Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1025/2021 10.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cəmi 29,446.73 (iyirmi doqquz min dörd yüz qırx altı manat, yetmiş üç qəpik) manat, bundan 20,260 (iyirmi min iki yüz altmış) manat əsas, 1,889.16 (bir min səkkiz yüz səksən doqquz manat, on altı qəpik) manat faiz və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7,297.57 (yeddi min iki yüz doxsan yeddi manat, əlli yeddi qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə “Cavabdeh2’ kiçik müəssisəsinə məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən 0.0142 ha torpaq sahəsinə yönəlməsi, yuxarıdakı torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldikdə və torpaq sahəsi satıldıqdan 1 ay sonra ləğv prosesində olan İddiaçı-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.10.2008-ci il tarixli 258.1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsi ilə 20260 (iyirmi min iki yüz altmış) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 28.10.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət üzrə “Cavabdeh2’ kiçik müəssisəsinə məxsus Quba şəhəri, 22-ci məhəllədə yerləşən, 0.0142 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur. Torpaq sahəsinin ipotekaya qoyulması barədə Bank ilə “Cavabdeh2’ kiçik müəssisəsi arasında 13 oktyabr 2008-ci il tarixli 258.1 saylı ipoteka müqaviləsi bağlanmşdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10.11.2008-ci il tarixi MH seriyalı ******* saylı Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********121 saylı 22.01.2021-ci il tarixli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 30.12.2020-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 29,446.73 (iyirmi doqquz min dörd yüz qırx altı manat, 73 qəpik) manat təşkil edir. Bundan 20,260 (iyirmi min iki yüz altmış) manat əsas, 1,889.16 (bir min səkkiz yüz səksən doqquz manat, 16 qəpik) manat faiz və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 7,297.57 (yeddi min iki yüz doxsan yeddi manat, 57 qəpik) manat faiz borcu təşkil edir. İpoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İddia ərizəsində Əmanətlərin Sığortalanması Fondu Kreditlərin İdarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Samir Muradzadə iddia tələbini müdafiə etdiklərini göstərərək, məhkəmə prosesinin bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.6-cı maddələrinə əsasən hazırki mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13.10.2008-ci il tarixli, 258.1 №li kredit təminatlı kredit müqaviləsindən görünür ki, İddiaçı-nin Quba filialı ilə Cavabdeh1 arasında 60 ay müddətinə, illik 14 % ödəmək şərti ilə 20260 (iyirmi min iki yüz altmış) manat məbləğində kredit verilmiş və «Borc alan» Məlikov Bəxti Məlik oğlu kreditin və hesablanmış faizlərin hər ay ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 13 oktyabr 2008-ci il tarixli Cavabdeh2 adından Cavabdeh1 ilə İddiaçı-nin Quba filialı arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün 35000 (otuz beş min) manat dəyərində qiymətləndirilmiş, Cavabdeh2nə məxsus Quba şəhəri, 22-ci məhəllədə yerləşən, mülkiyyətində olan 0,0142 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li, qeydiyyat nömrəsi ********** olan 28.10.2008-ci il tarixli Çıxarışdan görünür ki, Quba şəhəri, 22-ci məhəllədə yerləşən 0,0142 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 kiçik müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 16 iyul 2010-cu il tarixli, №5/5658 saylı bilidirşdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 kiçik müəssisəsinə könüllü şəkildə, tutmanın ipoteka predmetinə yönəldilməsi təklif olunmuş, əks təqdirdə banka olan kredit borcunu dərhal ödəməzsə aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı, kredit müqaviləsinin təminatı olaraq ipoteka predmetinin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldiləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan İddiaçı-nin 26.07.2010-cu il tarixli, 5/5925 saylı ərizəsindən görünür ki, iddiaçı bank hazırki iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan 22.01.2021-ci il tarixli, **********121 №li bildirişdən xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən cavabdehlərə 3 gün müddətində banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı-nin Quba Rayon Məhkəməsinə təqdim etdiyi 08 yanvar 2018-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh1 30 dekabr 2020-ci il tarixə LPO İddiaçı-yə 20,260 (iyirmi min iki yüz altmış) manat məbləğində əsas kredit borcu, 1,889.16 (bir min səkkiz yüz səksən doqquz manat, on altı qəpik) manat məbləğində hesablanmış faiz borcu və 7,297.57 (yeddi min iki yüz doxsan yeddi manat, əlli yeddi qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun faiz borcu olmaqla, cəmi borcu 29,446.73 (iyirmi doqquz min dörd yüz qırx altı manat, yetmiş üç qəpik) manat manat təşkil edir. İş materiallarında olan 26.08.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə təhqiqatı zamanı Cavabdeh1 13 oktyabr 2008-ci il tarixli, 258.1 saylı kredit müqaviləsinə əsasən iddiaçı təşkilatdan 60 ay müddətinə illik 14%-lə 20260 (iyirmi min iki yüz altmış) manat kredit alması, İddiaçı-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün reyestr nömrəsi **********35-olan, ********** qeydiyyat nömrəsilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan, Quba şəhəri, 22-ci məhəllədə yerləşən, 0,0142 ha torpaq sahəsinin ipotekaya qoyulması, həmin ipotekanın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, cavabdehlərin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, Cavabdeh1 iddiaçı təşkilata 20,260 (iyirmi min iki yüz altmış) manat əsas kredit borcu, 1,889.16 (bir min səkkiz yüz səksən doqquz manat, on altı qəpik) manat məbləğində hesablanmış faiz borcunun və 7,297.57 (yeddi min iki yüz doxsan yeddi manat, əlli yeddi qəpik) manat AR Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun yaranması və hazırki iddianın qaldırılması üçün iddiaçı təşkilat tərəfindən 30 manat dövlət rusumunun ödənilməsi, cavabdehin (borclunun) müqavilə öhdəlikləri icra edilmədiyi halda, tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar olunması və xəbərdarlıqdan sonra da müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün həmin orqana ərizə ilə müraciət olunması və bildirişin bu orqanda dövlət qeydiyyatına alınması müəyyən olunmuşdur. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulmasını tələb etsə də, cavabdehin digər əmlaklarının olması, bu əmlaklarla cavabdehin iddiaçı qarşısında kredit öhdəliklərinə görə məsuliyyət daşıması, bu əmlakların adı, harada yerləşməsi, dəyəri, onların cavabdehin mülkiyyətində olması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş və bu iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandıran halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə belə qənaətə gəlir ki, mücərrəd xarakterli və əsası olmayan iddia təmin edilə bilməz. Həm də bu məsələ qətnamənin icrası mərhələsinə aiddir və «İcra haqqında» Azərbaycan Respublikasının qanunun ilə tənzimlənir. Məhkəmə həmçinin hesab edir ki, iddia ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldikdə və torpaq sahəsi satıldıqdan 1 ay sonra ləğv prosesində olan İddiaçı-yə təhvil verilməsi tələbi hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 20,260 (iyirmi min iki yüz altmış) manat əsas borc, 1,889.16 (bir min səkkiz yüz səksən doqquz manat, on altı qəpik) manat məbləğində faiz borcu və 7,297.57 (yeddi min iki yüz doxsan yeddi manat, əlli yeddi qəpik) manat AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 29,446.73 (iyirmi doqquz min dörd yüz qırx altı manat, yetmiş üç qəpik) manat borc, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat tutularaq, İddiaçı-nə ödənilməli, İddiaçı-nin tələbi ipotekaya qoyulmuş Cavabdeh2nə məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən, 0,0142 ha torpaq sahəsinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 35000 manat məbləğində müəyyən edilməli; həmin daşınmaz əmlak açıq hərraca çıxarılaraq satılmalı və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı-nə olan 20,260 manat əsas borc, 1,889.16 manat məbləğində faiz borcu, 7,297.57 manat AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 29,446.73 manat borc, 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat ödənilməli; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e td i: İddia qismən təmin olunsun. Cavabdeh1 “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 20,260 (iyirmi min iki yüz altmış) manat əsas borc, 1,889.16 (bir min səkkiz yüz səksən doqquz manat, on altı qəpik) manat məbləğində faiz borcu və 7,297.57 (yeddi min iki yüz doxsan yeddi manat, əlli yeddi qəpik) manat AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 29,446.73 (iyirmi doqquz min dörd yüz qırx altı manat, yetmiş üç qəpik) manat borc, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat tutularaq, İddiaçı-nə ödənilsin; İddiaçı-nin tələbi ipotekaya qoyulmuş Cavabdeh2nə məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən, 0,0142 ha torpaq sahəsinə yönəldilsin; ipoteka predmetinin ilkin satış qiyməti 35000 manat məbləğində müəyyən edilsin; həmin daşınmaz əmlak açıq hərraca çıxarılaraq satılsın və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı-nə olan 20,260 manat əsas borc, 1,889.16 manat məbləğində faiz borcu, 7,297.57 manat AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 29,446.73 manat borc, 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat ödənilsin; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilsin; iddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1025/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1025/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver