Məhkəmə qərarları › İş №2(026)-465/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-465/2024

30.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-465/2024 30.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X1 Ərizəçi X2 1992-ci ilin sentyabr ayından hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması faktının müəyyən edilməsinə dair ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X2 1992-ci ilin sentyabr ayından hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması faktının müəyyən edilməsinə dair ərizə ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə şikayəti və əlavə olunmuş sənədləri araşdırarkən hesab edir ki, İnad Məmmədov yetkinlik yaşına çatdığından ərizə ilə özü müraciət etmək və ya işin aparılmasını digər şəxsə tapşırmaq hüququ olduğundan və Ərizəçi onun adından imzalamaq hüququnu təsdiq edən sənədi məhkəməyə təqdim etmədiyindən şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 36, 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Ərizəçi X2 1992-ci ilin sentyabr ayından hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə qərardadda qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar