Məhkəmə qərarları › İş №2(026)-348/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-348/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-348/2023 11.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh 866 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 866 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 28 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində adına olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli BA 212807 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WOLOAHL ********** və buraxılış ili 2006-cı il olan “OPEL ASTRA” markalı **-TC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə verilməsi barədə icarə müqaviləsi bağlamışdır. İcarənin şərtinə görə “icarəyə götürən” Cavabdeh “icarə verən” İddiaçı 600 manat icarə haqqı ödəməli və icarəyə götürdüyü avtomobili götürdüyü vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür. Cavabdeh 28 oktyabr 2022-ci il tarixdən 19 fevral 2023-cü il tarixə kimi avtomaşını idarə etmiş, müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh müqavilənin şərtlərinə görə 866 manat pul ödəməli olduğu halda dəfələrlə deyilməsinə baxmayaraq icarə haqqını ona ödəməmişdir. Cavabdeh 866 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 28 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində İslamın mülkiyyətində olan ban nömrəsi WOLOAHL ********** və buraxılış ili 2006-cı il olan “OPEL ASTRA” markalı **-TC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə verilməsi barədə icarə müqaviləsi bağlamışlar. İcarənin şərtinə görə “icarəyə götürən” , yəni o, “icarə verən” İddiaçı 600 manat icarə haqqı ödəməli və icarəyə götürdüyü avtomobili götürdüyü vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür. Lakin böyrəklərində yaranan problemlə əlaqədar işləyə bilmədiyindən icarə haqqını ödəyə bilməmişdir. İddiaçı borclu olduğu 866 manat icarə haqqını və 30 manat ödənilmiş dövlət rüsumunu yaxın zamanda iddiaçıya ödəyəcək. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 23 saylı notariat ofisində 28 oktyabr 2022-ci il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli BA 212807 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X1 mülkiyyətində olan ban nömrəsi WOLOAHL ********** və buraxılış ili 2006-cı il olan “OPEL ASTRA” markalı **-TC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi “icarə verən” İddiaçı tərəfindən “icarəyə götürən” Cavabdeh hər ay 600 manat icarə haqqı ödəmək şərtilə icarəyə götürdüyü avtomobili götürdüyü vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür. X1 Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, ona borclu olduğu 866 manat ziyanı 10 gün müddətində ödəmədiyi halda dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıracağı bildirilmişdir. Müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 28 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində icarə müqaviləsi bağlayaraq adına olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli BA 212807 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WOLOAHL ********** və buraxılış ili 2006-cı il olan “OPEL ASTRA” markalı **-TC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə vermişdır. İcarənin şərtinə görə “icarəyə götürən” Cavabdeh “icarə verən” İddiaçı 600 manat icarə haqqı ödəməli və icarəyə götürdüyü avtomobili götürdüyü vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür. Cavabdeh 28 oktyabr 2022-ci il tarixdən 19 fevral 2023-cü il tarixə kimi avtomaşını idarə etmiş, müqavilənin şərtlərini pozaraq 866 manat pul ödəməli olduğu halda deyilməsinə baxmayaraq icarə haqqını ödəməmişdir. Azərbaycan Respublikası MM-in 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh 866 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 866 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar