Məhkəmə qərarları › İş №2(027)-1019/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1019/2022

05.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1019/2022 05.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs ASAN xidmət Quba regional bölməsinin Notariat Kontotuna qarşı qohumluq faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhumə analığı X7 ögey anası olması faktının müəyyən edilməsi, mərhumə analığı X7 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN 369, kod 30316028 saylı Dövlət Aktı əsasında Quba rayonunun Bağbanlı kəndində yerləşən 0,25 ha torpaq sahəsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, analığı X11 atası X12 ilə nikahda olmuş və Quba rayonunun Bağbanlı kəndindəki evlərində yaşamışlar. Atası 20.09.1990-cı ildə ölmüşdür. Analığı ilə bundan sonra da birgə yaşayıb və 05.02.2006-cı ildə ölmüşdür. Dəfn mərasimini oğlu kimi o keçirmiş, analığı X18 rayonu Bağbanlı kənd qəbiristanlığında dəfn etmişlər. Faktiki analığı onunla birlikdə yaşadığı üçün o vəfat etdikdən sonra mirası o qəbul edib idarə etmişdir. Lakin mirasın qəbul edilməsi üçün vaxtında notarial orqanlara müraciət etməmişdir. Hal-hazırda uzun müddət keçdiyindən ASAN xidmət Quba regional bölməsinin notariat kontorunda analığının mirasının qəbul edilməsi faktının təsdiq etməkdən imtina olunmuşdur. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən 15 aprel 2022-ci il tarixində dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ögey anası (analığı) olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmədə Ərizəçi ərizəsini müdaifə edərək və ərizəyə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq maraqlı şəxs ASAN xidmət Quba regional bölməsinin Notariat Kontotunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X15 ifadələrində Ərizəçi həmkəndliləri olduğunu, X3 ərizəçinin analığı olmasını, mərhum atası X12 ilə ər-arvad kimi bir ailədə yaşadıqlarını, övladı olmadığını, atasının vəfatından sonra da analığı Zabitə Ərizəçila bir evdə yaşadıqlarını, ona Ədalətin baxdığını, Zabitənin 2006-cı ildə vəfat etdiyini, onun dəfn mərasimini Ədalət tərəfindən icra olunduğunu göstərmişlər. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında İ-İE seriyalı 377915 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 05.01.1921-ci ildə Quba rayonu, Buduq kəndində anadan olmuşdur. İş materiallarında olan doğum haqqında İ-İE seriyalı 379368 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 03.01.1918-ci ildə Quba rayonu, Buduq kəndində anadan olmuşdur. İş materiallarında olan evlənmək haqqında 12 fevral 1958-ci il tarixdə verilmiş İ-İE seriyalı, 087480 №-li şəhadətnamədən görünür ki, X12 ilə X11 arasında nikah 12 fevral 1958-ci ildə bağlanmışdır. İş materiallarında olan ölüm haqqında AZ-İ seriyalı 974224 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X12 20.09.1990-cı il tarixdə Quba rayonu Bağbanlı kəndində ölmüşdür. İş materiallarında olan ölüm haqqında AZ-İ seriyalı 173245 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X11 05.02.2006-cı il tarixdə Quba rayonu Bağbanlı kəndində ölmüşdür. İş materiallarında olan 2022-ci il tarixdə Quba rayonu Bağbanlı kənd sakinləri X9, X13, X8, X2 və X4 iştirakı ilə tərtib olunmuş Aktdan və Quba rayon Barlı Bələdiyyəsinin 01.04.2022-ci il tarixli 31 №li arayışından görünür ki, Ərizəçi analığı-atasının birinci həyat yoldaşı 03.01.1918-ci il təvəllüdlü və 05.02.2006-cı ildə vəfat etmiş X11 vəfat edənə qədər onunla birlikdə bir həyətdə, bir evdə yaşamışdır. Zabitə Adayevanın ahıl və xəstə vaxtı onun xidmətində, qulluğuna olmuş və vəfat etdikdən sonra adət-ənənələrinə uyğun olaraq bütün dəfn xərclərini təmin etmişdir. Mərhumə sağlığında ona məxsus bütün əmlaklara sərəncamçı kimi ona vəsiyyət etmişdir. Hal-hazırda mərhuməyə məxsus 0,26 ha özəl pay torpaq sahəsi Ərizəçi istifadəsindədir. İş materiallarında olan Quba Refional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 03 mart 2022-ci il tarixli 698 saylı arayışdan görünür ki, Ərizəçi miras qoyanın vərəsəsi sayılmadığından, həmçinin mirasın qəbulu müddətini ötürdüyündən və mirasın faktiki qəbulu, ona sahiblik etmə barədə sübutlar təqdim edə bilmədiyindən Notariat haqqında Azərbaycan Respublikası Qanununun–40-cı maddəsinin 1-ci tələbinə əsasən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil, məhkməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması zamanı X1 Ərizəçi ilə qohumluq münasibətlərində ögey anası (analığı) olması, həmin hüquqi faktın müəyyən edilməsinin ona ögey anası X6 qalmış mirası qəbul etmək və vərəsəlik haqqında şəhadətnamə almaq üçün lazım olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması barədə hüquqi əhəmiyyətli fakt məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X1 Ərizəçi ögey anası (analığı) olması faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. X1 Ərizəçi ögey anası (analığı) olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar