Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-89/2020 29.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs rəisi X1 iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpa edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi iddianı onunla əsaslandırmışdır ki, xx xxxx 1963-cü ildə Şamaxı rayonunun Mərəzə qəsəbəsində anadan olmaqla, hal-hazırda Qobustan şəhərində yaşayır. O doğulduqdan sonra onun üçün doğum haqqında şəhadətnamə alınmış və uyğun olaraq şəxsiyyət vəsiqəsi və digər sənədlər də alınmışdır. 1982-ci ildə X9 ilə evlənmiş, hazırda da birlikdə ər-arvad kimi yaşayırlar. Birgə nikahdan üç uşaqları olmuşdur. Hazırda doğum haqqında şəhadətnaməsini itirmişdir, doğum haqqında bərpa şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin elektron bazada onun doğum haqqında akt qeydi aşkarlanmamışdır. Qeydyyat şöbəsi tərəfindən ona qanuna uyğun olaraq məhkəməyə müraciət etməsi bildirilmişdir. Doğum akt qeydinin bərpa edilməsini məhkəmədən kənar həll edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onun xx xxxx 1963-cü il tarixdə anadan olması barədə doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X4 izahatında göstərdi ki, Ərizəçi xx xxxx 19630-cı il tarixdə anadan olması barədə doğum akt qeydinin bərpa olunmasına dair iş üzrə ərizənin təmin edilməsinə etirazı yoxdur. Şahid X12 izahatında göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi 1960-cı ildə yay aylarında anadan olması yadında qalıb. Onlar iki bacıdırlar, bir bacısının adı Zenfiradır. Onların anası Məryəm və atası Abaydır. Şahid X6 izahatında göstərdi ki, Səfərova Məryəm onun qışlaq qonşusu olub 1963-cü ilin yay aylarında Məryəmin bir qızı anadan olmuşdur. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1963-cü ildə Şamaxı rayonunun Mərəzə qəsəbəsində doğulmuşdur. İşdə olan Qobustan rayon İHB-nın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2455 saylı arayışa əsasən Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1982-ci ildə 09 nömrə ilə qeydə alınmış təsərrüfatbaşına kitabından çıxarışda göstərilir ki, Ərizəçi doğum ili 1963-cü il göstərilmişdir. İşdə olan Maraqlı şəxs X5 ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli 02 saylı məktubunda göstərilir ki, X3 doğum haqqında akt qeydi X2 və arxiv kitablarında aşkar olunmadığı üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş İİ-JQ seriyalı 499762 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 x xxxx 1982-ci il tarixdə Ərizəçi ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsin verdiyi xx xxx 2020-ci il tarixli 189 saylı ekspert rəyində göstərilir ki, Ərizəçi məhkəmə-tibbi ekspertizasına, tibbi sənədə əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq Ərizəçi müəyyən edilmiş sümük yaşı 60-65 ilə uyğun gəlir. İşdə olan Qobustan rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 227918 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 2007-ci il tarixdə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı 005308 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X8” Publik Hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli 369/Ə saylı əlavə məktubunda da göstərilmişdir ki, Ərizəçi yaşının təyini ilə əlaqədar xx xxx 2020-ci il tarixdə çəkilmiş skelet sümüklərinin rentgenoqrammaları Birliyin Mərkəzi ekspertizası şöbəsinə radioloji tədqiqata təqdim edilmiş və həmin rentgenoqrammaların təkrar təhlilnə əsasən oynaq səthlərində qeyd edilən sümük destruktiv dəyişikliklərin, sümük artımlarının, osteofitlərin, yenicə başlanmaqda olan osteoporoz elementlərinin, endostal zonalarda sümük trabekulunun sorulmasının və itməsinin elmi əsaslandırılmış son həddi 60 ilə uyğundur. Bu hallar tibbi meyarlara əsasən kişilərdə orta hədd kimi 60-dan 65-ə qədər, qadınlarda isə 60 yaşa qədər nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi işdə olan sənədlərə, ekspert rəyinə və digər sənədlərə əsasən 1963-cü ildə doğulması öz təsdiqini tapır. Onun ərizədə göstərdiyi kimi, eləcə də işdə olan sübutlara əsasən doğum akt qeydi xx xxxx 1963-cü ilə bərpa edilməlidir. Şahid ifadəsi ehtimala əsaslanır, dəqiq fikir söylənilmir, ona görə də doğum akt qeydinin bərpası iş üzrə sübutlara əsasən həllini tapır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi xx xxxx 1963-cü il tarixdə Şamaxı rayonunun Mərəzə qəsəbəsində anadan olması barədə doğum akt qeydi bərpa olunmalıdır. Doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi xx xxxx 1963-cü il, soyadı Səfərova, adı Balaxanım, doğum yeri Şamaxı rayonu Mərəzə qəsəbəsi, ata adı Abay, atası qrafasında X14, anası qrafasında X10 yazılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1963-cü il tarixdə Şamaxı rayonunun Mərəzə qəsəbəsində anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi xx xxxx 1963-cü il, soyadı Səfərova, adı Balaxanım, doğum yeri Şamaxı rayonu Mərəzə qəsəbəsi, ata adı Abay, atası qrafasında X14, anası qrafasında X10 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-89/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-89/2020
29.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver