Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1/2022 05.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsnin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı “AZƏRİQAZ“ İB-nin Cavabdeh Xaliqşah oğluna qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə mülki işin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “AZƏRİQAZ“ İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaliqşah oğlundan “AZƏRİQAZ“ İB-nin xeyrinə təbii qazdan istifadəyə görə yaranmış 679 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “AZƏRİQAZ“ İB-nin nümayəndəsi Bahadır Seyfullayev ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışı zərurəti aradan qalxdığına görə iddia ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə İddiaçı “AZƏRİQAZ“ İB-nin nümayəndəsi Bahadır Seyfullayevin ərizəsini iddiadan imtina kimi qiymətləndirərək hesab edir ki, qanuna zidd olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə, iddiaçı “AZƏRİQAZ“ İB-nin nümayəndəsinin iddiadan imtina etməsi qəbul edilməli və həmin əsasla hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262.4, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı “AZƏRİQAZ“ İB-nin Cavabdeh Xaliqşah oğluna qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə 2(027)-1/2022 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunsun. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1/2022
05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver