Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-88/2025 08.01.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, Ərizəçi “əlil uşağa qulluq etmə faktının müəyyən edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 üzrə Mərkəzi filialı maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, oğlu 20 fevral 1983-cü il təvəllüdlü, 1-ci qrup əlil X1 20 sentyabr 2003-cü il tarixindən 18 yanvar 2015-ci il tarixinə kimi qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən ərizə yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ali Məhkəmə Plenumunun sözügedən hüquqi mövqeyini nəzərə alan məhkəmə bildirir ki, Ərizəçi mərhum 1-ci qrup əlil olmuş oğluna qulluq etmə faktının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir və ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 153.2.1-ci maddəsinə uyğun olaraq ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalıdır. MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. MPM-in 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. MPM-in 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırkı ərizəyə əlavə olunmuş 04 aprel 2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin hazırda müəyyən olunur ki, sözügedən dövlət rüsumunun ödənilməsi barədə qəbz artıq istifadə olunmuşdur. Belə ki, Qobustan Rayon Məhkəməsinin icraatında olmuş 2(026)- 252/2024 saylı mülki iş üzrə də Ərizəçi xüsusi icraat qaydasında ərizə verərkən sözügedən qəbzdən istifadə etmişdir. Bununla belə, Qobustan Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(026)-252/2024 saylı qərardadı ilə onun sözügedən ərizəsi baxılmamış saxlanılarkən ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun da Ərizəçi geri qaytarılması qərara alınmışdır. 04 aprel 2024-cü il tarixli, ********** nömrəli qəbz üzrə olan 100 manat məbləğində ödənişin Ərizəçi qaytarılması artıq məhkəmənin 13 iyun 2024-cü il tarixli, 2(026)-252/2024 saylı qərardadında nəzərdə tutulduğundan, yenidən həmin ödənişin ərizəçiyə geri qaytarılmasına göstəriş verilməsinə zərurət YOXDUR. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 153, 263, 264, 305 və 306-cı maddələrini rəhbər tutub QƏRARA ALDİ: Ərizəçi “əlil uşağa qulluq etmə faktının müəyyən edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə olunmuş sənədlər Ərizəçi verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-88/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-88/2025
08.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver