Məhkəmə qərarları › İş №2(026)-384/2022

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-384/2022

19.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-384/2022 19.09.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 və cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin vəkili Vəkil2 və nümayəndəsi X5 iştirakı ilə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 13 saylı region üzrə X2rşı İddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsini icra etmiş X1 18 may 2022-ci il tarixli 129 K nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa olunması, Qobustan rayon mərkəzi xəstəxanasının Həmkarlar İttifaqı Komitəsinin rəyinin ləğv edilməsi, cavabdeh İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin mənəvi zərərə görə 5000 manat, hüquqi xidmət haqqına görə 700 manat, İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsini icra etmiş X1 qanunsuz əmri nəticəsində məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən İddiaçı ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 13 saylı region üzrə X2rşı İddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsini icra etmiş X1 18 may 2022-ci il tarixli 129 K nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa olunması, Qobustan rayon mərkəzi xəstəxanasının Həmkarlar İttifaqı Komitəsinin rəyinin ləğv edilməsi, cavabdeh İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin mənəvi zərərə görə 5000 manat, hüquqi xidmət haqqına görə 700 manat, İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsini icra etmiş X1 qanunsuz əmri nəticəsində məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdeh Qobustan rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən İddiaçı ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə barışıq sazişi təqdim edərək barışıq sazişini məhkəmənin təsdiq etməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin vəkili Vəkil2 da məhkəmədən barışıq sazişini təsdiq etməsini xahiş etdi. “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X8 və İddiaçı barışıq sazişi ilə razı olduqlarını bildirdilər. Məhkəməyə təqdim olunmuş barışıq sazişində göstərilir ki, barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır. Tərəflər mübahisəni sülh yolu ilə həll etmək niyyətindədirlər. Buna görə də aşağıdakı şərtlərlə razılığa gəlirlər və barışıq sazişini təsdiq edirlər: “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi öhdəsinə götürür ki, barışıq sazişi məhkəmə qaydasında təsdiqləndikdən sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 18 may 2022-ci il tarixli 129-K əmri ləğv edəcək. İddiaçı işə bərpa olunacaq, bərpa olunduğu tarixə qalan ayların orta aylıq əmək haqqı ona ödəniləcək. İddiaçı öhdəsinə götürür ki, işə bərpa olunduğu tarixdən on gün sonra əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini verəcəkdir. Əmək müqaviləsinin müddətinin uzadılıb-uzadılmaması direktorun səlahiyyətində saxlanılır. İddiaçı cavabdeh "Qobustan Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə qarşı "işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, dəymiş zərərin əvəzinin ödənilməsinə dair” tələbinə dair iddiasından imtina edir. Bu saziş tərəflərin qarşılıqlı razılaşması əsasında tərtib edilmişdir və tərəflərin imzaları ilə təsdiq edilir. Barışıq sazişindən irəli gələn hüquq və vəzifələr, həmçinin üzərlərinə götürülmüş öhdəliklər və onların yerinə yetirilməyəcəyi təqdirdə məcburi qaydada icra edilməsi tərəflərə məlumdur. Məhkəmə tərəflərin və onlar vəkil və nümayəndələrinin izahatlarını dinləyib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.- Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Cavabdeh "Qobustan Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdən 77 manat dövlət rüsumu tutulub Qobustan rayon məhkəməsinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 191, 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X3 arasında 10 sentyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunsun. İş üzrə icraata xitam verilsin. Cavabdeh "Qobustan Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdən 77 manat dövlət rüsumu tutulub Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar