Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-4/2021 03.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı qızının, Cavabdeh və Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X15 qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 03 iyun 2013-cü il təvəllüdlü X6 onun yanında qalması və hər iki uşağın saxlanılması üçün hər ay hər uşağa 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə Qobustan rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2010-cu il tarixdə faktiki nikah münasibətində olaraq ailə qurmuşlar. Birgə nikahdan 26 avqust 2010-cu il tarixdə Aytən və 03 iyun 2013-cü il tarixdə Gülmalı adlı iki uşaqları anadan olmuşdur. Rəşadla 5 ilə yaxın birlikdə ər-arvad kimi yaşamışlar. Münasibətləri pozulduğundan qızı Aytəni də götürüb valideynlərinin yanına getmişdir və orada yaşayır. Oğlu Gülmalı isə məcburi şəkildə atası Rəşadın yanında qalmışdır. Hər iki uşağının onun yanında qalmasını və bacı-qardaşın birlikdə böyüməsini istəyir. X13 vermək istəmir. Ona görə də 03 iyun 2013cü il tarixdə anadan olmuş X6 onun yanında qalması, 26 avqust 2010-cu il tarixdə anadan olmuş X14 və 03 iyun 2013-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat aliment tutulub ona verilməsini xahiş etdi. İş üzrə Cavabdeh iddianı qismən qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə 2005ci il tarixdə faktiki olaraq ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahdan 26 avqust 2010-cu il tarixdə Aytən və 03 iyun 2013-cü il tarixdə Gülmalı adlı iki uşaqları anadan olmuşdur. Ərkinaz 16 fevral 2017-ci il tarixdə qızı Aytəni də götürüb başqa bir kişiyə qoşularaq evdən getmiş, oğlu Gülmalını isə özü ilə aparmamışdır. Həmin vaxtdan da Gülmalı onun yanındadır. Gülmalı anasının yanında qalmaq istəmir. X23 yanında, oğlu Rəşadın isə onun yanında qalmasını istəyir. Qızı Aytənin yetkinlik yaşına çatanadək aliment ödəməyə razıdır. X2 pedaqoq X7 iştirakı ilə izahat verərək göstərdi ki, atası Rəşadın yanında qalır, Qobustan şəhərində 1 saylı orta məktəbdə Sevinc müəllimənin sinfində oxuyur. Atasının yanında qalmaq istəyir, anasını istəmir, çünki onu atıb getmişdir. Atasını çox istəyir, atasının ikinci həyat yoldaşı ona yaxşı baxır, onu incitmir, ona ana kimi qayğı göstərir. X3 pedaqoq X7 iştirakı ilə izahat verərək göstərdi ki, çoxdandır ki, anasının yanında qalır, Şirvan şəhərindəki 13 saylı məktəbdə oxuyur, atası Rəşadın yanında yaşamaq istəmir, qardaşının da onunla qalmasını istəyir. Ögey ana yanında qalmaq istəmir. Məhkəmə iclasında Qobustan rayon İHB-nin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 Rayon Məhkəməsinin qərardadı əsasında Qəyyumluq və Himayəçilik Komissiyasının verdiyi rəyi müdafiə edərək izahatında göstərdi ki, X14 anasının yanında yaşadığını, X6 isə 3 yaşından atasının yanında yaşamasını nəzərə alaraq 26 avqust 2010-cu il tarixdə anadan olmuş X9-ana İddiaçı yanında, 03 iyun 2013-cü il tarixdə anadan olmuş X6 isə-ata Cavabdeh qalmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə tərəflərin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, eyni zamanda uşaqların fikrini nəzərə alaraq işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Qobustan rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 oktyabr 2011-ci il tarixli AZ-İ 184165 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X11 26 avqust 2010-cu il tarixdə anadan olmuş X9 atası hesab edilmişdir. İş materiallarında olan Qobustan rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 oktyabr 2013-ci il tarixli AZ-İ 239809 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X11 03 iyun 2013-cü il tarixdə anadan olmuş X6 atası hesab edilmişdir. İş materiallarında olan Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 01 noyabr 2018-ci il tarixdə verilmiş 141 saylı arayışdan görünür ki, X14 26 avqust 2010-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı Gülmalı qızıdır. İş materiallarında olan Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 01 noyabr 2018-ci il tarixdə verilmiş 140 saylı arayışdan görünür ki, X12 03 iyun 2013-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı Gülmalı qızıdır. Müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 2005-ci il tarixdə faktiki ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların 26 avqust 2010-cu il tarixdə Aytən və 03 iyun 2013cü il tarixdə Gülmalı adlı iki uşaqları anadan olmuşdur. Ərkinaz 16 fevral 2017-ci il tarixdə qızı Aytəni də götürüb evdən getmiş, oğlu Gülmalı isə atası Rəşadın yanında qalmışdır. Aytən Şirvan şəhəri 13 saylı tam orta məktəbdə təhsil almaqla anasının yanında, Gülmalı isə 3 yaşından atasının yanında qalmaqla Qobustan rayon 1 saylı orta məktəbdə təhsil alır. Uşaqların valideynlərindən hansının yanında qalmasını müəyyən etmək üçün Qobustan rayon İHB-nin Qəyyumluq və Himayəçilik Komissiyasının razılığının alınmasına zərurət yaranmışdır. İş materiallarında olan Qobustan Rayonu icra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 23 aprel 2021-ci tarixli 3/162 saylı rəyində göstərilir ki, İddiaçı Cavabdeh və maraqlı tərəf Qobustan Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı 03 iyun 2013-cü il tarixdə anadan olmuş övladı X6 və 26 avqust 2010-cu il tarixdə anadan olmuş övladı X9 atası Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 28 mart 2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Komissiyanın iclası keçirilmiş, vətəndaşlar dəvət olunmuşlar. Ana İddiaçı dəfələrlə komissiyanın iclasına dəvət olunsa da, müxtəlif bəhanələrlə iclasa gəlməmiş, iştirak etməkdən imtina etmişdir. Telefon vasitəsi ilə fikrini bildirmiş, qızı Mədətova Aytənin onun yanında olduğunu, oğlu Mədətov Gülmalinin atadan alınıb ona verilməsini, onun yanında qalmasını xahiş etmişdir. Odur ki, 14 sentyabr 2020-ci il tarixdə komissiya natamam tərkibdə keçirilmiş, Cavabdeh izahatında Mədətov Gülmalinin 3 yaşından onun yanında qaldığını, onun tərbiyəsi ilə böyüdüyünü, ona bağlılığını və bundan sonra da oğlunun onun yanında himayəsində qalmasını xahiş etmişdir. Komissiya (psixoloq) tərəfindən Mədətov Gülmalı ilə söhbət aparılmış atasının yanında qalmaq istədiyini bildirmişdir. Cavabdeh yaşadığı evə baxış keçirilən zaman 13 yanvar 2021-ci ildə tərtib olunmuş akta əsasən onun maddi məişət şəraitinin yaxşı olduğu müəyyən olunmuşdur. Mədətov Gülmalinin yaxşı şəraitdə yaşaması və böyüməsi üçün əlverişli hesab olunmuşdur. 28 mart 2016-cı il tarixli “nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. X9 ananın yanında yaşadığını, X6 3 yaşından atanın yanında himayəsində yaşadığını nəzərə alaraq, Qobustan rayonu İcra hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası 26 avqust 2010-cu il tarixdə anadan olmuş X9-ana İddiaçı yanında, 03 iyun 2013-cü il tarixdə anadan olmuş X6 isə ata-Cavabdeh yanında qalmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 60.4-cü maddəsində göstərilir ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə bağlılığı, valideynlərin əxlaqı və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 26 avqust 2010-cu il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Gülmmalı oğlundan hər ay 110 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 26 avqust 2010-cu il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 14 fevral 2020-ci il tarixdən tutulsun. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-4/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-4/2021
03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver