Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-46/2024 12.01.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, İddiaçı Cavabdeh reqress qaydasında vurulmuş 3996,24 manat zərər və ödənilmiş 59,96 manat dövlət rüsumu tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət edərək Cavabdeh reqress qaydasında vurulmuş 3996,24 manat zərər və ödənilmiş 59,96 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin e-2(010)-4117/23 saylı 04 oktyabr 2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin xeyrinə X1, Cavabdeh və ondan 3678,12 manat kredit borcu və 56,79 manat ödənilmiş dövlət rusumu tutulması qət edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh verilən kreditlə əlaqədar onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə qətnaməsi icra olunması üçün Bakı şəhəri Suraxanı rayon icra şöbəsi tərəfindən onun iş yeri olaraq AXDG QSC-nin X2 aldığı əmək haqqına yönəldilmişdir. 04.2023-cü il tarixindən 09.2023-cü il tarixinə qədər əmək haqqından 3734,91 manat kredit borcu və borcun 7 faizi həcmində icra xidməti xərci, cəmi 3996,24 manat pul tutularaq Bakı şəhəri Suraxanı rayon məhkəməsinin e-2(010)-4117/23 saylı 04 oktyabr 2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən iddiaçı ”Bank Respublika” ASC-nin hesabına köçürülmüşdür. Cavabdeh borcuna görə "xxxx" ASC-yə ödədiyi 3996,24 manat zərər və ödənilmiş 59,96 manat dövlət rüsumunun Cavabdeh alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin e-2(010)- 4117/2022 saylı 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X1, Cavabdeh və İddiaçı 19 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 3257,23 manat əsas, 295,61 manat faiz, 125,28 manat cərimə borcu olmaqla, cəmi 3678,12 manat məbləğində kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56,79 manat məbləğində pul tutulub "xxxx" ASC-in seyrinə ödənilməsi qət edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyət X4 Donanmasının Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə ünvanladığı 24 oktyabr 2023-cü il tarixli 13-3-2/2-1621/2023 saylı məktubdan görünür ki, Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin 09 yanvar 2023-cü il tarixli 275006/22-18-11 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, İddiaçı 3737,91 manat əsas borc, 262 manat icra ödənişi tutularaq məktubda göstərilən hesaba köçürülmüşdür. Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin 02 noyabr 2023-cü il tarixli 275006/2022- 18-11 saylı icraata xitam verilməsi haqqında sənəddən görünür ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən verilmiş e-2(010)-4117/2022 saylı 04 noyabr 2022-ci il tarixli icra sənədinin icraata xitam verilmişdir. İş materiallarından görünür ki, ərizə 08 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və 13 dekabr 2023-cü il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Cavabdeh reqress qaydasında vurulmuş 3996,24 manat zərər və ödənilmiş 59,96 manat dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh reqress qaydasında vurulmuş 3996,24 manat zərər və ödənilmiş 59,96 manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-46/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-46/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver