Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-58/2022 03.03.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs rəisi X2 iştirakı ilə, Ərizəçi X1 1925-ci ildə doğum akt qeydinin bərpa edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X1 1925-ci ildə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək atası X10 doğum akt qeydi bərpa edilərkən ata qrafasında X5, ana qrafasında X6 yazılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək göstərdi ki, atası X14 1925-ci ildə Qobustan rayonu (keçmiş Şamaxı) Ərəbşalbaş kəndində anadan olub, 25 avqust 2015ci il tarixdə vəfat edib. Atası İİ Dünya müharibəsinin iştirakçısı olub. Atası öldükdən sonra vərəsəlik qaydasında bəzi mübahisəli məsələləri həll etmək istədikdə onun doğum haqqında şəhadətnaməsi tapılmadı. Bununla əlaqədar müxtəlif dövlət orqanlarına müraciət etmiş, lakin onun doğum haqqında şəhadətnaməsini tapmaq mümkün olmamışdır. Ona görə də qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək zərurətində qalmışdır. X1 1925-ci ildə doğulmasını təsdiq edən hərbi bilet, şəxsiyyət vəsiqəsinin surəti, nikah haqqında şəhadətnamənin surəti, ölüm şəhadətnaməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin arayışı vardır. Hətta Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin arayışında atasının 1924-cü il təvəllüdlü olması qeyd edilmişdir. X1 1925-ci ildə doğum akt qeydinin bərpa edilməsi, ata qrafasında X5 və ana qrafasında X6 yazılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X8 izahatında göstərdi ki, Ərizəçi X1 1925-ci ildə doğum akt qeydinin bərpa edilməsinə dair iş üzrə ərizənin təmin edilməsinə etirazı YOXDUR. X3 izahatında göstərdi ki, Güləş İsmiyevlə uzun müddət qonşu olublar onu yaxşı tanıyırdı. Güləş İsmiyev 1925-ci ildə anadan olub, Güləş müharibə iştirakçısı olmuşdur. Güləş İsmiyev 2015-cı ildə vəfat etmiş və o, da Güləş İsmiyevin yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını və şahidin ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən Qobustan rayonunun Ərəbşalbaş kənd sakini Ərizəçi ünvanlanmış 30 noyabr 2021-ci il tarixli 05/Q-271/4 saylı məktubda göstərilir ki, X9 1925-ci il tarixli arxiv sənədləri Qobustan rayonunun qeydiyyat şöbəsinin arxivində saxlanılmadığı üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 03888339 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X14 XX.XX. 1925-ci il tarixdə anadan olmuşdur. 16 sentyabr 1957-ci il tarixli İ- İE 070117 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Güləş Hüseyin oğlu 1925-ci il tarixdə anadan olmuşdur. Qobustan rayon İHB-nın Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 21 fevral 2022-ci il tarixli 29 saylı arayışında göstərilir ki, 1925ci ilə aid olan təsərrüfatbaşına kitablar və doğum aktı qeydləri kitabı Qobustan rayon Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində saxlanılmır. Azərbaycan Respublikası Milli Arxiv idarəsi X21 Filialının Qobustan rayonunun Ərəbşalbaş kənd sakini Ərizəçi ünvanlandığı 30 sentyabr 2021-ci il tarixli 311 saylı arayışda göstərilir ki, Şamaxı rayon XDS İcraiyyə Komitəsinin Ərəbşalbaş kəndinə dair 1969-1971-ci illərin təsərrüfatbaşına kitablarında və VVAQ şöbəsinin 1929-1944-cü illərin doğum haqqında aktların qeydi kitablarında X9 doğumu aşkar olunmamışdır. Azərbaycan Respublikası Milli Arxiv idarəsi X21 Filialının Qobustan rayonunun Ərəbşalbaş kənd sakini Ərizəçi ünvanlandığı 21 fevral 2022-ci il tarixli 005 saylı arayışda göstərilir ki, Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 1925-1940-cı illərə dair təsərrüfatbaşına kitablarında X9 doğulması haqqında qeydə rast gəlinməmişdir. Bakı şəhəri Maştağa rayonu milis şöbəsi tərəfindən 01 aprel 1960-cı ildə verilmiş İ-ЛК 509314 saylı qısa müddətli pasportun surətindən görünür ki, Güləş Hüseyn oğlu 17 fevral 1925-ci il tarixdə Mərəzə rayonunun Ərəbşalbaş kəndində doğulmuşdur. Bakı şəhəri, Lenin rayon hərbi komissarlığı tərəfindən 21 dekabr 1956-cı ildə X9 adına verilmiş 19903 saylı hərbi mükəlləfiyyətdən azad olunması barədə biletin surətindən görünür ki, X9 doğum tarixi 1925-ci kimi qeyd edilmişdir. Qobustan rayon İHB-nın Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 sentyabr 2015-ci il tarixdə verilmiş AZ-İ 758794 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 25 avqust 2015-ci il tarixdə vəfat etmişdir. X9 məzar daşının fotoşəkilindən görünür k, Güləş İsmiyevin doğum tarixi 1925, ölüm tarixi isə 25 avqust 2015-ci il kimi qeyd edilmişdir. Qobustan rayon məhkəməsinin 06 noyabr 2000-ci il tarixi 2-26/2000 saylı qətnaməsinin surətindən görünür ki, X7 adına verilmiş Xızı rayon dövlət arxivinin 18 noyabr 1998-ci il tarixli 51 saylı əmək haqqı cədvəlinin və X4 oğlunun adına verilmiş olan 25 iyul 1965-ci il tarixli əmək kitabçasının X11 məxsus olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Müəyyən edildi ki, X14 1925-ci ildə Qobustan rayonu Ərəbşalbaş kəndində anadan olmuş, İİ Dünya müharibəsində iştirak etmişdir. Güləş Hüseyinov 25 avqust 2015-ci il tarixdə vəfat etmiş və onu yaşadığı Ərəbşalbaş kənd qəbristanlığında dəfn etmişlər. Güləş İsmiyevin doğum haqqında şəhadətnaməsinin tapılması üçün müxtəlif dövlət orqanlarına müraciət edilmiş, lakin onun doğum haqqında şəhadətnaməsini tapmaq mümkün olmamışdır. X9 adına verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində, evlənmək haqqında şəhadətnamədə və hərbi biletdə doğum ili 1925-ci il kimi yazılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X9 doğum haqqında akt qeydi bərpa edilərək doğum tarixi 17 fevral 1925-ci il, ata qrafasında X5, ana qrafasında X6 yazılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X9 doğum haqqında akt qeydi bərpa edilsin. X9 doğum tarixi 17 fevral 1925-ci il, ata qrafasında X5, ana qrafasında X6 yazılsın. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-58/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-58/2022
03.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver