Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-43/2021 02.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X6 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların ailə üzvləri olan yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü X13 və 2011-ci il təvəllüdlü X14 Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən 5 mərtəbəli yaşayış binasının sahəsi 86 kv.m olan 3 otaqlı 15 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalarına və iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X12 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların ailə üzvləri olan yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü X13 və 2011-ci il təvəllüdlü X14 Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən 5 mərtəbəli yaşayış binasının sahəsi 86 kv.m olan 3 otaqlı 15 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalarına və iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X6 nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən xüsusi təyinatlı yaşayış sahələri xüsusi mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Milli Elmlər Akademiyası N.Tusi adına X9 məxsusdur və həmin xidməti yaşayış sahələri Rəsədxananın əməkdaşlarına kirayə müqaviləsi əsasında əmək müqaviləsinin qüvvədə olduğu müddətə əvəzsiz istifadə üçün verilir. Cavabdeh1 Azərbaycan Respublikası Milli Elmlər Akademiyası N.Tusi adına X9 05 yanvar 2017-ci il tarixli əmək müqaviləsi ilə aparıcı elmi işçi vəzifəsinə işə götürülmüş və əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən, əmək müqaviləsi 1 il 06 ay müddətinə bağlanmışdır. Cavabdeh Rəsədxananın işçisi olduğundan onunla 05 yanvar 2017-ci il tarixdə 17 saylı "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi" bağlanaraq, Rəsədxananın mülkiyyətində olan beş mərtəbəli yaşayış binasında sahəsi 86 kv.m olan 3 otaqlı 15 saylı mənzil əvəzsiz istifadə üçün verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən cavabdehlə birlikdə onun ailə üzvləri olan arvadı Cavabdeh2 və yetkinlik yaşına çatmayan övladları Kənan və İlham Məhərrəmovların da həmin mənzildən istifadə etmək hüquqları müəyyən edilmişdir. Cavabdeh1 əmək müqaviləsinin müddəti 01 iyul 2018-ci il tarixdə bitdiyindən, onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmayaraq, 05 iyul 2018-ci il tarixli 125-k saylı əmrlə o, işdən azad edilmişdir. Rəsədxana ilə cavabdeh arasındakı əmək münasibətlərinə xitam verildiyindən cavabdehlə bağlanmış kirayə müqaviləsinə də xitam verilməli olsa da, Rəsədxana rəhbərliyi cavabdehin arvadı olan iş üzrə digər Cavabdeh2 hələ də Rəsədxanada işləməsini nəzərə alaraq, cavabdehlərin mənzildən çıxarılmaları tələbində olmamışdır. Lakin, 30 dekabr 2019-ci il tarixdə Cavabdeh2 da əmək müqaviləsi bitdiyindən, onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmayaraq, 07 yanvar 2020-ci il tarixli 01-k saylı əmrlə o işdən azad edilmişdir. Hər iki cavabdehin əmək müqavilələrinə xitam verildiyindən və onlar artıq Rəsədxananın işçiləri olmadıqlarından, Cavabdeh1la kirayə müqaviləsinin bağlanması üçün əsas olmuş hal aradan qalxmışdır. Cavabdehlə Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X12 arasında bağlanmış kirayə müqaviləsinin "Müqavilənin ümumi müddəaları"ndan bəhs edən 3-cü maddəsinə görə, yaşayış sahəsi Rəsədxana tərəfindən kirayəçiyə onun işinin xarakterindən asılı olaraq razılaşdırılmış müddətə verilir. Bu müddət adətən işçinin müəssisə ilə bağlanmış əmək müqaviləsinin və ya ezamiyyətin bitmə müddəti ilə uzlaşdırılır. Həmin müqavilənin "Tərəflərin hüquq və vəzifələri"ndən bəhs edən 2.2.6-cı maddəsinə görə, bu müqavilə ləğv edildikdən və ya ona xitam verildikdən sonra, yaşayış sahəsini təslim aktına əsasən kirayəçidən qəbul etmək kirayə verənin vəzifəsi kimi müəyyən edilmişdir. Kirayəçi olan Cavabdeh1 xidməti yaşayış sahəsinin boşaldılması ilə bağlı yazılı bildiriş göndərilməsinə baxmayaraq, o və onun ailə üzvləri mənzili könüllü boşaltmaqdan imtina edirlər. Nə cavabdehlər, nə də ki, onların ailə üzvləri Mənzil Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulmuş - hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri, yaşa görə pensiyaçılar, xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri, işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlil olmuş İ və ya İİ qrup əlillər, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar peşə xəstəliyinə tutulma nəticəsində əlil olmuş İ və ya İİ qrup əlillər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində İ və ya İİ qrup əlil olmuş hərbi qulluqçular kateqoriyasına aid olmadıqlarından cavabdehlər Cavabdeh1, X19 və onların ailə üzvü olan yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü X20 və 2011-ci il təvəllüdlü X14 Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən 5 mərtəbəli yaşayış binasının sahəsi 86 kv.m olan 3 otaqlı 15 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalarına və iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İddiaçı Cavabdeh1 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, onun və ailə üzvlərinin yaşadıqları mənzildən çıxarılmaları qanunsuzdur, çünki o fasiləsiz olaraq Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X7 işləmişdir, həmin mənzildən çıxarıla bilməz. Həyat yoldaşı Günel Cahangirovanın işə bərpa tələbi üzrə Ali Məhkəmənin icraatında olan işin yekun məhkəmə aktının Qobustan rayon məhkəməsinə təqdim edilməsi üçün məhkəmədən işin başqa vaxta təxirə salınmasını, eləcə də işin icraatına xitam verilməsini və ya dayandırılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə görə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X8 X23 1116- QK6-0035 saylı 15 dekabr 2016-cı il dövlət qeydiyyat tarıxli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Azərbaycan Milli Elmlər X16 adına X12 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində qeydə alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən 15 dekabr 2016-cı il tarixli 1116-QK6-0035 saylı çıxarışın surətindən görünür ki, Azərbaycan Milli Elmlər X16 adına X6 hüququ ünvanı Şamaxı rayonunun Yusif Məmmədəliyev adına qəsəbəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 14 Saylı Ərazi İdarəsinin verdiyi **********95-12101 reyestr nömrəli, 9233 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Azərbaycan Milli Elmlər X16 adına X12 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində qeydə alınmışdır. Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X6 05 yanvar 2017-ci il tarixli 17 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə kirayə verən Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən 5 mərtəbəli 40 mənzilli evdə 15 nömrəli mənzildə yerləşən, Rəsədxananın mənzil fonduna aid, ümumi sahəsi 86 kv metrdən ibarət 3 otaqlı yaşayış sahəsinin haqqı ödənilməməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Əgər kirayəçi Rəsədxanada işləyirsə və onun əmək müqaviləsinin müddəti bitdikdən sonra uzadılarsa, onda müqavilənin və vaxtı avtomatik olaraq həmin vaxta qədər uzadılmış hesab olunur. Kirayəçinin özü və ailə üzvləri haqqında məlumat- Cavabdeh1, X19, X20 və X21. 12 sentyabr 2014-cü il tarixli xxxxxxx000100 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X9 05 yanvar 2010-cu il tarixdə müddətli, yəni 05 yanvar 2015-ci il tarixə kimi böyük elmi işçisi vəzifəsinə işə götürülmüşdür. 17 fevral 2015-ci il tarixli xxxxxxx000101 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X9 05 yanvar 2015-cu il tarixdə müddətli böyük elmi işçisi vəzifəsinə işə götürülmüş, müqavilənin müddəti 05 yanvar 2016-cı il tarixə kimi uzadılmışdır. 12 yanvar 2016-cı il tarixli xxxxxxx000102 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X9 05 yanvar 2015-ci il tarixdə böyük elmi işçisi vəzifəsinə işə götürülmüş, müqavilənin müddəti 05 yanvar 2017-ci il tarixə kimi uzadılmışdır. 09 yanvar 2017-ci il tarixli xxxxxxx000103 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X9 05 yanvar 2015-ci il tarixdə müddətli böyük elmi işçisi vəzifəsinə işə götürülmüş, müqavilənin müddəti 05 iyul 2018-ci il tarixə kimi uzadılmışdır. Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X6 05 yanvar 2017-ci il tarixli əmək müqaviləsinin (kontrakt) surətindən görünür ki, işə götürən X6 direktoru X18 işçi Cavabdeh1 arasında 05 yanvar 2017-ci il tarixdən 01 iyul 2018-ci il tarixədək 1 il 6 ay müddətində əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X6 05 yanvar 2017-ci il tarixli yaşayış sahəsinin təhvil aktının surətindən görünür ki, kirayə verənin təmsilçisi, Rəsədxananın ümumi işlər üzrə direktor müavini X1 məxsus 5 mərtəbəli 40 mənzilli yaşayış evinin 5 nömrəli 3 otaqlı mənzilini təhvil-təslim edərək kirayəçi Cavabdeh1 vermişdir. Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X6 direktorunun 05 iyul 2018-ci il tarixli 125-k saylı əmrinin surətindən görünür ki, X6 “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin aparıcı elmi işçi f.ü.f.d, dosent Cavabdeh1la bağlanmış 05.01.2017-01.07.2018-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X6 28 iyun 2019-cu il tarixli əmək müqaviləsinin (kontrakt) surətindən görünür ki, işə götürən X6 direktoru X18 işçi Cavabdeh2 arasında 28 iyun 2019-cu il tarixdən 30 dekabr 2019-cu il tarixədək 6 ay müddətində əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X6 direktorunun 07 yanvar 2020-ci il tarixli 01-k saylı əmrinin surətindən görünür ki, X6 “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük laborantı Cavabdeh2 ilə bağlanmış 28.06.2019-30.12.2019cu il tarixli müddətli əmək müqaviləsinə 2020-ci il 07 yanvar tarixində xitam verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(105)-2698/2020 saylı qərardadının surətindən görünür ki, Cavabdeh1 və X10 Şamaxı rayon məhkəməsinin hakimi X11 verdiyi etiraz təmin olunmuş və iş mahiyyəti üzrə baxılması üçün Qobustan rayon məhkəməsinə göndərilmişdir. Qobustan rayon məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(026)-43/2021 saylı qərardadından görünür ki, cavabdehlər Cavabdeh1 və X2 rayon məhkəməsinin hakiminə və tərkibinə etdiyi etiraz qəbul edilərək baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərlimişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(105)-1405/2021 saylı qərardadından görünür ki, cavabdehlər Cavabdeh1 və X10 Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğluna verdiyi etiraz təmin olunmamış və iddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan ailə üzvlərinin mənzildən çıxarılma tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Qobustan rayon məhkəməsinə qaytarılmışdır. Şamaxı rayon məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli 2(074)-1333/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X3rşı işə bərpa olunması və məcburi proqula görə kompensasiya ödənilməsi tələbinə dair iddiası və ona verilmiş 29 iyun 2018-ci il tarixli 113 saylı sonuncu xəbərdarlıqla şiddətli töhmətin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli 2(105)-599/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şamaxı rayon məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli 2(074)-1333/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şamaxı rayon məhkəməsinin 28 iyul 2020-ci il tarixli 2(074)-637/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X3rşı işə bərpa tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(105)-2757/2020 saylı qətnaməsinin surətindən görünür ki, Şamaxı rayon məhkəməsinin 28 iyul 2020-ci il tarixli 2(074)-637/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli 2(102)-2673/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh2 cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X3rşı işə bərpa tələbi üzrə kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2757/2020 saylı iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.1-ci maddəsinə görə xidməti yaşayış sahələri və 91.1.2-ci maddəsinə əsasən isə yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 92-ci maddəsinə görə, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 93.1-ci maddəsinə görə yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 103.3-cü maddəsinə görə xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasınin Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 86 saylı Qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nda da öz əksini tapmışdır. Belə ki, həmin Qaydanın 1.5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Qaydanın 2.2-ci bəndinə görə kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin qaydanın 3.5.1-ci bəndinə görə bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” qərarında göstərilir ki, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin "həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır" müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Müəyyən olundu ki, Cavabdeh1 Azərbaycan Respublikası Milli Elmlər Akademiyası N.Tusi adına X9 05 yanvar 2017-ci il tarixli əmək müqaviləsi ilə böyük elmi işçi vəzifəsinə işə götürülmüş və əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi 1 il 06 ay müddətinə bağlanmışdır. Cavabdeh Rəsədxananın işçisi olduğundan onunla 05 yanvar 2017-ci il tarixdə 17 saylı "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi" bağlanaraq, Rəsədxananın mülkiyyətində olan beş mərtəbəli yaşayış binasında sahəsi 86 kv.m olan 3 otaqlı 15 saylı mənzil əvəzsiz istifadə üçün verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən cavabdehlə birlikdə onun ailə üzvləri olan arvadı Cavabdeh2 və yetkinlik yaşına çatmayan övladları Kənan və İlham Məhərrəmovların da həmin mənzildən istifadə etmək hüquqları müəyyən edilmişdir. Cavabdeh1 əmək müqaviləsinin müddəti 01 iyul 2018-ci il tarixdə bitdiyindən, onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmayaraq, 05 yanvar 2018ci il tarixli 125-k saylı əmrlə o, işdən azad edilmişdir. 30 dekabr 2019-cu il tarixdə Cavabdeh2 əmək müqaviləsinin müddəti bitdiyindən, onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmayaraq, 07 yanvar 2020-ci il tarixli 01 saylı əmrlə o işdən azad edilmişdir. Hər iki cavabdehin əmək müqavilələrinə xitam verildiyindən və onlar artıq Rəsədxananın işçiləri olmadıqlarından, Cavabdeh1la kirayə müqaviləsinin bağlanması üçün əsas olmuş hal aradan qalxmışdır. Kirayəçi olan Cavabdeh1 xidməti yaşayış sahəsinin boşaldılması ilə bağlı yazılı bildiriş göndərilməsinə baxmayaraq, o və onun ailə üzvləri mənzili könüllü boşaltmaqdan imtina etmişlər. Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X6 cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılmasını tələb etdiyi Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən xüsusi təyinatlı yaşayış sahələri xüsusi mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Milli Elmlər Akademiyası N.Tusi adına X9 məxsusdur və həmin xidməti yaşayış sahələri Rəsədxananın əməkdaşlarına kirayə müqaviləsi əsasında əmək müqaviləsinin qüvvədə olduğu müddətə əvəzsiz istifadə üçün verilmişdir. Həmçinin müəyyən olundu ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 101.2-ci maddəsində nəzərdə tutulan hallar və həmin Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər kateqoriyası cavabdehlər Cavabdeh1 və Cavabdeh2, eləcə də onların ailə üzvlərinə şamil edilmir. Ona görə də cavabdehlər və onların ailə üzvləri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvü olan yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü X20 və 2011-ci il təvəllüdlü X4 rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X6 mülkiyyətində olan 5 mərtəbəli yaşayış binasının sahəsi 86 kv.m olan 3 otaqlı 15 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalı və ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X6 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvü olan yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü X20 və 2011-ci il təvəllüdlü X4 rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X6 mülkiyyətində olan 5 mərtəbəli yaşayış binasının sahəsi 86 kv.m olan 3 otaqlı 15 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 10 manat dövlət rüsumu alınıb Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X6 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sərdlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-43/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-43/2021
02.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver