Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-64/2022 10.01.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı zəbt etdiyi torpaq sahəsindən məcburi çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qanunsuz zəbt etdiyi ona məxsus əkinə yararlı pay torpaq sahəsindən məcburi çıxarılması tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı ona qarşı torpaq sahəsindən məcburi çıxarılması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı torpaq sahəsini satdığı şəxs Şamaxı şəhər sakini X1r. İş üzrə cavabdeh qismində çıxış edə bilməyəcəyini göstərdi. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək ona məxsus torpaq sahəsindən çıxarılmasını tələb etdiyi cavabdeh X1r. X2 şəhərində qeydiyyatdadır və orada yaşayır. Ona görə də iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı zəbt etdiyi torpaq sahəsindən məcburi çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-64/2022
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-64/2022
10.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver