Məhkəmə qərarları › İş №2(026)-394/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-394/2025

15.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-394/2025 15.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “hasarın və darvazanın cavabdehin hesabına sökülməsi və yolun açılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qobustan rayonunun Cəyirli kəndində iddiaçıya məxsus evə gedən gediş-gəliş yolunun üstündə tikdirdiyi daş hasarın və dəmir darvazanın cavabdehin hesabına sökülməsi və həmin yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1949-cu ildə Qobustan rayonunun Cəyirli kəndində anadan olmaqla, hal-hazırda da həmin kənddə yaşayır. Cavabdeh onun mərhum qardaşı Novruzun arvadıdır. Mərhum atası keçən əsrin 60-cı illərində Qobustan rayonunun Cəyirli kəndində 0,05 ha torpaq sahəsində özünə məxsus ev tikdirmiş və ömrünün sonuna kimi həmin evdə yaşamışdır. Sonradan həmin evin qonşuluğunda özü 0,07 ha torpaq sahəsində özünə aid ev tikdirmiş və hal-hazırda da həmin evdə ailəsi ilə birlikdə yaşayır. Bu müddət ərzində o və ailəsi orada olan yoldan istifadə etmişlər. Cavabdeh 2024-cü ilin sentyabr ayında bir az irəlidə olan dəmir qapını çıxararaq təxminən 5 metr şərqə tərəf çəkib yeni darvaza qoymuş, iddiaçının evinə gedən yolu kəsmişdir. Həmin yolu daş hasarla hörmüşdür. O, cavabdehə, ətraflarında olan ağsaqqallara və dövlət orqanlarına dəfələrlə müraciət etsə də, həmin yolun açılması mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh yazılı vəsatət təqdim edərək bildirmişdir ki, İddiaçı onun mərhum həyat yoldaşı X1 qardaşıdır. Əvvəllər ərizədə göstərildiyi kimi bir həyətdə yaşamışlar. Sonradan ona məlum olmayan tarixdə iddiaçı qonşuluqda torpaq sahəsi almaqla təsərrüfatını ayırmışdır. İddiaçının həyətyanı sahəsi hal-hazırda iddia olunan və cavabdehin istifadəsində olan torpaq sahəsinin şərq tərəfindədir. Onların həyətinə gələn dalan yoldan birgə istifadə edirlər və iddiaçının tam sərbəst şəkildə heç kimə mane olmadan istifadə etmək imkanı var. Bundan başqa, iddiaçının həyətinə belə qonşuluq olmayan tərəfdən üç yerdən yol imkanı var. Hansı ki torpaq sahəsi ayrılarkən ona şimal tərəfdən (köhnə dəyirman yolundan) çıxış müəyyən edilmişdir və bu yol onu qane etmədiyindən yolu məhz onların həyətindən salmağa israrlıdır. Həmin yer cavabdehin mülkiyyət hüququnu pozduğundan, o və əlaqədar qurumlar bunu qənaətbəxş hesab etmədiklərindən o, məhkəməyə müraciət etdiyini iddia edir. Dəfələrlə iddiaçının ailə üzvləri cavabdehin həyətinə özbaşına müdaxilə etmiş, heç bir texniki şərtə istinad etmədən qaz sayğacını həyətdən aparıb öz həyətində quraşdırmışdır. Bir dəfə müəmmalı şəraitdə cavabdehin təsərrüfat damı yandırılmışdır. Buna görə də həyətə çıxış məhdudiyyəti qaçılmazdır. Nə iddiaçının torpaq planı sxemində, nə də 2007-ci ildə işlənmiş Ənvər Abdullayevin adına olan pasportda bu yol nəzərdə tutulmamışdır. Bu səbəbdən də xahiş edir ki, müvafiq qurumlarla həmin yerə baxış keçirilməsi təmin edilsin və iddiaçının cavabdehin hüquqlarına toxunan iddiası rədd edilsin. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış etmişdir. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh yazılı qaydada təqdim etdiyi vəsatətin məzmununa uyğun çıxış etmiş və bildirmişdir ki, hazırda yaşadığı ev onun mərhum əri Novruz Abdullayevin atası Ənvər Abdullayevə məxsus olmuşdur. O, mərhum əri ilə birgə onun valideynlərinin qulluğunda olmuşdur və 40 ildən artıq müddətdir ki, orada yaşayır. X7 7 övladı olmuşdur. Həmçinin qeyd etmişdir ki, onun həyətinin əvvəllər hasarı olsa da, sonradan iddiaçı tərəfindən uçurulduğundan onun yerində yeni hasar çəkmişdir. O, iddiaçının həyətinə gedən yolu bağlamamış, ümumiyyətlə, iddiaçının həyətinə yol başqa tərəfdən olmuşdur. Sadəcə iddiaçı öz həyətində tikililər inşa edərək öz yolunu bağlamışdır. Qobustan Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2(026)-394/2025 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspеrtizanın kеçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə еdilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuş: “1. A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinin sərhədləri, kontur və koordinatlarının müəyyən edilsin; 2. Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşirmi? 3. Qobustan rayonu, Cəyirli kəndinə aid xəritə məlumatlarında A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996cı il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə mübahisəli ərazidən gediş-gəliş yolu nəzərdə tutulmuşdurmu? 4. Əgər mübahisəli ərazidən A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdursa, Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza həmin yolun üzərində yerləşirmi? Yerləşirsə, hansı hissədə? 5. A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə mübahisəli ərazidən başqa digər bir yerdən gediş-gəliş yolu nəzərdə tutulmuşdurmu?”, ekspertizanın məhkəməyə məlumat verilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin mütəxəssisləri tərəfindən müvafiq rəy tərtib edilməklə, tərəflərin iştirakı ilə keçirilməsi, ekspert rəyi məhkəməyə təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 16 oktyabr 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş Kamil Mirzəyev tərəfindən tərtib olunan mütəxəssis rəyindən görünür ki, Qobustan rayonu, Cəyirli kəndi ərazisində yerləşən mübahisə predmeti olan torpaq sahəsinə iddiaçı və cavabdehin iştirakı ilə naturada çöl ölçmə işləri aparmışdır. Çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına, mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: 1) A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi və yerləşmə mövqeyi rəyə əlavə olunmuş kompleks yerquruluşu layihəsindən çıxarışda öz əksini tapmışdır. 2) 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (DVJ məlumatları – torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə məlumatları) əsasən Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. 3) 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (DVJ məlumatları – torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə məlumatları) əsasən Qobustan rayonu, Cəyirli kəndinə aid xəritə məlumatlarında A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə mübahisəli ərazidən gediş-gəliş yolu nəzərdə tutulmuşdur. 4) 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur, Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza həmin yolun üzərində yerləşir. 5) 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə mübahisəli ərazidən başqa digər bir yerdən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Əlavə olaraq məlumat üçün bildirilmişdir ki, mövcud olan elektron baza məlumatlarına əsasən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi X4 (194 nömrədə) adına qeyd edilmişdir. Cavabdeh adı 355 nömrədə X1 ailə tərkibində qeyd olunmuşdur. Mütəxəssis rəyinə kompleks yerquruluşu layihəsindən çıxarış əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 16 oktyabr 2025-ci il tarixli məlumatda qeyd edilmişdir ki, 2(026)-394/2025 nömrəli iş üzrə 28 iyul 2025-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin mütəxəssisləri cəlb olunmaqla Mərkəzin ekspertlərinə tapşırılmışdır. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.7-ci bəndinə əsasən Xidmət öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq hüquqlarına malikdir. Bundan əlavə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.38-ci bəndinə əsasən məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsi qurumun vəzifəsi olaraq müəyyən olunmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, “X12, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 6-cı maddəsinə görə X12nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Qeyd olunan normativ sənədlərin tələblərindən aydın olur ki, Xidmət dövlət orqanı kimi rəy vermək səlahiyyətinə malikdir və həmin rəylər dövlət orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən qərar qəbul edilməsi üçün əsas hesab oluna bilər. Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsilə ölçü işləri aparıldıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Belə olan şəraitdə məhkəmə ekspertinin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsi formal xarakter daşıyır və Mərkəzdə elektron baza məlumatları olmadığına görə ekspert özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmır. Göstərilənlərə əsasən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə görə qərardad icra edilmədən iş materialları geri qaytarılır. Qobustan Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(026)-394/2025 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Cavabdeh məhkəmə baxış iclasında ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təyin edilən ekspertiza rəyini verən mütəxəssis mübahisə predmeti olan İddiaçı həyətyanı sahəsinə giriş kimi A291390 dəmir darvazanın yeri heç də onun həyətyanı sahəsindən olmamış, təxminən 10 il bundan qabaq şimal tərəfdən “Dəyirman yolu” deyilən yoldan bacısının həyat yoldaşı X5 ilə mübahisə predmeti kimi qaldırılmış və müəyyən edilmişdir. Bundan başqa, əvvəl təqdim edilmiş, əslində rus dilində təqdim edilməsi şübhə doğuran sxemdə göstərilən təxminən onun həyət girişindən 20 metr məsafədə olan darvaza göstərildiyi halda mütəxəssisin onun həyətindən yol göstərməsi qərəzlidir. Məhkəmənin getdiyi müddətdə İddiaçı məhkəməyə hörmətsizlik edərək həmin hasarı sökmüş və sonradan polisin təkidi ilə müvəqqəti tikili aparmışdır. Mütəxəssis onunla məsləhətləşmədən iddiaçının sifarişini yerinə yetirmişdir. Bundan başqa, iddiaçının şərq tərəfdən qonşusu yoxdur və birbaşa kəndə gələn asfalt yola çıxışı var. İddiaçı həyətində oğlu üçün tikinti aparanda həmin yollara çıxışı nəzərə almalı idi. Bu, onun şəxsi işidir və cavabdehin ona yol göstərməsinə ehtiyac yoxdur. Dəfələrlə onunla mübahisələri olmuş, Daxili İşlər Nazirliyinin “102 Xidmətinə müraciəti olmuşdur. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla iddianın rədd edilməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, onun tələbinin əsaslı olduğunu mütəxəssis tərəfindən tərtib edilmiş rəy də təsdiq edir. Mütəxəssis rəyində adıçəkilən X6 onun xalasının həyat yoldaşıdır. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh təqdim etdiyi yazılı ərizənin məzmununa uyğun çıxış edərək, iddiaya və mütəxəssis rəyinə etiraz etdiyini bildirdi. O, verilmiş suala cavab olaraq qeyd etdi ki, mütəxəssis rəyində adıçəkilən X6 onun qonşusudur. O, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, həmin sənəd Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə X2 verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib olunmuş, X12 kitabında 20 avqust 2010-cu ildə 2099 nömrə ilə uçota alınmışdır. İş materiallarına inventar nömrəsi 319 olan 2007-ci ilin oktyabr ayında tərtib edilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən X3 məxsus fərdi yaşayış evi olan daşınmaz əmlakın texniki pasportu əlavə edilmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Qobustan rayonunun Cəyirli kəndində iddiaçıya məxsus evə gedən gedişgəliş yolunun üstündə tikdirdiyi daş hasarın və dəmir darvazanın cavabdehin hesabına sökülməsi və həmin yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, öz tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun mərhum qardaşı Novruzun arvadıdır. Mərhum atası keçən əsrin 60-cı illərində Qobustan rayonunun Cəyirli kəndində 0,05 ha torpaq sahəsində özünə məxsus ev tikdirmiş və ömrünün sonuna kimi həmin evdə yaşamışdır. Sonradan həmin evin qonşuluğunda özü 0,07 ha torpaq sahəsində özünə aid ev tikdirmiş və hal-hazırda da həmin evdə ailəsi ilə birlikdə yaşayır. Bu müddət ərzində o və ailəsi orada olan yoldan istifadə etmişlər. Cavabdeh 2024-cü ilin sentyabr ayında bir az irəlidə olan dəmir qapını çıxararaq təxminən 5 metr şərqə tərəf çəkib yeni darvaza qoymuş, onun evinə gedən yolu kəsmiş, həmin yolu daş hasarla hörmüşdür. O, cavabdehə, ətraflarında olan ağsaqqallara və dövlət orqanlarına dəfələrlə müraciət etsə də, həmin yolun açılması mümkün olmamışdır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının torpaq sahəsinin onun torpaq sahəsinin şərq tərəfində olduğunu, iddiaçının həyətinə başqa yerdən yol nəzərdə tutulduğunu, özünün iddiaçının hər hansı hüququnu pozmadığını bildirmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə müvafiq hüquqmüəyyənedici sənədləri əldə edərək mülki iş üzrə mütəxəssis rəyinin alınmasını təmin etmişdir. Cavabdeh sonradan məhkəməyə ərizə təqdim edərək, verilmiş mütəxəssis rəyinin qərəzli olduğunu bildirsə də, həmin rəyin real vəziyyətə uyğun olmadığını təsdiq edən hər hansı sübut təqdim etməmiş, sadəcə formal mülahizələrə istinad edərək həmin rəylə razılaşmadığını qeyd etmişdir. Məhkəmə həmin rəyin Qobustan rayonu, Cəyirli kəndi ərazisində yerləşən mübahisə predmeti olan torpaq sahəsinə iddiaçı və cavabdehin iştirakı ilə naturada çöl ölçmə işləri aparıldıqdan, çöl ölçmə işlərinin nəticəsinin kameral şəraitdə torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına, mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmasından sonra verilməsini nəzərə alaraq həmin mütəxəssis rəyini mötəbər sübut olaraq qəbul edir. Sözügedən mütəxəssis rəyi ilə əvvəlcə A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə iddiaçıya verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmiş və yerləşmə mövqeyi rəyə əlavə olunmuş kompleks yerquruluşu layihəsindən çıxarışda öz əksini tapmışdır. 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (DVJ məlumatları – torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə məlumatları) əsasən cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza iddiaçıya verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (DVJ məlumatları – torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə məlumatları) əsasən Qobustan rayonu, Cəyirli kəndinə aid xəritə məlumatlarında A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə mübahisəli ərazidən gedişgəliş yolu nəzərdə tutulmuşdur və cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza həmin yolun üzərində yerləşir. Bununla yanaşı, iddiaçının həmin həyətyanı torpaq sahəsinə mübahisəli ərazidən başqa digər bir yerdən gedişgəliş yolu nəzərdə tutulmamışdır. Məhkəmə mütəxəssis tərəfindən mütəxəssis rəyinin çöl ölçmə işləri aparıldıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən tərtib edilməsi, məhkəmə ekspertinin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsinin formal xarakter daşıması və Məhkəmə Ekspertizası Mərkəzində elektron baza məlumatları olmadığına görə ekspertin özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmamasını nəzərə alaraq sözügedən mütəxəssis rəyini iş üzrə mötəbər sübut olaraq qəbul edir, həmin mütəxəssis rəyində göstərilənlərin əksini nəzərdə tutan hər hansı bir təsdiqedici sənəd olmamasını da nəzərə alaraq təkrarən rəyin alınmasını və ya ekspert rəyinin alınmasını zəruri hesab etmir və həmin mütəxəssis rəyi ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Mütəxəssis rəyindən də göründüyü kimi, iddiaçının ona məxsus torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən tikilmiş və sökülməsini tələb etdiyi daş hasar və dəmir darvaza A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə iddiaçıya verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bundan əlavə, iddiaçının həmin torpaq sahəsinə mübahisəli ərazidən gediş-gəliş yolu nəzərdə tutulduğu, cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvazanın həmin yolun üzərində yerləşdiyi, iddiaçının həmin həyətyanı torpaq sahəsinə mübahisəli ərazidən başqa digər bir yerdən gediş-gəliş yolu nəzərdə tutulmadığı da aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. MM-in 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Qeyd edilən normaların tələblərindən də göründüyü kimi, iddiaçının sökülməsini tələb etdiyi cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza onun mülkiyyətində olan 740,97 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşdiyindən və mülkiyyətçinin ona məxsus torpaq sahəsindən istədiyi şəkildə istifadə etmək, həmin torpaq sahəsinə başqa şəxslərin sahibliyinə və tikili ucaltmasına yol verməmək hüququ olduğundan, hazırkı iddia tələbi əsaslı olmuşdur və ona görə də təmin edilməlidir. Bundan başqa, cavabdehin inşa etdiyi daş hasar və qoyduğu dəmir darvaza iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməklə yanaşı, onun torpq sahəsinə gedən gediş-gəliş yolunun da üzərində olduğundan və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa yerdən gediş-gəliş yolu nəzərdə tutulmadığından, iddiaçı öz mülkiyyətindən istifadəyə mane olan həmin hasarın və darvazanın cavabdehin öz hesabına sökülməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə iddiaçıya verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza cavabdehin hesabına sökülməli və həmin gediş-gəliş yolu açılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. A291390 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı verilmiş Qobustan rayonu, Cəyirli kəndində yerləşən 740,97 kv.m həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və qoyulmuş dəmir darvaza Cavabdeh hesabına sökülsün və həmin gediş-gəliş yolu açılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar