Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-79/2021 17.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Ərizəçi Başçısının nümayəndəsi X13, maraqlı tərəflər Qobustan rayonu Qeydiyyat Şöbəsinin rəisi X3, Maraqlı şəxs2 və X24 iştirakı ilə, Ərizəçi Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, X12 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri X4 13 aprel 2003-cü il tarixdə X6 və 15 iyul 2006-cı il tarixdə X14 doğulmaları barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, X12 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri X15 13 aprel 2003-cü il tarixdə X6 və 15 iyul 2006-cı il tarixdə X14 doğulmalarının qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Ərizəçi Başçısının nümayəndəsi X25 ərizəni müdafiə edərək izahatında göstərdi ki, 18 yanvar 2021-ci il tarixdə Ərizəçi Başçısı yanında X12 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya Maraqlı şəxs1 tərəfindən 13 aprel 2003-cü il tarixdə anadan olmuş X6 və 15 iyul 2006-cı il tarixdə anadan olmuş X14 doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsinə köməklik göstərilməsi üçün məktub daxil olmuşdur. 22 yanvar 2021-ci il tarixdə K.Cəlilova, G. Mirzəyeva və V. Yusibovanın iştirakı ilə tərtib olunan akta əsasən X6 13 aprel 2003-cü il tarixdə doğulmasını (evdə) təsdiq etmişlər. AZS-103 nömrəli doğum haqqında Tibbi Şəhadətnaməyə əsasən 15 iyul 2006-cı il tarixdə X2 rayonunda doğulmuşdur. Lakin hər iki valideyn-Maraqlı şəxs2 X24 doğum haqqında şəhadətnamələrinə əsasən Gürcüstan Respublikası ərazisində doğulması məlum olsa da, bəzi səbəblərdən onların şəxsiyyətini təsdiq edən sənədlərinin vaxtında alınmadığına görə hər iki uşağın Azərbaycan Respublikası ərazisində doğum faktı təsdiq olunmamış, uşaqların doğum haqqında şəhadətnamələri alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Odur ki, uşaqların doğum faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamələrinin alınması zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəyə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. X12 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyalar haqqında 31 may 2002-ci il tarixli Əsasnaməyə əsasən, Komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışına nəzarət etməkdən, qanunazidd əməllərin qarşısını almaqdan, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Komissiyanın səlahiyyətlərindən biri, Əsasnamənin 5-ci maddəsinin 26-cı bəndinə əsasən, Komissiyanın təşəbbüsü ilə qaldırılan və X12 hüquqlarının və qanuni mənafelərinin qorunması ilə bağlı işlərə məhkəmədə baxılması zamanı iştirak etməkdir. X6 və X14 doğum haqqında akt qeydinin tərtib edilməsi və bu zaman uşağın adı-Firuzə, ata adı- Faiq, ana adı-Aida, soyadı-Haxverdiyeva, doğum tarixi-13 aprel 2003-cü il, doğulduğu yer-Qobustan rayonu, kənd-Xilmilli kəndi, ata haqqında məlumatlarda: ata adı-Faiq, soyadı-Haxverdiyev, ata adı-Xıdırnəbi, ana haqqında məlumatlarda: ana adı-Aida, soyadı-Məmmədova, ata adı-Zakir, uşağın adı- Arzu, ata adı-Faiq, ana adı-Aida, soyadı- Haxverdiyeva, doğum tarixi-15 iyul 2006-cı il, doğulduğu yer-Qobustan rayonu, kənd- Xilmilli kəndi, ata haqqında məlumatlarda: ata adı-Faiq, soyadı-Haxverdiyev, ata adı- Xıdırnəbi, ana haqqında məlumatlarda: ana adı-Aida, soyadı-Məmmədova, ata adı-Zakir müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs1 rəisi X16 izahatında göstərdi ki, Ərizəçi Başçısının müavini-İctimaisiyasi və humanitar məsələlər şöbəsinin müdiri, X12 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 13 aprel 2003-cü il tarixdə X6 və 15 iyul 2006-cı il tarixdə X14 doğulmalarının qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizənin təmin edilməsinə etirazı yoxdur. Maraqlı tərəf X35 izahat verərək göstərdi ki, 2002-ci il tarixdə Maraqlı şəxs2 ilə evlənmişlər, hal-hazırda da birlikdə ər-arvad kimi yaşayırlar. Onların birgə nikahdan 13 aprel 2003-cü il tarixdə Firuzə və 15 iyul 2006-cı ildə Arzu adlı iki uşaqları anadan olmuşdur. Firuzə ev şəraitində doğulmuşdur. 13 aprel 2003-cü il tarixdə X6 və 15 iyul 2006-cı il tarixdə X14 doğulmaları barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs2 məhkəmə iclasında arvadı X24 göstərdiklərini təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. X5 ifadə verərək göstərdi ki, Qobustan rayonunun Xilmilli kəndində Aidə ilə qonşuluqda yaşayır və onları yaxşı tanıyır. Aidə və Faiq evlidir və onların Firuzə və Arzu adında iki qızları var. Firuzə 13 aprel 2003-cü il tarixdə ev şəraitində, Arzu isə 15 iyul 2006-cı il tarixdə Qobustan rayon mərkəzi xəstəxanasında doğulmuşdur. X1 ifadə verərək göstərdi ki, Qobustan rayonunun Xilmilli kəndində Aidə və Faiqlə qonşuluqda yaşayır və onlarla münasibəti yaxşıdır. Aidə və Faiqin Firuzə və Arzu adında iki qızları var. Firuzə 13 aprel 2003-cü il tarixdə ev şəraitində, Arzu isə 15 iyul 2006-cı il tarixdə Qobustan rayon mərkəzi xəstəxanasında doğulmuşdur. X7 ifadə verərək göstərdi ki, Aidə onun qızıdır. Aidə 2002-ci ildə Faiqlə evlənmişdir və hazırda da birlikdə ər-arvad kimi yaşayırlar. Onların bu evlilikdən Firuzə və Arzu adında iki qızları var. Firuzə 13 aprel 2003-cü il tarixdə ev şəraitində, Arzu isə 15 iyul 2006-cı il tarixdə Qobustan rayon mərkəzi xəstəxanasında doğulmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin, maraqlı tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs1 tərəfindən 16 yanvar 2021-ci il tarixdə verilmiş 10 saylı arayışda göstərilir ki, Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuş, Qobustan rayon Xilmilli kəndində yaşayan Maraqlı şəxs2 və arvadı Maraqlı şəxs3 övladları 13 aprel 2003-ci il tarixdə anadan olmuş X6 və 15 iyul 2006-cı il tarixdə anadan olmuş X14 doğumun qeydə alınması ilə bağlı müraciətləri daxil olmuşdur. Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuş Qobustan rayon Ximillli kəndində bu günə qədər yaşayan Maraqlı şəxs2 Xıdınəbi oğlu və arvadı Maraqlı şəxs3 şəxsiyyətlərini təsdiq edən heç bir sənəd olmadığı üçün X21 və X14 doğum faktının müəyyən edilməsi ilə bağlı X12 işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən məhkəməyə müraciət edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Qobustan rayon Təhsil şöbəsi Hilmilli kənd tam orta məktəbi tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli 20 saylı arayışda göstərilir ki, X21 2010-2011-ci tədris ilində Hilmilli kənd orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 2019-cu ildə həmin məktəbin İX-cu sinfini bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Qobustan rayon Təhsil şöbəsi Hilmilli kənd tam orta məktəbi tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli 21 saylı arayışda göstərilir ki, X26 2012-2013-cü tədris ilində Hilmilli kənd orta məktəbinin 1ci sinfinə qəbul olmuş, 2020-2021-ci ildə həmin məktəbin İX-cu sinfini bitirmişdir. İş materiallarında olan Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Gürcüstan Respublikası vətəndaşı, qeydiyyatsız Qobustan rayonunun Xilmilli kəndində yaşayan Maraqlı şəxs3 verdiyi 30 mart 2021-ci il tarixli 89 saylı şəkilli arayışında göstərilir ki, 13 aprel 2003-cü il tarixdə anadan olmuş qızı X9r. Qobustan rayonunun Xilmilli kəndində valideynlərinin himayəsində yaşayır. İş materiallarında olan Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Gürcüstan Respublikası vətəndaşı, qeydiyyatsız Qobustan rayonunun Xilmilli kəndində yaşayan Maraqlı şəxs3 verdiyi 30 mart 2021-ci il tarixli 90 saylı şəkilli arayışında göstərilir ki, 15 iyul 2006-cı il tarixdə anadan olmuş qızı X22r. Qobustan rayonunun Xilmilli kəndində valideynlərinin himayəsində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X28” Publik Hüquqi şəxsin verdiyi 04 may 2021-ci il tarixli 1181 saylı rəyində göstərilir ki, Haxverdiyeva Firuzə Faiq qızının müəyyən edilmiş sümük yaşı 17-18 ilə uyğun gəlir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X28” Publik Hüquqi şəxsin verdiyi 04 may 2021-ci il tarixli 1182 saylı rəyində göstərilir ki, X14 müəyyən edilmiş sümük yaşı 15-16 ilə uyğun gəlir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin AZS-103 saylı doğum haqqında tibbi şəhadətnamədə göstərilir ki, Maraqlı şəxs3 15 iyul 2006-cı il tarixdə Qobustan rayonunun mərkəzi xəstəxanasında bir qız uşağı doğmuşdur. İş materiallarında olan Qobustan rayonunun Xilmilli kənd sakinləri X17, X18 və X19 22 yanvar 2021-ci il tarixdə tərtib etdikləri Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Maraqlı şəxs3 13 aprel 2003-cü il tarixdə yaşadığı evdə bir qız uşağı dünyaya gətirmişdir. İş materiallarında olan Qobustan rayonunun Xilmilli kənd sakinləri X27, X10 və Nailə Məmmədovanın tərtib etdikləri Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Maraqlı şəxs3 1992-ci ildən Qobustan rayonunun Xilmilli kəndində yaşayır, o ev şəraitində 13 aprel 2003-cü il tarixdə bir qız uşağı- X21 və 15 iyul 2006-cı il tarixdə ev şəraitində bir qız uşağı-X23 doğub böyütmüşdür. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 yanvar 2021-ci il tarixdə verdiyi 16 saylı arayışda göstərilir ki, 01 yanvar 1981-ci il təvəllüdlü Maraqlı şəxs2 ailəsi ilə birlikdə 1992-ci ildən hal-hazıra kimi Qobustan rayonunun Xilmilli kəndində məskunlaşmış və ailə üzvləriarvadı 06 avqust 1986-cı il təvəllüdlü Maraqlı şəxs3, qızı-13 aprel 2003-cü il təvəllüdlü X21 və qızı-15 iyul 2006-cı il təvəllüdlü X11 ibarətdir. Müəyyən olundu ki, Maraqlı şəxs3 1992-ci ildə ailəsi ilə birlikdə Gürcüstan Respublikasından gələrək Qobustan rayonunun Xilmilli kəndində məskunlaşmış və halhazırda da həmin kənddə ailəsi ilə birlikdə yaşayır. Onun 13 aprel 2003-cü il tarixdə Firuzə və 15 iyul 2006-cı il tarixdə Arzu adlı iki qızı anadan olmuşdur. Firuzə ev şəraitində, Arzu isə Qobustan rayon mərkəzi xəstəxanasında doğulmuşlar. Maraqlı şəxs3 və əri Maraqlı şəxs2 Gürcüstan Respublikası vətəndaşları olduğundan uşaqlar üçün şəxsiyyət vəsiqəsi ala bilmirlər. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, 13 aprel 2003-cü il tarixdə X6 və 15 iyul 2006-cı il tarixdə X14 doğulmalarının qeyd edilmə faktı müəyyən edilməli, Firuzəyə doğum haqqında şəhadətnamə verilərkən doğulduğu tarix 13 aprel 2003-cü il, soyadı Haxverdiyeva, adı Firuzə, ata adı Faiq, doğulduğu yer Qobustan rayonu Xilmilli kəndi, atası qrafasında Maraqlı şəxs2, anası qrafasında Maraqlı şəxs3, Arzuya doğum haqqında şəhadətnamə verilərkən doğulduğu tarix 15 iyul 2006-cı il, soyadı Haxverdiyeva, adı Arzu, ata adı Faiq, doğulduğu yer Qobustan rayonu Xilmilli kəndi, atası qrafasında Maraqlı şəxs2, anası qrafasında Maraqlı şəxs3 yazılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13 aprel 2003-cü il tarixdə X6 və 15 iyul 2006-cı il tarixdə X14 doğulmalarının qeyd edilmə faktı müəyyən edilsin. Firuzəyə doğum haqqında şəhadətnamə verilərkən doğulduğu tarix 13 aprel 2003cü il, soyadı Haxverdiyeva, adı Firuzə, ata adı Faiq, doğulduğu yer Qobustan rayonu Xilmilli kəndi, atası qrafasında Maraqlı şəxs2, anası qrafasında Maraqlı şəxs3 yazılsın. Arzuya doğum haqqında şəhadətnamə verilərkən doğulduğu tarix 15 iyul 2006-cı il, soyadı Haxverdiyeva, adı Arzu, ata adı Faiq, doğulduğu yer Qobustan rayonu Xilmilli kəndi, atası qrafasında Maraqlı şəxs2, anası qrafasında Maraqlı şəxs3 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-79/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-79/2021
17.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver