Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1018/2021 30.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən 03.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, ümumi sahəsi 85.40 kv2, torpaq sahəsi 0.03 ha olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı idianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 03.11.2020-ci il traixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 85,40 kv2, torpaq sahəsi 0,03 ha olan fərdi yaşayış evi ona məxsusdur. O,yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən ona məxsus fərdi yaşayış evində ondan başqa cavabdehlərin də qeydiyyatda olduğunu öyrənib. Artıq iyirmi ildən çoxdur ki, cavabdehlər ona məxsus fərdi yaşayış evində yaşamır, onlar özlərinə məxsus evdə yaşayışrlar. Cavabdehlər evdən qeydiyyatdan çıxacaqlarını bildirsələr də, hər dəfə müxtəlif bəhanələr gətirirlər. Bu barədə Quba rayon Polis şöbəsinə müraciət edib. Quba rayon Polis şöbəsinin 31 mart 2021-ei il tarixli məktubu ilə göstərilən şəxslərin Quba şəhəri, Ə.Nərimanov küçəsi ev 71 ünvanında qeydiyyatdan çıxarılması, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə mümkün olacağı bildirilmişdir. Hazırda cavabdehlər ona məxsus fərdi yaşayış evində qalmaları onun mülkiyyət hüquqlarının pozulması sayılır.Cavabdehlərin onun mülkiyyətində olan tərdi yaşayış evində qeydiyyatda qalmaları mülkiyyət hüquqlarını həyata keçirməyə mane olur, bu səbəbdən də məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalıb, ünvan 1 ünvanındayerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçi İddiaçı dinləyib, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Qubadlı rayonu, Abdalami kəndində doğulmuş və 07.07.2005-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Digər şəxslər, 27.03.1994-cü il təvəllüdlü Cavabdeh1 və 23.04.1966-cı il təvəllüdlü Cavabdeh2 da həmin ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri xidmətinin 03.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ümumi sahəsi 85.40 kv2, torpaq sahəsi 0.03 ha olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı qızının xüsusi mülkiyyətindədir. İş materiallarında olan Quba rayon PŞ-nin 31.03.2021-ci il tarixli məktubundan aydın olur ki, göstərilən şəxslər, Cavabdeh1 və Cavabdeh2 Quba şəhəri, Ə.Nərimanov küçəsi ev 71 ünvanında qeydiyyatdan çıxarılması, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə mümkün olacağı bildirilmişdi. Beləliklə, məhkəmədə müəyyən edildi ki, ünvan 5 ünvanda yerləşən yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı ona məxsus həmin evdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsini tələb edir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarına dəvət olunsalar da, onlar məhkəməyə heç bir sübut təqdim etməmiş, irad və etirazlarını bildirməmişdilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 2ci maddəsinə görə, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Eyni Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmədə müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 neçə ildir ki, özlərinə məxsus olan əmlakları götürüb daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus 0,03 ha torpaq sahəsində yerləşən Quba şəhəri, Ə.Nərimanov küçəsi, 71 nömrəli evdən Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 0,03 ha torpaq sahəsində yerləşən Quba şəhəri, Ə.Nərimanov küçəsi, 71 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, qəbul edildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1018/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1018/2021
30.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver