Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-383/2022 31.10.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı və Cavabdeh qarşı onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil İsgəndər oğlu məhkəməyə ərizə göndərərək iddia ərizəsini və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək İddiaçı ona qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın və mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-383/2022
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-383/2022
31.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver