Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-63/2022 28.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, İddiaçı Cavabdeh qızının iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı cavabdehə məxsus əşyaların Şamaxı şəhəri, Şəhriyar qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına məxsus əşyaların Şamaxı şəhəri, Şəhriyar qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, X5 oğlu X2 ilə 14 iyul 2007-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahdan iki övladları anadan olmuşdur. Oğlu Kəmaləddin 22 noyabr 2013-cü il tarixdə ağciyər xərçəngindən vəfat etmişdir. Oğlunun qırx mərasimi çıxdıqdan sonra 04 yanvar 2014-cü il tarixdə Şəlalə uşaqları da götürüb valideynlərinin yanına getmişdir. Şəlalə dörd ildir ki, yenidən ailə qurub. Lakin hələdə Şəlaləyə məxsus cehiz əşyaları onun evindədir. Cehiz əşyalarının götürülməsi üçün Şəlalənin atasına dəfələrlə demiş, xəbər göndərmişdir. Lakin Şəlalənin atası ona həmin əşyaların onlara lazım olmadığını və evdən çıxarıb yandırmasını bildirmişdir. O, isə Şəlalənin atasına əşyaları onun evindən çıxarıb istəsələr yandırsınlar, istəsələr bir imkansız ailə bağışlasınlar demişdir. Şəlalənin əri ilə də görüşüb söhbət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Həmin cehiz əşyaları gördükcə oğlu gözlərinin önündən getmir. Oğluna görə çox əziyyət çəkir. Ona görə də Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən ona məxsus evdən Cavabdeh Vidadi qızına məxsus – 1 ədəd taxt, 1 ədəd paltar dolabı, 1 ədəd servant, 1 ədəd termo, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stul-ə ədəd yazı stolu, 1 ədəd çarpayı, uşaq çarpayısı, 2 ədəd tumbuçka,video-disk, 3 ədəd döşək, 3 ədəd yorğan, 4 ədəd balış, 6 ədəd döşəkçə, 1 ədəd xalça, 1 ədəd adyal, 1 ədəd çıl-çıraq, l ədəd divar saatı, 1 ədəd vintilyator, 1 ədəd taxt üzlüyü, 1 dəst nahar servizi, 1 dəst cay servizi, 1 dəst kofe servizi ,4 ədəd meyvə qabı, 2.ədəd güldan, 6 ədəd şüşə bakal, 5 ədəd büllur bakal, 1 ədəd dolça 6 ədəd bakalı ilə, 6 ədəd büllur çay stəkan, 6 ədəd büllur armudu stəkan, 1 ədəd büllur konfet qabı, 6 ədəd çaşqa (abuqələm), 1 ədəd şüşə dolça 5 ədəd bakalı ilə. 2 ədəd nikel çaynik, 1 ədəd elektrik samovarı 1 ədəd elektrik çayniki, 3 ədəd qazan qırmızı rəngdə, 1 ədəd elektrik ət maşını, 1 ədəd meyvə qabı “abuqələm), 5 ədəd nikel qazan, 1 ədəd .göy rəngdə çuqun qəfədan, 2 ədəd qazan, 21 ədəd nəlbəki, 5 ədəd şüşə stəkan, 1 ədəd şüşə qənd qabı, 6 ədəd stəkan, l ədəd mətbəx rəndəsi (tyorka), 6 ədəd maskura, 5 ədəd çaşka,4 ədəd duzqabı, 2 ədəd ləbləbi qabı, 1 ədəd tort qabı, 6 ədəd mətbəx dəsti,2 əd. Taxta çömçə, 12 əd.limon çəngəli,5 əd. ESİ Xörək qaşığı,3 əd. desert qaşıq, 3 ədəd çəngəl, 1 ədəd qaşıq qabı, 2 ədəd çuqun vedrə, 2 ədəd çuqun ləyən, 1 ədəd aşsüzən, 2 ədəd podnosun çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh məhkəməyə verdiyi izahatında göstərmişdir ki, X2 ilə 14 iyul 2007-ci il tarixdə ailə evlənmişdir, onların birgə nikahdan iki övladları anadan olmuşdur. Kəmaləddin 22 noyabr 2013-cü il tarixdə ağciyər xərçəngindən vəfat etmişdir. Kəmaləddin vəfat etdikdən sonra Kəmaləddinin anası Əzizə ona və övladlarına baxmadığına görə 04 yanvar 2014-cü il tarixdə uşaqları da götürüb valideynlərinin yanına getmişdir. Cehiz əşyalarının çıxarılmasına razı deyil. Ona görə ki, İddiaçı iki nəvəsini saxlayır, nəvələrinə ev verərsə cehiz əşyalarını çıxarar. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin izahatını və işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasn təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisində reyestrdə 1S-9175 nömrə ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən 70,8m3 ümumi sahədən və 46,3 m2 yaşayış sahəsindən ibarət olan bir mərtəbəli, iki yaşayış otaqlı fərdi yaşayış evi X4 məxsusdur. Şamaxı rayon qeydiyyat şöbəsindən verilmiş AZ-İİ seriyalı 042467 saylı 06 noyabr 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 22 noyabr 2013-cü il tarixdə vəfat etmişdir. İlkin mediasiya prosesinə xitam verilməsi barədə 22 fevral 2022-ci il tarixli protokolda göstərilir ki, İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair müraciəti ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir.“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesundən imtina etdikdə mediasiya prosesinə xitam verilir. Müəyyən olundu ki, X5 X2 ilə 14 iyul 2007-ci il tarixdə ailə qurmuş, birgə nikahdan iki övladları anadan olmuşdur. Şəlalə gəlin gələrkən özü ilə cehiz əşyaları gətirmiş və Kəmaləddinin anası Əzizənin Şamaxı rayonunun Şəhriyar qəsəbəsində olan evinə yığmışdır. Şəlalənin əri Kəmaləddin Rəfiyev 22 noyabr 2013-cü il tarixdə vəfat etmişdir. Cavabdeh uşaqlarını da götürüb Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yaşayan valideynlərinin yanına getmişdir. Cavabdeh evdən gedərkən özünə məxsus cehiz əşyalarını aparmamışdır. Həmin cehiz əşyaları Şəlaləyə məxsus olmuşdur, İddiaçı məxsus evdədir. Azərbaycan Respublikası Mülki Məsəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsə mülkiyyət hüququ vardır. Konstitusiyanın 29.2-ci maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin İ bəndinə görə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 71-ci maddəsinin Vİİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh məxsus cehiz əşyaları Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən İddiaçı məxsus evdən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyalarından ibarət əmlaklar Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən İddiaçı Vidadi qızına məxsus evdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-63/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-63/2022
28.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver