Məhkəmə qərarları › İş №2(026)-498/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-498/2022

01.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-498/2022 01.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X13 iştirakı ilə, Ərizəçi 12 avqust 1966-cı il tarixdə anadan olmuş bacısı Bağıllı (Osmanova) Xanım Hüseyn qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1997-ci ildən halhazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 12 avqust 1966-cı il tarixdə anadan olmuş bacısı Bağıllı (Osmanova) Xanım Hüseyn qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1997-ci ildən halhazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, o, Vəliyeva (qızlıq soyadı Osmanova) Səmənglil Hüseyn qızı 1968-ci ildə, bacısı Xanım 12 avqust 1966-cı ildə Gürcüstan Respublikası Dmanisi rayonunun İrqançay kəndində anadan olmuşlar. 1990-cı ilin əvvəllərində Gürcüstanda azərbaycanlılara olan təzyiq səbəbindən 1993-cü ildə bacısı Xanım ailəsi ilə birlikdə Qazaxstana, 1997-ci ildə isə Qazaxstandan Azərbaycana gəlmişdir. Həmin vaxtdan hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndinə daimi olaraq yaşayır. 1987-ci ildə X15 ilə rəsmi nikaha girmiş, Alpaşa 10 fevral 2019-cıı ildə vəfat etmişdir. Xanımla Alpaşanın birgə nikahdan 1994-cü ildə Firuzə və 1999-ci ildə Səhrab adlı uşaqları vardır. Hər iki uşaq Xilmilli kənd tam orta məktəbini bitirmişdir. Torpaq islahatı zamanı Xanımın vəfat etmiş ərinin istifadəsinə JN-385 saylı Dövlət Aktı ilə 2,99 ha torpaq sahəsi verilmişdir. Şəxsiyyət vəsiqəsi olmadan Azərbaycan Respulikasında yaşamaq çətindir. Azərbaycan vətəndaşlığı almaq üçün bacısı Xanım Azərbaycan Respublikasının Dövlət Mirqasiya Xidmətinə müraciət etmiş və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1997-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuş və bu fakt məhkəmə qətnaməsi ilə müəyyən edildikdən sonra Mirqasiya Xidmətinə müraciət etməsi bildirilmişdir. Ona görə də 12 avqust 1966-cı il tarixdə anadan olmuş bacısı Bağıllı (Osmanova) Xanım Hüseyn qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1997-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X25 izahat verərək ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. Bağıllı (Osmanova) Xanım Hüseyn qızı izahat verərək göstərdi ki, 1997-ci ildə ailəsi ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndinə köçüb və hazırda da ailəsi ilə həmin kənddə yaşayır. 1997-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Şahid Qobustan rayonu Xilmilli kənd sakini X16 ifadə verərək göstərdi ki, o, 1992-ci ildən Xilmilli kəndində yaşayır. X22 1997-ci ildə ailəsi ilə birlikdə Gürcüstan Respublikasından Qobustan rayonu Xilmilli kəndinə gəlib və hazırda da orada yaşayırlar. Həmin vaxtdan Xanımla qonşu yaşayır və uşaqları da birlikdə məktəbə getmişdir. Xanımın əri Alpaşa Bağıllı 3 il əvvəl rəhmətə getmişdir. X1 ifadə verərək göstərdi ki, Xilmilli kəndində yaşayır. Xanım Bağıllı ilə 1997-ci ildən qonşuluq etmişdir. Xanımın uşaqları Xilmilli kəndində məktəbə getmişdir. Xanımın əri Alpaşa Bağıllı 3 il əvvəl rəhmətə getmişdir. X2 ifadə verərək göstərdi ki, Xilmilli kəndində Xanım Bağıllı ilə qonşudur. Xanım 1997-ci ildə həmin kəndə köçmüşdür, hazırda da uşaqları ilə birlikdə Xilmilli kəndində yaşayır. Məhkəmə ərizəçinin, maraqlı tərəfin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 sentyabr 2022-ci il tarixli 204 saylı arayışından görünür ki, Vəliyeva X8 rayonu Xilmilli kəndində yaşayır. Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 avqust 2022-ci il tarixli 164 saylı arayışından görünür ki, Bağıllı (Osmanova) Xanım Hüseyn qızı həqiqətən 1997-ci ildən hal-hazıra kimi Qobustan rayon Xilmilli kəndində qeydiyyatsız yaşayır. Qobustan rayonunun Xilmilli kənd sakinləri X7, X5 və X9 tərtib etdikləri aktdan görünür ki, Bağıllı (Osmanova) Xanım Hüseyn qızı 1997-ci ildən hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatsız yaşayır. 17 avqust 1966-cı ildə verilmiş İİİ-PE 456849 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 12 avqust 1966-cı ildə Gürcüstan Respublikasının Dmanisi rayonu İrqançay kəndində anadan olmuşdur. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən tərcüməçi X6 imzasının həqiqiliyinin təsdiq edilməsinə dair reyestr 8İ-13380 nömrə ilə qeyd edilmiş Dmanisi rayonunda verilmiş 17 avqust 1966-cı il tarixli İİİ-PE 456849 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X17 12 avqust 1966-cı ildə tarixdə anadan olmuşdur. X4, anası X10r. Gürcüstan Respublikasının Dmanisi rayonunda verilmiş 12 fevral 1987-ci il tarixli İİİ-Tİ 388270 saylı nikah şəhadətnaməsinin surətindən görünür ki, X15 12 fevral 1987-ci il tarixdə X17 ilə nikahlarını rəsmiləşdirmişlər. Arvada Bağıllı soyadı verilmişdir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 19 mart 2019-cu il tarixdə verilmiş AZ-İ 974190 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Bağıllı Alpaşa 10 fevral 2019-cu il tarixdə Qobustan rayonunun Xilmilli kəndində vəfat etmişdir. Gürcüstan Azərbaycan səfirliyinin 11 avqust 2022-ci il tarixdə verdiyi 22/00007744/2022- 02 saylı arayışından görünür ki, 12 avqust 1966-cı il təvəllüdlü X22 “Gürcüstan vətəndaşlığı haqqında” orqan qanun 30-cu maddəsinin “a” bəndinə müvafiq olaraq və Gürcüstan ədliyyə dövlət servisləri inkişaf agentliyinə təqdim olunan sənədlərə əsasən Gürcüstan vətəndaşı hesab olunmur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08aprel 2022-ci il tarixdə verdiyi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair ******* saylı arayışından görünür ki, 12 avqust 1966-cı il təvəllüdlü X18 Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Qobustan rayon təhsil şöbəsi Xilmilli kənd tam orta məktəbinin 25 avqust 2022-ci il tarixdə verdiyi 14 saylı arayışından görünür ki, 1999-cu il təvəllüdlü X19 2004-cü ildə Qobustan rayon Xilmilli kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş və 2015-ci il ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Qobustan rayon təhsil şöbəsi Xilmilli kənd tam orta məktəbinin 25 avqust 2022-ci il tarixdə verdiyi 13 saylı arayışından görünür ki, 1994-cü il təvəllüdlü X20 2001-ci ildə Qobustan rayon Xilmilli kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş və 2012-ci il ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 08 sentyabr 2022-ci il tarixdə Qobustan rayonunun Xilmilli kəndində yaşayan Osmanova (Baqilli) Xanım Qsoyun qızına ünvanlandığı p/o-1923 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün və 1997-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Qobustan rayonunun Xilmilli kəndində daimi yaşaması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Dövlət Miqrasiya Xidmətinə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası torpaqdan daimi istifadə hüququna dair JN-385 KOD 30712018 saylı dövlət aktının surətindən görünür ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli 23 saylı qərarı ilə X3 təsərrüfatı məhsullarının istehsalı üçün 2,99 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası MPM-in 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Bağıllı (Osmanova) Xanım Hüseyn qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1997-ci ildən hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bağıllı (Osmanova) Xanım Hüseyn qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1997-ci ildən hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar