Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1024/2023 07.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 20 dekabr 2019-cu il təvəllüdlü Cavabdeh1 Alay oğlu və 02 aprel 2021-ci il təvəllüdlü X1 adlı azyaşlı uşaqları ilə birlikdə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Quba rayonu, Xucbala kəndində yerləşən evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh3 ilə 03 avqust 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, cavabdehlərə məxsus Quba rayonu, Xucbala kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan 20 dekabr 2019-cu il təvəllüdlü Cavabdeh1 Alay oğlu və 02 aprel 2021-ci il təvəllüdlü X1 doğulmuşdur. Ailədaxili münaqişələrə görə evdən çıxmağa məcbur olmuş, müvəqqəti olaraq uşaqları ilə birlikdə valideynlərinə məxsus evə sığınmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlərə məxsus evin mülkiyyət hüququna dair sənədi yoxdur. Həmin yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin ev faktiki mövcuddur, cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Quba rayon Xucbala kənd icra nümayəndəliyinin Xucbala kəndi üzrə təsərrüfat kitabında Cavabdeh1 təsərrüfat sahibi olmaqla cavabdehlərin adı qeyd olunmuşdur. O həmin evə cavabdehlərin razılığı ilə gəlin köçmüş və bu zaman onun qarşısında evə köçməyi, orada yaşamağı ilə bağlı hər hansı bir şərt qoyulmamışdır. O həmin evə orada müvəqqəti yaşamaq üçün deyil, daimi yaşayış yeri olaraq köçmüşdür. Ona görə də onun da mübahisəli evdən cavabdehlərlə bərabər surətdə istifadə etmək hüququ yaranmış və orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində yaşamaq imkanına malikdir. Cavabdehin onu və uşaqlanını həmin evdən məhrum etmək səlahiyyəti yoxdur. Onun başqa yaşayış yeri yoxdur. Cavabdehlər onun gəlin köçdüyü evə qayıtmasına imkan vermirlər. Gəlin köçərkən apardığım cehiz əşyalarım da hal-hazırda həmin evdədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, gəlin köçdüyü evdə 4 ay yaşamış və sonra atası evinə qayıtmışdır. 5 ildir ki, atası evində yaşayır, uşaqları da atasının evində yaşayan zaman doğulmuşdur. Sözügedən ev qayınatasının adınadır. Cehiz əmlakı da həmin evdə yerləşir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək və iddia ərizəsinə etiraz verərək bildirdi ki, iddiaçı mübahisə predmeti olan evdə cəmi 4 ay yaşamış, sonra çıxıb atası evinə getmişdir, iki uşağı da atası evində olan zaman dünyaya gətirmişdir. Sözügedən ev onların mülkiyyəti deyil, həmin ev X2r. Azər Babayev həbsdə olduğundan müvvəqəti yaşamaq üçün evini onlara vermişdir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdelər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdelər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, işdə olan Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyinin sorğuya cavab məktubundan görünür ki, Cavabdeh1 və İddiaçı adında şəxslər Xucbala kənd İƏD üzrə nümayəndəliyin ərazsində aşkar edilməmiş, Quba rayonu, Xucbala kəndində Cavabdeh3 və Cavabdeh2 məxsus ev yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial təsdiqli surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh3 birgə nikahından 20 dekabr 2019-cu il tarixdə Cavabdeh1 Alay oğlu və 02 aprel 2021-ci il tarixdə X1 doğulmuşdur. Göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında mövcud mübahisənin predmeti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məxsus olmayan mənzilə iddiaçının azyaşlı uşaqları ilə birlikdə gəlin köçməsi əsası ilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi tələbi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh3 ilə 03 avqust 2018-ci il tarixdə rəsmi nikah bağlayıb, ailə qurduqdan sonra elə həmin tarixdə Quba rayonu, Xucbala kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Hər iki tərəfin qeyd etdiyi kimi, iddiaçı mübahisəli evdə 4 ay yaşamış, lakin sonra iddiaçı valideylərinin evində yaşamağa başlamışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddaiçı hazırda həmin mənzildə yaşamasa da, gəlin köçüb həmin mübahisəli evdə yaşadığını əsas gətirərək belə bir tələb irəli sürmüşdür. Onu da qeyd etmək lazımdır ki, məhkəmə tərəfindən göndərilmiş sorğu əsasında cavabdehlərin mülkiyyətində yaşayış evinin olmaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının yalnız həmin evə gəlin köçüb yaşaması, onun azyaşlı uşaqları ilə birlikdə evə istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Ona görə də iddiaçının tələbi təmin edilməməlidir. Çünki, iddianın təmin edilməsi mübahisəli mənzilin mülkiyyətçisinin hüquqlarının pozulması deməkdir. Belə ki, məhkəmə hazırki iş üzrə mübahisənin həll olunması üçün aşağıdakı maddi hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında deyilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən də yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmçinin, qeyd olunmuşdur ki, həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən də yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Qanunvericiliyin təhlilindən göründüyü kimi, mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə hüququna onunla birgə yaşayan ailə üzvləri, yəni əri, arvadı, valideynləri, uşaqları malikdir, digər şəxslərin, həmçinin onunla birgə yaşamayan ailə üzvlərinin belə bir hüquqa malik olması üçün mütləq mənada qanunvericiliklə müəyyən olunmuş qaydada notarial formada təsdiq olunmuş razlaşma və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Belə ki, iddiaçı həmin mübahisəli mənzilə istifadə hüququnun yaranmasını yalnız ora gəlin köçüb, müvəqqəti orada yaşaması ilə əlaqələndirmişdir ki, bu hal qanunla nəzərdə tutulmuş qaydada istifadə hüququnun yaranmasına əsas olan mülkiyyətçi ilə notarial formada bağlanılmış razılaşmanı əvəz edə bilməz və bu fakt notarial razılaşma kimi kimi qiymətləndirilə bilməz. Bu hal qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulmuş şərtlər mövcud olmadığından, iddiaçı mübahisəli yaşayış sahəsinə istifadə hüququ əldə etməmişdir. Bu halda mövcud olmayan istifadə hüququnun tanınmasından söhbət gedə bilməz. Beləliklə, məhkəmədə iş üzrə mövcud sübutların tədqiq edilməsi və qanunvericilik normalarının təhlil edilməsi əsasında məhkəmə hesab edir ki, iddiaçının mənzilə istifadə hüququ yaranmadığından belə bir iddia tələbi irəli sürməkdə haqlı olmamışdır və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1024/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1024/2023
07.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver