Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1034/2021 03.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarının olmaması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarının olmaması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 60.3 m2, yaşayış sahəsi 38.1 m2, yardımçı sahəsi 22,2 m2 olan iki mərtəbəli, üç otaqdan ibarət mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı, 10 mart 2011-ci il qeydiyyat tarixli çıxarışla mülkiyyət hüququ əsasında ona, X1 ümumi sahəsi 60,3 m2, yaşayış sahəsi 38,1 m2, yardımçı sahə 22,2 m2, olan 2 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evi məxsusdur. Hazırda o, evi satmaq istəyir. Bu məqsədlə notariat kontoruna müraciət etmişdir. Bu zaman ona məxsus ünvan 3 ünvanında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qeydiyyatda olmaları məlum olmuşdur. Dəfələrlə həmin şəxslərə özünə məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxmalarını bildirsə də, onlar müxtəlif bəhanələrlə bundan imtina edirlər. Həmin şəxslər heç vaxt sözügedən evdə yaşamayıblar. Qeydiyyatda olan şəxslərin ona məxsus mənzillə heç bir əlaqələri yoxdur. Ona görədə o, qeyd edilən şəxslərin qeydiyyatdan çıxmaları ilə bağlı olaraq Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Quba rayon Polis Şöbəsinin 26 dekabr 2020-ci il tarixli, məktubu ilə ona məxsus ünvan 3 ünvanında qeydiyyatdan çıxmaları, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə mümkün olacağı bildirilmişdir. Qeyd etdiyi şəxslərin ona məxsus fərdi yaşayış evində qeydiyyatda olmaları, ona mülkiyyət hüquqlarının həyata keçirməyinə mane olur, bu səbəbdən ötrü məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul edərək, izahatında göstərmişdir ki, İddiaçı onun qızıdır. ünvan 4 ünvanında yerləşən 13 saylı mənzil İddiaçı mülkiyyətindədir. O və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin ünvanda qeydiyyatda olsalar da, orada yaşamayıblar. O, hazırda özünə məxsus başqa evdə həyat yoldaşı ilə birlikdə yaşayır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul edərək, izahatında göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzil İddiaçı mülkiyyətindədir. Həmin evdə qeydiyyatda olsa da, heç vaxt orada yaşamayıb. O, hazırda özünə məxsus başqa evdə ailəsi ilə birlikdə yaşayır. İş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 və üçüncü şəxs Quba rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehlərin və üçüncü şəxs Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sübutlara məcmu halda qiymət vərərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır (qeydiyyat tarixi 10.03.2011, qeydiyyat nömrəsi **********). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzildə İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının 17.12.2007-ci il tarixli sərəncamına əsasən verilmiş 401 nömrəli orderin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzildə Cəlilova (Bayramova) Minaxanım Vəliyulla qızı qeydiyyatdadır. Həmin mənzil “xxxx” MTK-nın ümumi yığıncağının 01.09.2007-ci il tarixli qərarı ilə Cəlilova (Bayramova) Minaxanım Vəliyulla qızına verilmişdir. İş materiallarında olan Quba RİH-nin “xxxx” mənzil-tikinti kooperativinin 12.09.2020ci il tarixli, 26 saylı arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzil İddiaçı mülkiyyətindədir. Həmin ünvanda qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 heç vaxt orada yaşamayıblar. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin 26.12.2020-ci il tarixli məktubundan görünür ki, X2 ərizəsinə cavab olaraq, İddiaçı məxsus ünvan 4, mənzil 13dən qeydiyyatdan çıxarılma, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlrına xitam verildikdə mümkün olması bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzil İddiaçı mülkiyyətindədir. Cavabdehlərin həmin məmzildən istifadə hüququ yaranmamışdır. Belə ki, onlar heç vaxt iddiaçının evində yaşamayıblar və ya iddiaçı ilə evdən istifadə hüququnun yaranması barədə müqavilə bağlamayıblar. Onların istifadə hüququnun yaranması üçün əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsində, hazırkı Mənzil Məcəlləsinin 30-cu maddəsində, hazırkı Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Belə ki, 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən, Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar; Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər; Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir; Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır; Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, cavabdehlərin istifadə hüququnun yaranması üçün yuxarıda qeyd olunmuş qanun normalarında müəyyən edilmiş əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehlərin həmin mənzildə qeydiyyatda olması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehlərin mənzildə qeydiyyatda olması maneçilik törədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normaları əsasında hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus ümumi sahəsi 60,3 m2, yaşayış sahəsi 38,1 m2, yardımçı sahəsi 22,2 m2 olan iki mərtəbəli, üç otaqdan ibarət mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadə hüquqlarının olmaması müəyyən edilməli, hazırki qətnamə cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus ümumi sahəsi 60,3 m2, yaşayış sahəsi 38,1 m2, yardımçı sahəsi 22,2 m2 olan iki mərtəbəli, üç otaqdan ibarət mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadə hüquqlarının olmaması müəyyən edilsin. Hazırki qətnamə cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1034/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1034/2021
03.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver