Məhkəmə qərarları › İş №2(026)-330/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-330/2022

28.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-330/2022 28.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X14 iştirakı ilə, Ərizəçi 29 dekabr 1979-cu il tarixdə anadan olmuş X12nun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 29 dekabr 1979-cu il tarixdə anadan olmuş X12nun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, X23 ilə 23 oktyabr 2002-ci ildə nikahlarını rəsmiləşdirmədən evlənmişlər, faktiki nikahdan 12 sentyabr 2003cü ildə Nadir, 06 avqust 2004-cü ildə Qadir və 11 sentyabr 2007-ci ildə Aytac adlı uşaqları anadan olmuşdur. 1990-cı illərin əvvəllərində Gürcüstanda azərbaycanlılara olan təzyiq səbəbindən 1993-cü ildə əri və ailəsi ilə birlikdə azərbaycana, yəni Qobustan rayonunun Xilmilli kəndinə köçüb gəlmişlər və hal-hazırda da həmin kənddə yaşayırlar. X12 29 dekabr 1979-cu ildə Gürcüstan Respublikasının Dmanisi rayonu Qarabulaq kəndində anadan olub. Şəxsiyyət vəsiqəsi olmadan Azərbaycan Respulikasında yaşamaq çətindir. Azərbaycan vətəndaşlığı almaq üçün əri Mahir Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuş və bu fakt məhkəmə qətnaməsi ilə müəyyən edildikdən sonra Miqrasiya Xidmətinə müraciət etməsi bildirilmişdir .Ona görə də 29 dekabr 1979-cu il tarixdə anadan olmuş X12nun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993cü ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X24 izahat verərək ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. X23 izahat verərək göstərdi ki, 1993-cü ildən Qobustan rayonunun Xilmilli kəndinə köçüb və hazırda da ailəsi ilə həmin kənddə yaşayır. Daimi yaşayış yeri Xilmilli kəndidir. Ailəlidir. Üç uşağı var və uşaqları da həmin kənddə doğulub və həmin kənddə məktəbə gediblər. Onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən halhazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Şahid Qobustan rayonu Xilmilli kənd sakini X4 ifadə verərək göstərdi ki, o, 1992-ci ildə Gürcüstan Respublikasından ailəsi ilə birlikdə Qobustan rayonu Xilmilli kəndinə gəlib və hazırda da orada yaşayırlar. X23 da 1993-cü ildə ailəsi ilə birlikdə Xilmilli kəndinə gəlmiş və həmin vaxtdan da ailəsi ilə birlikdə Xilmilli kəndində yaşayır. X1 ifadə verərək göstərdi ki, X17 1993-cü ildən tanıyır, Mahir 1993-cü ildə Gürcüstan Respublikasından ailəsi ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndinə gəlib, hazırda da həmin kənddə yaşayır. Məhkəmə ərizəçinin, maraqlı tərəfin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 iyul 2022-ci il tarixli 145 saylı şəkilli arayışından görünür ki, X3 rayonu Xilmilli kəndində müvəqqəti qeydiyyatdadır və hal-hazırda Xilmilli kəndində yaşayır. Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 iyul 2022-ci il tarixli 109 saylı şəkilli arayışından görünür ki, X23 həqiqətən 1993-cü ildən halhazıra kimi Qobustan rayon Xilmilli kəndində qeydiyyatsız yaşayır. Qobustan rayonunun Xilmilli kənd sakinləri X4, Xankişiyev əlzaman Xangəldi oğlu və X6 tərtib etdikləri aktdan görünür ki, X23 1993-cü ildən hal-hazıra kimi ailəsi ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Orucova (Haxverdiyeva) Səməngül Rəsul qızına ünvanlandığı 31 may 2022-ci il tarixli 08/h-M-147 saylı məktubunda göstərilir ki, onun Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş məktunuba cavab olaraq bildirilmişdir ki, 12 may 2022-ci il tarixli 12/14478 saylı məktubla onun Gürcüstan vətəndaşı hesab edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin verdiyi 12 may 2022-ci il tarixli 12/14478 saylı sənəddən görünür ki, 29 dekabr 1979-cu il təvəllüdlü X2 vətəndaşı hesab edilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair ******* saylı arayışından görünür ki, X15 “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. 04 yanvar 1980-ci ildə verilmiş İİİ-ТИ 252835 saylı pasportdan görünür ki, X39 29 dekabr 1979-cu ildə Gürcüstan Respublikasının Dmanisi rayonu Qarabulaq kəndində kəndində anadan olmuşdur. Kürdəmir Regional “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən tərcüməçi MASHLEVA LALA-nın imzasının həqiqiliyinin təsdiq edilməsinə dair reyestr 8İ-1508 nömrə ilə qeyd edilmiş Gürcüstan SSR Dmanisi rayonunda Qarabulaq k/şurası tərəfindən verilmiş 04 yanvar 1980-ci il tarixli İİİ-ТИ 252835 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X21 29 dekabr 1979-cu ildə tarixdə anadan olmuşdur. X10, anası X7r. Azərbaycan Respublikası torpaqdan daimi istifadə hüququna dair JN-3830 KOD 30712018 saylı dövlət aktının surətindən görünür ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli 23 saylı qərarı ilə ailə başçısı X21 göstərilməklə ailə üzvləri- X11, X18 və X5 təsərrüfatı məhsullarının istehsalı üçün 11,98 ha torpaq sahəsi ayrılmışdır. Qobustan rayon VVADQ şöbəsi tərəfindən verilmiş 21 yanvar 2004-cü il tarixli AZ-İ 025813 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X23 12 sentyabr 2003-cü il tarixdə Ərizəçi doğulmuş Nadirin atası hesab edilmişdir. Qobustan rayon VVADQ şöbəsi tərəfindən verilmiş 02 mart 2008-cü il tarixli AZ-İ 107083 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X23 11 sentyabr 2004-cü il tarixdə Ərizəçi doğulmuş Aytacın atası hesab edilmişdir. Qobustan rayon VVADQ şöbəsi tərəfindən verilmiş 22 oktyabr tarixli AZ-İ 039920 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X23 06 avqust 2004-cü il tarixdə Ərizəçi doğulmuş Qadirin atası hesab edilmişdir. Qobustan rayon VVADQ şöbəsinin verdiyi 21 yanvar 2004-cü il tarixli AZ-İ 199970 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 12 sentyabr 2003-cü il tarixdə Qobustan rayonunda anadan olmuşdur. X8, anası Ərizəçidır. Qobustan rayon VVADQ şöbəsinin verdiyi 22 oktyabr 2004-cü il tarixli AZ-İ 491845 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 16 avqust 2004-cü il tarixdə Qobustan rayonunda anadan olmuşdur. X8, anası Ərizəçidır. Qobustan rayon VVADQ şöbəsinin 02 may 2008-cü il tarixli AZ-İİ 081892 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 11 sentyabr 2007-ci il tarixdə Qobustan rayonunda anadan olmuşdur. X8, anası Ərizəçidır. Qobustan rayon Xilmilli kənd tam orta məktəbinin 13 iyul 2022-ci il tarixli 10 saylı arayışından görünür ki, 2007-ci il təvəllüdlü X22 2014-cü ildə Qobustan rayonunun Xilmilli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və hazırda həmin məktəbin X sinfini bitirmişdir. Qobustan rayon Xilmilli kənd tam orta məktəbinin 13 iyul 2022-ci il tarixli 11 saylı arayışından görünür ki, 2004-cü il təvəllüdlü X27 2010-cu ildə Qobustan rayonunun Xilmilli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 2021-ci ildə həmin məktəbin Xİ sinfini bitirmişdir. Qobustan rayon Xilmilli kənd tam orta məktəbinin 13 iyul 2022-ci il tarixli 12 saylı arayışından görünür ki, 2003-cü il təvəllüdlü X28 2009-cu ildə Qobustan rayonunun Xilmilli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 2020-ci ildə həmin məktəbin İX sinfini bitirmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X15 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X15 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü ildən hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar