Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-499/2023 17.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs rəisi X4 iştirakı ilə, Ərizəçi övladı Rzanın 04 fevral 2016-cı tarixdə ev şəraitində doğulmasının qeydə alınma faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi övladı Rzanın 04 fevral 2016-cı tarixdə ev şəraitində doğulmasının qeydə alınma faktının müəyyən edilməsinə dair ərizə ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, X7 ilə el adəti üzrə toy edib evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə evliliklərindən 18 iyul 2006-cı il tarixdə Təbriz, 26 iyul 2007-ci il tarixdə Aysu, 02 oktyabr 2010-cu il tarixdə Gülay və 04 fevral 2016-cı il tarixdə Rza adlı dörd övladları dünyaya gəlmişdir. Təbriz, Aysu və Gülay xəstəxana şəraitində doğulduğundan onlar üçün doğum haqqında şəhadətnamə almışlar. Lakin 04 fevral 2016-cı il tarixdə anadan olmuş Rza ev şəraitində doğulduğu üçün xəstəxanadan doğum haqqında arayış ala bilmişdir. Rza qış fəslində doğulmuşdur. Həmin vaxtı kənd yolları bağlı olduğundan onu xəstəxanaya aparmaq mümkün olmamışdır. Rzanın doğulması barədə xəstəxana arayışı olmadığından da ona doğum haqqında şəhadətnamə ala bilmirlər. Hazırda Rza məktəb yaşına çatmışdır və o, məktəbə getməlidir. Məktəbə getmək üçün isə Rzanın doğum haqqında şəhadətnaməsi olmalıdır. Bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsindən ona məsələnin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də övladı Rzanın 04 fevral 2016-cı tarixdə Qobustan rayonunun Nabur kəndində ev şəraitində doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X8 izahatında göstərdi ki, Ərizəçi övladı Rzanın 04 fevral 2016-cı tarixdə doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair iş üzrə ərizənin təmin edilməsinə etirazı YOXDUR. X1 ifadəsində göstərdi ki, Ərizəçi ilə el adəti üzrə toy edib evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə evliliklərindən 18 iyul 2006-cı il tarixdə Təbriz, 26 iyul 2007-ci il tarixdə Aysu, 02 oktyabr 2010-cu il tarixdə Gülay və 04 fevral 2016-cı il tarixdə Rza adlı dörd övladları dünyaya gəlmişdir. Rza doğulakən o, Bakı şəhərində işdə olmuşdur. Rza ev şəraitində doğulduğu üçün xəstəxanadan tibbi rəy ala bilməmişlər. Hazırda Rza məktəb yaşındadır və onun üçün doğum haqqında şəhadətnamə almaq vacibdir ki, Rzanı məktəbə götürə bilsinlər. X5 ifadəsində göstərdi ki, Ülviyyə onun ərinin qardaşı gəlinidir. 04 fevral 2016-cı il tarixdə axşam saat 23-24 olardı ki, ona Ülviyyənin doğum sancılarının başladığını dediklərinə görə onlara getmişdir. Yollar qarlı buzlu olduğu üçün Ülviyyəni xəstəxanaya apara bilməmişlər. Həmin gecə Ülviyyə ev şəraitində bir oğlan uşağı dünyaya gətirmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən 25 may 2011-ci il tarixdə verilmiş AZ-İ 184055 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X7 18 iyul 2006-cı il tarixdə Ərizəçi doğulmuş X9 atası hesab edilmişdir. Maraqlı şəxs tərəfindən 25 may 2011-ci il tarixdə verilmiş AZ-İ 184053 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X7 02 oktyabr 2010-cu il tarixdə Ərizəçi doğulmuş X10 atası hesab edilmişdir. Maraqlı şəxs tərəfindən 25 may 2011-ci il tarixdə verilmiş AZ-İİ 656632 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 18 iyul 2006-cı il tarixdə doğulmuşdur. X2, anası Ərizəçidır. Maraqlı şəxs tərəfindən 25 may 2011-ci il tarixdə verilmiş AZ-İİ 656636 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 26 iyul 2007-ci il tarixdə doğulmuşdur. X2, anası Ərizəçidır. Maraqlı şəxs tərəfindən 25 may 2011-ci il tarixdə verilmiş AZ-İİ 656634 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 02 oktyabr 2010-cu il tarixdə doğulmuşdur. X2, anası Ərizəçidır. Maraqlı şəxs tərəfindən X6 ünvanlanmış 13 sentyabr 2023-cü il tarixli 3-16-5/8-13- 273/2023 saylı məktubdan görünür ki, 04 fevral 2016-cı il tarixdə evdə doğulmuş övladı Rzanın doğum haqqında tibbi arayışı olmadığı üçün doğum haqqında şəhadətnamə verməyin imkanları xaricində olduğu və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qobustan rayonunun Nabur kənd sakinləri X11, X15 və X3 31 avqust 2023-cü il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nın Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Qobustan rayonunun Nabur kənd sakini Ərizəçi 04 fevral 2016-cı il tarixdə Nabur kəndində ev şəraitində X3 vasitəsi ilə bir oğlan uşağı dünyaya gətirmişdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi övladı Rzanın 04 fevral 2016-cı tarixdə Qobustan rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Rzaya doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi 04 fevral 2016-cı il, soyadı Məmmədli, adı Rza, doğum yeri Qobustan rayonu, atası qrafasında X7, anası qrafasında Ərizəçi yazılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi övladı Rzanın 04 fevral 2016-cı tarixdə Qobustan rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Rzaya doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi 04 fevral 2016-cı il, soyadı Məmmədli, adı Rza, doğum yeri Qobustan rayonu, atası qrafasında X7, anası qrafasında Ərizəçi yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-499/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-499/2023
17.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver