Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1017/2025 16.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X6 10 fevral 2012-ci il tarixdə və X10 07 sentyabr 2014-cü il tarixdə Quba rayonu Söhüb kəndində o, Ərizəçi doğulmalarına dair anadan mənşəyinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o,, Mustafayeva (Piriyeva) Səhər Arif qızı 2011-ci ildə Quba rayonu, Söhüb kənd sakini X13 ilə el-adəti üzrə toy edərək ailə qurmuşdur. X13 ilə bir ailədə yaşadıqları müddətdə onların 10 fevral 2012-ci il təvəllüdlü Aysel və 07 sentyabr 2014-cü il təvəllüdlü Yusif doğulmuşlar. Övladlarının hər ikisi ev şəraitində doğulmuşdur. Yaşadıqları Quba rayonunun Söhüb kəndi dağlıq ərazidə olmaqla rayon mərkəzindən uzaq məsafədə yerləşdiyindən, eləcə də heyvandarlıqla məşğul olduqları üçün mütəmadi olaraq yaylağa və qışlağa köçdüklərindən Qeydiyyat Şöbəsinə müraciət edərək övladlarına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Övladlarının hər ikisi hazırda sağ və salamat olaraq onlarla bir ailədə yaşayırlar. Bu fakt Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba RMX Söhüb kənd Tibb Məntəqəsinin xx.xx.2023-cü il tarixli arayışları və Quba RİHB-nın Rük kənd İƏD üzrə nümayəndəliyində tərtib və təsdiq olunmuş Aktlar ilə də öz təsdiqini tapır. Hazırda Aysel və Yusifə doğum haqqında şəhadətnamə almaq istəyir, lakin övladlarının hər ikisi ev şəraitində doğulduqlarından, onların doğumundan uzun müddət ötdüyündən və doğumları barədə tibbi arayış olmadığından Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 03-16-5/8-xx-xx/2024 saylı məktubu ilə məhkəməyə müraciət etməyi izah olunmuşdur. X13 ilə nikahlarını 26 noyabr 2019-cu il tarixdə Quba regional Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirmiş və nikahları, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1126 nömrə ilə qeydə alınmışdır. Nikahlarının rəsmiləşdikdən sonra o, ərimin soyadı olan Piriyeva soyadını qəbul etmişdir. Həyat yoldaşı, eləcə də övladlarının atası X4 və Yusifin ataları olmasını etiraf edir və uşaqlarına soyadını verməkdən imtina etmir. Məhkəmədə Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirdi ki, o, Ərizəçi ilə 2011-cı ildə ailə qurmuş və ailə münasibətlərindən iki övladı doğulmuşdur. Övladlarına doğum haqqında şəhadətnamə ala bilməmişdir və məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirdi ki, ərizəçi onun qardaşının həyat yoldaşıdır. Qardaşı Vasif və ərizəçi 2011-cı ildə ailə qurmuş və ailə münasibətlərindən iki övladı doğulmuşdur. Hər iki uşaq hazırda sağdır və ailələri ilə birlikdə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X14 izahatlarında bildirdilər ki, ərizəçi ilə Vasif Piriyev 2011-cı ildə ailə qurmuş və ailə münasibətlərindən iki övladı doğulmuşdur. Uşaqlar ev şəraitində doğulmuşlar. Hər iki uşaq hazırda sağdır və ailələri ilə birlikdə yaşayırlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 361492 saylı “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 ilə Ərizəçi arasında nikah xx.xx.2019-cu il tarixdə Quba regional “ASAN Xidmət” X9 tərəfindən bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Quba RİHB-nın Rük kənd İƏD üzrə nümayəndəliyinin və Söhüb kənd sakinləri Vasif Piriyev, Elman Rəhimov və Rauf Piriyevin iştirakı ilə tərtib edilmiş aktdan götünür ki, şəkil həqiqətən X15 aiddir və X20 xx.xx.2014-cü il tarixində Quba rayon Söhüb anadan olmuş, hazırda həmin kənddə yaşayır. Aktın doğruluğu onların imzaları və nümayəndəliyin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Quba RİHB-nın Rük kənd İƏD üzrə nümayəndəliyinin və Söhüb kənd sakinləri Vasif Piriyev, Elman Rəhimov və Rauf Piriyevin iştirakı ilə tərtib edilmiş aktdan götünür ki, şəkil həqiqətən X11 aiddir və X17 xx.xx.2012-ci il tarixində Quba rayon Söhüb anadan olmuş, hazırda həmin kənddə yaşayır. Aktın doğruluğu onların imzaları və nümayəndəliyin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 29 nömrəli arxiv məlumatına əsasən, X7 oğlu barəsində qeydiyyat şöbəsi üzrə 2014-2021-ci illər doğum haqqında akt qeydləri yoxlanılmış, Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 29 nömrəli arxiv məlumatına əsasən, X12 oğlu barəsində qeydiyyat şöbəsi üzrə 2012-2019-cu illər doğum haqqında akt qeydləri yoxlanılmış, Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Söhüb Tibb məntəqəsinin xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, 10 fevral 2012-ci il təvəllüdlü X17 və 07 sentyabr 2014-cü il təvəllüdlü X3. Valideynləri ilə birlikdə Quba rayonu, Söhüb kəndində yaşayırlar. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 73 nömrəli məlumatından məlum olur ki, tələb olunan sənədləri və uşağın sağlamlığı haqqında arayışı qeydiyyat şöbəsinə təqdim olunmadığına görə doğumun qeydə alınması mümkün olmamışdır, bununla əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: - ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır;-ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunan normalarının təhlilindən aydın olur ki, uşağın doğumu haqqında tibb müəssisənin sənədi olmadıqda və müvafiq qeydiyyat orqanı uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, bu halda məhkəmə məhz uşağın doğum faktının müəyyən edilməsinə dair ərizəyə baxa bilər. Başqa sözlə, uşağın doğulmasına dair tibb müəssiəsinin sənədinin olmaması səbəbindən uşağın doğumunun qeydə alınması və buna dair doğum haqqında şəhadətnamə alınması mümkün olmadıqda, uşağın doğum faktının müəyyən edilməsi halı məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin iddia tələbi uşağın doğum faktının müəyyən edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsinin təmin edilməsindən ibarətdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı bu barədə müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, tələb olunan sənədləri və uşağın sağlamlığı haqqında arayışı qeydiyyat şöbəsinə təqdim olunmadığına görə doğumun qeydə alınması mümkün olmamışdır, bununla əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd olunan halları əsas gətirərək, hər bir halda uşaqların üstün mənafeyinin təmin edilməsi, habelə uşaqların təhsil, sağlamlıq və digər hüquqlarının və üstün maraqlarının təmin edilməsi prinsipini rəhbər tutararq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 10 fevral 2012-ci il tarixdə Quba rayonu, Söhüb kəndində Ərizəçi qız cinsli uşağın doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. 07 sentyabr 2014-cü il tarixdə Quba rayonu, Söhüb kəndində Ərizəçi oğlan cinsli uşağın doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1017/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1017/2025
16.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver