Məhkəmə qərarları › İş №2(026)-378/2023

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-378/2023

24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-378/2023 24.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı Ərizəçi maraqlı tərəf Maraqlı şəxs publik hüquqi şəxsə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında iş stajı faktı tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi Maraqlı şəxs publik hüquqi şəxsə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında iş stajı faktı tələbinə dair Qobustan rayon məhkəməsinə iddia ərizəsi göndərmişdir. İddiaçı Ərizəçi xüsusi icraat qaydasında verdiyi ərizəsində göstərmişdir ki, 1990-cı ildə Özbəkstandan qaçqın kimi Azərbaycan Respublikasına gəlmiş, 18 avqust 1990-cı ildə Özəkistan Respublikasında işlədiyi yerdən yaşayış yerinin dəyişilməsi ilə əlaqədar işdən azad olunmuşdur. 1990-cı ilin oktyabr ayının 19-da Qobustan rayon əhaliyə məişət xidməti idarəsinə ayaqqabı təmiri üzrə usta təyin edilmişdir. Həmin işdə 15 may 1997-ci ilə kimi işləmişdir. 15 may 1997-ci ildə 17 nömrəli əmrlə Qobustan rayon Əhaliyə Məişət Xidməti İstehsalat idarəsi ləğv edildiyi üçün işdən azad edilmişdir. Bu barədə əmək kitabçasında müvafiq qeydiyyat aparılmışdır. Hal-hazırda pensiyaya çıxmaq üçün müraciət etmiş, iş stajı ilə əlaqədar yoxlama aparılarkən arxiv sənədləri aşkar edilməmişdir. Qobustan rayon Dövlət Arxivinin 06 sentyabr 2022-ci il tarixli 46 saylı arxiv arayışında Qobustan rayon Məişət Xidmətləri İstehsalat idarəsi sənədlərinin Qobustan rayon Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. Həmin arxiv sənədlərini başqa cür əldə etmək mümkün deyildir. İşlədiyi faktı yalnız məhkəmə qaydasında müəyyən etmək mümkündür. Bu faktı onunla eyni zamanda işləyən şahidlər də təsdiq edə bilərlər. Ona görə də 19 oktyabr 1990-cı ildən 15 may 1997-ci ilə kimi Qobustan rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsində ayaqqabı ustası kimi işləməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən edildi ki, ərizənin icraata qəbul edilməsindən aşağıda qeyd olunanlara əsasən imtina edilməlidir. İş materiallarına əlavə edilmiş Qobustan rayon məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(026)-86/2023 saylı qərardadından görünür ki, Ərizəçi 19 oktyabr 1990-cı ildən 15 may 1997-ci ilə kimi Qobustan rayonu əhaliyə məişət xidməti istehsalat idarəsində ayaqqabı ustası işləməsi faktının təsdiq edilməsinə dair ərizəsi yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 153.2.1-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Ərizəçi 19 oktyabr 1990-cı ildən 15 may 1997-ci ilə kimi Qobustan rayonu əhaliyə məişət xidməti istehsalat idarəsində ayaqqabı ustası işləməsi faktının təsdiq edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar