Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-48/2022 10.01.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 017R********** saylı kredit razılaşması üzrə 5976,35 manat əsas, 1381,97 manat faiz və 2438,36 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9796,68 manat məbləğində borc, məhkəməyə iddia qaldırmaq üçün ödənilmiş 117,97 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması, tələbin Qobustan şəhəri, şəhəri, M.Ə.Sabir küçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 44 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 9796,68 manat məbləğində borcun, 117,97 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına “AccessBank» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Qobustan rayonunun Qobustan şəhəri, M.Ə. Sabir keçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 44 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və ev satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, X2 və Şıxaliyev Babək Vüsal oğlunun həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 20 dekabr 2013-cü il tarixli 17L000003568 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları 16 may 2014-cü il tarixli, 3568 nömrəli sazişlə və 30 mart 2018-ci il tarixli, 17S000006903S sazişlə kredit xətti müqaviləsinə əlavə və dəyişikliklər edilmişdir. Keedit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30 mart 2018-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 07 sentyabr 2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9023,65 manat ödəmiş, onun 5976,35 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 20 oktyabr 2021-ci il tarixə 408 gün üçün hesablanmış faiz borcu 1381.97 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 20 oktyabr 2021-ci il tarixə 408 gün üçün hesablanmış cərimə 2438.36 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və əsas borclu Cavabdeh1 və bank arasında bağlanılmış 29 mart 2018-cu il tarixli 3M-13 nömrəli ipoteka müqaviləsi əsasında ona məxsus Qobustan şəhəri, M.Ə. Sabir küçəsində yerləşən 0.06 ha xüsusi mülkiyyətli 44 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışla Qobustan şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 0.06 ha xüsusi mülkiyyətli 44 saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Cavabdeh2, Cavabdeh1 Qobustan şəhəri, M.Ə. Sabir küçəsində yerləşən 0.06 ha xüsusi mülkiyyətli 44 saylı fərdi yaşayış evi İddiaçı QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeydşərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 28 sentyabr 2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və 30 sentyabr 2021-ci il tarixində Cavabdeh1 tərəfindən qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 08 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 20 oktyabr 2021-ci 408 gün üçün hesablanmış faiz borcu 1381,97 manat, cərimə borcu 2438,36 manat təşkil edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Ağayev Elvin Ağamurad oğlundan müştərək qaydada 017R********** saylı kredit razılaşması üzrə 5976,35 manat əsas, 1381,97 manat faiz və 2438,36 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9796,68 manat məbləğində borc, məhkəməyə iddia qaldırmaq üçün ödənilmiş 117,97 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması, tələbin Qobustan şəhəri, şəhəri, M.Ə. Sabir küçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 44 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 9796,68 manat məbləğində borcun, 117,97 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına “AccessBank» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Qobustan rayonunun Qobustan şəhəri, M.Ə. Sabir küçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 44 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və ev satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, X2 və Şıxaliyev Babək Vüsal oğlunun həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə verdiyi izahatında göstərdi ki, 2018-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 15000 manat kredit götürmüş və həmin borcdan 9023 manat ödəniş etmişdir. Ölkədə yayılşmış olan “korona” viruşu səbəbindən işlədiyi meyvə-tərəvəz mağazası bağlandığından və heç bir yerdə iş olmadığından banka qalan 5976 manat borcu ödəyə bilməmişdir. İpoteka qiyməti ilə razıdır. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 20 dekabr 2013-cü il tarixli 17L000003568 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları 16 may 2014-cü il tarixli, 3568 nömrəli sazişlə və 30 mart 2018-ci il tarixli, 17S000006903S sazişlə kredit xətti müqaviləsinə əlavə və dəyişikliklər edilmişdir. Keedit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30 mart 2018-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 15000 (on min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 07 sentyabr 2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9023,65 manat ödəmiş, onun 5976,35 manat məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və əsas borclu Cavabdeh1 və Bank arasında bağlanılmış 29 mart 2018-cu il tarixli 3M-13 nömrəli ipoteka müqaviləsi əsasında ona məxsus Qobustan şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 0.06 ha xüsusi mülkiyyətli 44 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışla Qobustan şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 0.06 ha xüsusi mülkiyyətli 44 saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Cavabdeh2, Cavabdeh1 Qobustan şəhəri, M.Ə. Sabir küçəsində yerləşən 0.06 ha xüsusi mülkiyyətli 44 saylı fərdi yaşayış evi İddiaçı QSCnə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. Cavabdeh Cavabdeh1 banka 5976,35 manat əsas, 1381,97 manat faiz və 2438,36 manat cərimə borcu qalmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 16 may 2014-cü il tarixli 3568 nömrəli sazişə əsasən və 30 mart 2018-ci il tarixli 17S000006903A sazişlə kredit xətti müqaviləsi əsasında X3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat kredit verilmişdir. 16 may 2014-cü il tarixli 17S000006903 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 30 mart 2018-ci il tarixli 17S**********01 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. 29 mart 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış, ipoteka müqaviləsi əsasında Qobustan rayonu, Qobustan şəhəri, M.Ə. Sabir küçəsində yerləşən kateqoriyası yaşayış məntəqələrinin torpaqları (həyətyanı) olan 0,06 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 144,4 kv m, ümumu sahədən ibarət xüsusi mülkiyyətli 44 saylı fərdi yaşayış evi yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 15000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Qobustan şəhəri, M.Ə. Sabir küçəsində yerləşən kateqoriyası yaşayış məntəqələrinin torpaqları (həyətyanı) olan 0,06 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 144,4 kv m, ümumu sahədən ibarət xüsusi mülkiyyətli 44 saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilməsi 4 nömrəli reyestr kitabının 31 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 11 iyun 2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin banka ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən cərimə borcunun 2438,36 manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir və cərimə borcunun 1700 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 017R********** saylı kredit razılaşması üzrə 5976,35 manat əsas, 1381,97 manat faiz və 1700 manat cərimə borcu, məhkəməyə iddia qaldırmaq üçün ödənilmiş 117,97 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulmalı, tələb Qobustan şəhəri, şəhəri, M.Ə. Sabir küçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 44 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsi və ev hərracda satılmalı və ümumilikdə cəmi 9058,32 manat məbləğində borc, 117,97 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına “AccessBank» QSC-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulmalı, Qobustan rayonu Qobustan şəhəri, M.Ə. Sabir küçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 44 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və ev satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, X2 və Şıxaliyev Babək Vüsal oğlu həmin evdən çıxarılmalı, əmlak boşaldılmalı və alıcıya təhvil verilməlidir. Qobustan şəhəri, M.Ə. Sabir küçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 44 saylı fərdi yaşayış evinin dəyəri 15000 manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 017R********** saylı kredit razılaşması üzrə 5976,35 manat əsas, 1381,97 manat faiz və 1700 manat cərimə borcu, məhkəməyə iddia qaldırmaq üçün ödənilmiş 117,97 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulsun. Tələb Qobustan şəhəri, şəhəri, M.Ə. Sabir küçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 44 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin torpaq sahəsi və ev hərracda satılsın və ümumilikdə cəmi 9058,32 manat məbləğində borc, 117,97 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına “AccessBank» QSC-yə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulsun. Qobustan rayonunun Qobustan şəhəri, M.Ə. Sabir küçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 44 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və ev satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, X2 və Şıxaliyev Babək Vüsal oğlu həmin evdən çıxarılsın, əmlak boşaldılsın və alıcıya təhvil verilsin. Qobustan rayonunun Qobustan şəhəri, M.Ə. Sabir küçəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 44 saylı fərdi yaşayış evinin dəyəri 15000 manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-48/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-48/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver