Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-436/2023 26.09.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi Namiq qızının və Maraqlı şəxs rəisi X4 iştirakı ilə, Ərizəçi Namiq qızının övladı Gülayın 11 may 2017-ci il tarixdə doğulmasının qeydə alınma faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Namiq qızı övladı Gülayın 11 may 2017-ci il tarixdə doğulmasının qeydə alınma faktının müəyyən edilməsinə dair ərizə ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Ərizəçi Namiq qızı məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, 04 sentyabr 2016-cı il tarixdə X21 ilə el adəti üzrə toy edib evlənmişlər. Lakin nikahlarını 30 mart 2021-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan 11 may 2017-ci il tarixdə Gülay, 30 iyul 2020-ci il tarixdə İlahə və 02 iyul 2022-ci il tarixdə Vüsalə adlı üç uşaqları anadan olmuşdur. İlahə və Vüsalə xəstəxana şəraitində doğulduğundan onlar üçün doğum şəhadətnaməsi almışlar. Lakin 11 may 2017-ci il tarixdə anadan olmuş birinci uşaqları Gülay ev şəraitində doğulduğu üçün xəstəxanadan doğum haqqında arayış ala bilmişdir. Gülay doğularkən əri Qalib çoban olduğuna görə yaylaqda, Qalibin atası isə Rusiya Federasiyasında olduğundan Gülay üçün doğum haqqında şəhadətnaməni vaxtında ala bilməmişlər. Hazırda Gülay məktəb yaşına çatmışdır və o, məktəbə getməlidir. Məktəbə getmək üçün isə Gülayın doğum şəhadətnaməsi olmalıdır. Bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsindən ona məsələnin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də qızı Gülayın 11 may 2017-ci il tarixdə Qobustan rayonunun Ərəbşalbaş kəndində ev şəraitində doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X10 izahatında göstərdi ki, Ərizəçi övladı Gülayın 11 may 2017-ci il tarixdə doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair iş üzrə ərizənin təmin edilməsinə etirazı YOXDUR. X8 ifadəsində göstərdi ki, Ərizəçi Namiq qızı 04 sentyabr 2016-cı il tarixdə evlənmişlər, nikahlarını isə 30 mart 2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 11 may 2017-ci il tarixdə Gülay, 30 iyul 2020-ci il tarixdə İlahə və 02 iyul 2022-ci il tarixdə Vüsalə adlı üç uşaqları anadan olmuşdur.O, çoban olaraq başqalarının heyvanlarını otarır. Gülay doğulan vaxtı da yaylaqda olmuşdur. Ona görə də Gülay üçün vaxtında doğum haqqında şəhadətnaməsi almamışlar. X7 ifadəsində göstərdi ki, Cəhanə onun gəlinidir, Gülay isə nəvəsidir. Gülay 11 may 2017-ci il tarixdə yaşadıqları Qobustan rayonunun Ərəbşalbaş kəndindəki evlərində doğulmuşdur. Həmin vaxtı uşağı qonşuluqda yaşayan Tahirə adlı qadın tutmuş, Yeganə isə ona gömək etmişdir. X2 ifadə verərək göstərdi ki, Ərizəçi Namiq qızını yaxşı tanıyır və onunla qonşuluqda yaşayır. Ərizəçi 11 may 2017-ci il tarixdə doğulmuş qızı Gülayı Ərəbşalbaş kəndində Cəhanənin qayınatası Məmmədin evində o tutmuş, Yeganə Xankişiyeva isə ona gömək etmişdir. Uşaq doğulduqdan sonra göbəyini kəsib bələdikdən sonra uşağı anası Cəhanəyə vermişdir. X1 şahid X5 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 30 mart 2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Cəhanə Namik qızı ilə 30 mart 2021-ci il tarixdə nikahlarını 531 sayla qeyd etdirməklə evlənmişlər. Arvada Məlikova soyadı verilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 10 iyul 2021-ci il tarixdə verilmiş AZ-İV 608670 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 30 iyul 2020-ci il tarixdə doğulmuşdur. X9, anası Ərizəçidır. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 29 dekabr 2022-ci il tarixdə verilmiş AZ-İV 833701 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 02 iyul 2022-ci il tarixdə doğulmuşdur. X9, anası Ərizəçidır. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 20 iyul 2023-cü il tarixli 201/2023 saylı məktubdan görünür ki, 11 may 2017-ci il tarixdə evdə doğulmuş övladının doğum haqqında tibbi arayışı olmadığı üçün doğum haqqında şəhadətnamə verməyin imkanları xaricində olduğu və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qobustan rayonunun Ərəbşahverdi kənd sakinləri X11, X6 və X12 24 iyul 2023-cü il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nın Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Qobustan rayonunun Ərəbşalbaş kənd sakini Ərizəçi 11 may 2017-ci il tarixdə ev şəraitində bir qız uşağı doğulmuşdur. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi övladı Gülayın 11 may 2017-ci il tarixdə Qobustan rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Gülaya doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi 11 may 2017-ci il, soyadı Məlikzadə, adı Gülay, doğum yeri Qobustan rayonu, atası qrafasında X21, anası qrafasında Ərizəçi yazılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi övladı Gülayın 11 may 2017-ci il tarixdə Qobustan rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Gülaya doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi 11 may 2017-ci il, soyadı Məlikzadə, adı Gülay, doğum yeri Qobustan rayonu, atası qrafasında X21, anası qrafasında Ərizəçi yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-436/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-436/2023
26.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver