Məhkəmə qərarları › İş №2(026)-355/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-355/2021

27.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-355/2021 27.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu İddiaçı Cavabdeh qarşı X1 aldığı, hal-hazırda onun sərəncam və istifadəsində olan Qobustan şəhərində yerləşən ümumi sahəsi 600 kv metr olan torpaq sahəsindən Cavabdeh çıxarılması, torpağın zəbtdən azad edilməsi və torpaq sahəsinin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı X1 aldığı, hal-hazırda onun sərəncam və istifadəsində olan Qobustan şəhərində yerləşən ümumi sahəsi 600 kv metr olan torpaq sahəsindən Cavabdeh çıxarılması, torpağın zəbtdən azad edilməsi və torpaq sahəsinin ona təhvil verilməsi tələbinə dair Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edildi ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-in 150.0.1-ci və 150.0.2ci maddəsinin tələblərinə riayət edilməmiş, cavabdehin yaşayış yeri barədə DİN-nin MAPS arayışı və ya müvafiq yerli icra hakimiyyəti orqanının yaşayış yeri barədə arayışı ərizəyə əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Qobustan rayon Mərəzə bələdiyyəsi 20m x 30 m ölçüdə torpaq sahəsinin X2 mülkiyyətinə verilməsinə dair 29 dekabr 2005-ci il tarixli sərəncam vermiş 06 yanvar 2006-cı il tarixdə X3 alqı-satqı müqaviləsi bağlanmışdır. X4 həmin torpaq sahəsini dövlət reyestrində qeydiyyatdan keçirməmiş, daşınmaz əmlakın reyestr xidmətindən torpaq sahəsinə hüquqmüəyyənedici sənəd almamış və hüquqmüəyyənedici sənədi isə ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası MM-nin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin maddəyə görə X2 Mərəzə bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli sərəncamı ilə ona verilmiş 0,06 ha torpaq sahəsi üzərində sərəncam vermək hüququ olmamışdır. Ona görə də X2 07 iyun 2013-cü il tarixli AR-İ 236592 nömrəli etibarnamə ilə İddiaçı verdiyi səlahiyyətlər iddia ərizəsində mübahisələndirilən torpaq sahəsinə şamil oluna bilməz, yəni İddiaçı göstərilən torpağa görə iddia qaldırmaq hüququ yoxdur. Eyni zamanda İddiaçı Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinin tələblərinə riayət etməmiş, iş üzrə sübut hesab edilə biləcək sənədlərin surəti notarial qaydada təsdiq olunmamışdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263 və 264-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı X1 aldığı, hal-hazırda onun sərəncam və istifadəsində olan Qobustan şəhərində yerləşən ümumi sahəsi 600 kv metr olan torpaq sahəsindən Cavabdeh çıxarılması, torpağın zəbtdən azad edilməsi və torpaq sahəsinin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra cavabdehin yaşadığı yer üzrə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar