Məhkəmə qərarları › İş №2(026)-378/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-378/2022

26.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-378/2022 26.10.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı X1 Cavabdeh qarşı Şamaxı rayonu, Mərzəndiyə kəndi ərazisində yerləşən ona məxsus evdən cavabdehə məxsus ümumi dəyəri 1000 manat olan 1 ədəd mebel dəsti, 2 ədəd kreslo, 1 ədəd divan, 5 ədəd karniz, 6 ədəd pərdə, 1 ədəd soyuducu, 2 ədəd çıl-çıraq, qab-qacaq, xalça-palaz, taxt dəsti və yorqan-döşəyin məcburi çıxarılması tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər X7 və X8 qarşı ona hədiyyə kimi verilmiş 300 manat dəyərində 3 qram çəkisi olan 1 ədəd qızıl üzük, 350 manat dəyərində 4 qram çəkisi olan 1 ədəd qızıl üzük, 400 manat dəyərində 5 qram çəkisi olan 1 ədəd qızıl üzük, 250 manat dəyərində 2,5 qram çəkisi olan 1 ədəd qızıl üzük, 600 manat dəyərində 7 qram çəkisi olan 1 ədəd qızıl üzük, 3000 manat dəyərində 30 qram çəkisi olan qolbaq və sep dəsti, 1500 manat dəyərində 4 qram çəkisi olan sırqa və üzük dəstinin, ümumi dəyəri 6400 manat dəyərində qızıl-zinət əşyalarının, çatışmayan cehiz əşyalarının və evə görə kompensasiyasının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı X7 Cavabdeh qarşı Şamaxı rayonu, Mərzəndiyə kəndi ərazisində yerləşən ona məxsus evdən cavabdehə məxsus ümumi dəyəri 1000 manat olan bir ədəd mebel dəsti, iki ədəd kreslo, bir ədəd divan, beş ədəd karniz, 6 ədəd pərdə, bir ədəd soyuducu, iki ədəd çıl-çıraq, qab-qacaq, xalça-palaz, taxt dəsti, yorqan-döşəyin məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər X7 və X8 qarşı ona hədiyyə kimi verilmiş 300 manat dəyərində 3 qram çəkisi olan 1 ədəd qızıl üzük, 350 manat dəyərində 4 qram çəkisi olan 1 ədəd qızıl üzük, 400 manat dəyərində 5 qram çəkisi olan 1 ədəd qızıl üzük, 250 manat dəyərində 2,5 qram çəkisi olan 1 ədəd qızıl üzük, 600 manat dəyərində 7 qram çəkisi olan 1 ədəd qızıl üzük, 3000 manat dəyərində 30 qram çəkisi olan qolbaq və sep dəsti, 1500 manat dəyərində 4 qram çəkisi olan sırqa və üzük dəstinin, ümumi dəyəri 6400 manat dəyərində qızıl-zinət əşyalarının, çatışmayan cehiz əşyalarının və evə görə kompensasiyasının ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı X7 ilkin iddianı müdafiə edərək izahatında göstərdi ki, oğlu X9 ilə Cavabdeh arasında olan nikah Qobustan rayon məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, lakin Cavabdeh məxsus cehiz əşyaları onun evində qalmışdır. Onun evində qalan əmlakların çıxarılması üçün Tünzaləyə dəfələrlə deməsinə baxmayaraq Cavabdeh əmlaklarını könüllü çıxarmaq istəmir. Tünzaləyə məxsus əmlakları onun evində yer tutduğu üçün evindən istədiyi kimi istifadə edə bilmir. Ona görə Mərzəndiyə kəndi ərazisində yerləşən ona məxsus evdən Cavabdeh məxsus ümumi dəyəri 1000 manat olan bir ədəd mebel dəsti, iki ədəd kreslo, bir ədəd divan, beş ədəd karniz, 6 ədəd pərdə, bir ədəd soyuducu, iki ədəd çıl-çıraq, qab-qacaq, xalça-palaz, taxt dəsti, yorqan-döşəyin məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X7 izahatında Cavabdehn həmin günü toya apardıqları üçün qızıl-zinət əşyalarının üstündə olduğunu və toydan çıxdıqdan sonra isə Tünzaləni valideynlərinin evinə apardıqlarını, Tünzalənin tələb etdiyi qızıl-zinət əşyalarından 1 ədəd üzük və 1 ədəd qolbağı isə Tünzalənin müalicəsi üçün satdığını, digər qızılları isə Tünzalənin özündə olduğunu bildirərək qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, X9 ilə 06 avqust 2010-cu il tarixdə evlənmişlır. Lakin bu nikahdan övladları olmamışdır. Rəşad və valideynləri ata-anasına baş çəkmək adı ilə onu Qobustan rayonunun Təklə kəndinə gətirmiş və sonra Rəşadla aralarında olan nikahın pozulması ilə əlaqədar Qobustan rayon məhkəməsində iddia qaldırmışlar. Qobustan rayon məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Rəşadla aralarında olan nikah pozulmuşdur. Cehizlərinin evdən çıxarılmasına etiraz etmir. Rəşadın valideynləri ilə birlikdə toya getmişlər, lakin evdən çıxarkən Rəşadın valideynlərinin ona toy hədiyyəsi verdikləri ümumi dəyəri 6000 manat olan 300 manat dəyərində 3 qram çəkisi olan 1 ədəd qızıl üzük, 350 manat dəyərində 4 qram çəkisi olan 1 ədəd qızıl üzük, 400 manat dəyərində 5 qram çəkisi olan 1 ədəd qızıl üzük, 250 manat dəyərində 2,5 qram çəkisi olan 1 ədəd qızıl üzük, 600 manat dəyərində 7 qram çəkisi olan 1 ədəd qızıl üzük, 3000 manat dəyərində 30 qram çəkisi olan qolbaq və sep dəsti, 1500 manat dəyərində 4 qram çəkisi olan sırqa və üzük dəsti və valideynlərinin ona verdiyi cehiz əşyaları da orada qalmışdır. Ona görə də ümumi dəyəri 6000 manat olan qızıl-zinət əşyalarının cavabdehlərdən alınıb ona verilməsini, bundan başqa Mərzəndiyə kəndi ərazisində yerləşən və X1 adına rəsmiləşdirilən evi Rəşadla birgə nikah dövründə tikmişlər, həmin evdə onun da əməyi olduğunu göstərərək həmin evin qiymətləndirilməsini və evin qiymətinin 50 faizinin kompensasiya şəklində X7 və X4 alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qarşılıqlı iddia üzrə cavabdeh X6 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. X2 ifadə verərək göstərdi ki, Cavabdeh və X7 ilə birlikdə 3 il bundan əvvəl toya getmişdir. Həmin vaxtı Tünzalənin boynunda qızıl sep və barmağında iki ədəd üzük görmüşdür. Toyun sonuna kimi iştirak etdikdən sonra Qələmşah Tünzaləyə “ana səni həkimə aparacaq”- dediyini eşitmiş, Tünzalə atası evində qalmış və bundan sonra onlar da öz evlərinə getmişlər. X3 ifadə verərək göstərdi ki, Cavabdeh X9 ilə 10 il ailəli olmuşdur. Rəşad onun ərinin qardaşı oğludur. 3 il əvvəl Qələmşahin maşını ilə “Sədərək” ticarət mərkəzinə, oradan da toy mərasiminə getmişlər. Həmin vaxtı Tünzalənin boynunda qızıl sep, barmağında qızıl üzük və qulağında sırqa olduğunu görmüşdür. Qayınanası Tünzalədən qızıllarını götürməsini soruşanda da Tünzalə qızıllarını götürdüyünü dedi. Tünzalə və Rəşadın evli olduqları 10 il müddətində övladları olmamışdır, Tünzaləni daima müalicələrə aparmışlar. Toydan sonra isə Tünzalə atası evində qalmışdır. X15 ifadəsində göstərdi ki, Şamaxı rayonunda 2 saylı qızıl mağazası vardır. Cavabdeh qızıl-zinət əşyalarının qiymətləndirilməsini xahiş etmişdir. O da əvvəlcə iddia ərizəsində göstərilən sənəd üzrə və sonra təqdim etdiyi fotoşəkillər üzrə qızıl-zinət əşyalarını qiymətləndirib bu barədə rəy vermişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Qobustan rayon məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(026)-225/2019 saylı qətnaməsindən görünür ki, X9 ilə Cavabdeh arasında Qobustan rayon İHB-nın Təklə- Mirzəbaba kəndi üzrə ərazi nümayəndəliyində 06 avqust 2010-cu il tarixdə 14 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Mediasiya prosesinə xitam verilməsi barədə 29 iyun 2022-ci il tarixli protokolda göstərilir ki, X1 Cavabdeh qarşı əmlakın evdən çıxarılmasına dair müraciəti ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesundən imtina etdikdə mediasiya prosesinə xitam verilir. Şamaxı rayon 2 saylı qızıl mağazasının müdiri X10 23 avqust 2022-ci il tarixdə verdiyi rəydən görünür ki, iddia ərizəsində göstərilən 4 saylı qızılların qiyməti təqdim olunan fotoşəkillərə əsasən 1 ədəd qızıl üzük (3 qram)-300 manat, 1 ədəd qızıl üzük (4 qram)-350 manat, 1 ədəd qızıl üzük (5 qram)-400 manat, 1 ədəd qızıl üzük (2,5 qram)-250 manat, 1 ədəd qızıl üzük (7 qram)-600 manat, 1 ədəd komplekt-sep-qolbaq (30 qram)- 3000 manat, 1 ədəd komplekt-üzük-sırqa-1500 manat, qızılların ümumi dəyəri -6400 manat müəyyən edilmişdir. Şamaxı rayon 2 saylı qızıl mağazasının müdiri X10 29 sentyabr 2022-ci il tarixdə verdiyi rəydən görünür ki, iddia ərizəsində göstərilən 6 saylı qızılların qiyməti təqdim olunan fotoşəkillərə əsasən 1 ədəd yoluçka sep 20 qram-qiyməti 2000 manat, 1 ədəd yoluçka qolbağ 10 qram-1000 manat, 1 ədəd sırqa ağ qaşlı 8 qram-800 manat, 1 ədəd nişan üzüyü 8 qram-800 manat, 1 ədəd üzük fantaziya 5 qram-500 manat, 1 ədəd üzül qaşlı 5 qram-500 manat, qızılların ümumi dəyəri-5600 manat müəyyən olunmuşdur. Oktyabr 2007-ci il tarixdə tərtib edilmiş, inventar nömrəsi 18 olan daşınmaz əmlakın fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Şamaxı rayon Mərzəndiyə kənd ərazində Pirsaat çayının sol kənarında 1200 m sahədə tikilmiş 1 mərtəbəli 3otaqdan, 1 dəhlizdən və 1 mətbəxdən ibarət fərdi yaşayış evi X1 mülkiyyətindədir. Müəyyən olundu ki, Cavabdeh ilə X9 06 avqust 2010-cu il tarixdə rəsmi nikaha girərək evlənmişlər. Onların bu evlilikdən uşaqları olmamışdır. Qobustan rayon məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Tünzalə valideynlərinin yanına getmiş və hazırda da orada yaşayır. O evdən çıxdıqdan sonra valideynlərinin ona verdiyi cehiz əşyaları qayınatası X1 evində qalmışdır. Cavabdeh ona məxsus qızıl-zinət əşyalarının cavabdehlərdə qalmasına dair məhkəməyə hər hansı sübut təqdim etmədi. Şahidlərin ifadələri ilə Cavabdeh toya gedərkən qızıl-zinət əşyalarının onun üzərində olması və toydan sonra atası evində qalması təsdiqini tapır. Lakin ona hədiyyə edilən və sonradan satılan qızıllar ona qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məsəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsə mülkiyyət hüququ vardır. Konstitusiyanın 29.2-ci maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin İ bəndinə görə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 71-ci maddəsinin Vİİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus cehiz əşyaları Şamaxı rayonu Mərzəndiyə kəndi ərazisində yerləşən ilkin iddia üzrə iddiaçı X5 məxsus evdən çıxarılmalı, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X7 və qarşılıqlı iddia üzrə cavabdeh X4 1000 manat dəyərində 1 ədəd 10 qram çəkisi olan qolbaq və 1 ədəd 300 manat dəyərində 3 qram çəkisi olan üzük və ya onların dəyəri alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Qarşılıqlı iddia qalan hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus cehiz əşyalarından ibarət əmlaklar Şamaxı rayonu Mərzəndiyə kəndi ərazisində yerləşən ilkin iddia üzrə iddiaçı X5 məxsus evdən çıxarılsın. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X7 və qarşılıqlı iddia üzrə cavabdeh X4 1000 manat dəyərində 1 ədəd 10 qram çəkisi olan qolbaq və 1 ədəd 300 manat dəyərində 3 qram çəkisi olan üzük və ya onların dəyəri alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar