Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-86/2023 07.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi 19 oktyabr 1990-cı ildən 15 may 1997-ci ilə kimi Qobustan rayonu əhaliyə məişət xidməti istehsalat idarəsində ayaqqabı ustası işləməsi faktının təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 19 oktyabr 1990-cı ildən 15 may 1997-ci ilə kimi Qobustan rayonu əhaliyə məişət xidməti istehsalat idarəsində ayaqqabı ustası işləməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə ərizəni qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, Ərizəçi 19 oktyabr 1990-cı ildən 15 may 1997-ci ilə kimi Qobustan rayonu əhaliyə məişət xidməti istehsalat idarəsində ayaqqabı ustası işləməsi faktının təsdiq edilməsinə dair ərizəsi icraata qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina olunmalı və inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 150,153, 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi 19 oktyabr 1990-cı ildən 15 may 1997-ci ilə kimi Qobustan rayonu əhaliyə məişət xidməti istehsalat idarəsində ayaqqabı ustası işləməsi faktının təsdiq edilməsinə dair ərizəsi yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunsun. Ərizəçi inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: M.Q. Quliyev
Məhkəmə qərarları › İş №2(026)-86/2023
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-86/2023
07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver