 132 saylı şəkilli arayışından görünür ki, X1 rayonu Xilmilli kəndində müvəqqəti qeydiyyatdadır və hal-hazırda Xilmilli kəndində yaşayır. Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 iyul 2022-ci il tarixli 133 saylı şəkilli arayışından görünür ki, X24 həqiqətən 1993-cü ildən halhazıra kimi Qobustan rayon Xilmilli kəndində qeydiyyatsız yaşayır. Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 iyun 2022-ci il tarixdə verdiyi 110 saylı arayışından görünür ki, X24 1993-cü ildən Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatsız yaşayır. Qobustan rayonunun Xilmilli kənd sakinləri X19, X11 və X12 tərtib etdikləri aktdan görünür ki, X24 1993-cü ildən hal-hazıra kimi ailəsi ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Orucova (Haxverdiyeva) Səməngül Rəsul qızına ünvanlandığı 31 may 2022-ci il tarixli 08/h-M-147 saylı məktubunda göstərilir ki, onun Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş məktubuna cavab olaraq bildirilir ki, 12 may 2022-ci il tarixli 12/14478 saylı məktubla onun Gürcüstan vətəndaşı hesab edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin verdiyi 12 may 2022-ci il tarixli 12/14478 saylı sənəddən görünür ki, 01 sentyabr 1986-cı il təvəllüdlü X3 vətəndaşı hesab edilmir. Azərbaycan Respublikası torpaqdan daimi istifadə hüququna dair JN-390 KOD 30712018 saylı dövlət aktının surətindən görünür ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli 23 saylı qərarı ilə ailə başçısı X13 göstərilməklə ailə üzvləri- X8, X2 təsərrüfatı məhsullarının istehsalı üçün 8,97 ha torpaq sahəsi ayrılmışdır. 28 dekabr 1978-ci ildə verilmiş Vİİ-ТИ 658822 saylı pasportdan görünür ki, X24 18 iyul 1951-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonu Ormeşən kəndində anadan olmuşdur. Şamaxı Regional “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən tərcüməçi X16 imzasının həqiqiliyinin təsdiq edilməsinə dair reyestr 8İ-2133 nömrə ilə qeyd edilmiş Dmanisi rayonu VVAQ bürosundan verilmiş 30 dekabr 1978-ci il tarixli İ-ГТИ 259991 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X24 18 iyul 1951-ci ildə tarixdə anadan olmuşdur. X25, anası X14r. Qobustan rayon notariat ofisinin notariusu tərəfindən tərcüməçi Əliyeva M.Q imzasının həqiqiliyinin təsdiq edilməsinə dair reyestr 8İ-483 nömrə ilə qeyd edilmiş 1951-ci il tarixdə verilmiş İİРЗ 692278 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X13 03 mart 1971-ci il tarxdə X24 ilə nikahlarını 6 sayla qeyd etdirməklə evlənmişlər. Arvada Haqverdiyeva soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X15 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X15 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar