Məhkəmə qərarları › İş №2(027)-1035/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1035/2024

01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1035/2024 01.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1942-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi ərizəyə dəqiqləşmə verərək, 01 iyul 1942-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində doğulması faktı müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən ana qrafasında “X10”, ata qrafasında “X9” olaraq qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 1942-ci ildə Quba rayonu, İİ Nügədi kəndində doğulmuş, həmin il atası Vətən müharibəsinə getmiş və müharibədə həlak olmuşdur. Anası üç az yaşlı övladı ilə müharibə vaxtı olduğu üçün və təhsilsiz olduğu üçün onun üçün doğum haqqında şəhadətnamə almamışdır. 1973-cü ildə Hacıhüseynli kənd sakini X1 ilə ailə qurmuş, birgə nikahdan iki övladı doğulmuşdur. Pensiya yaşına qədər saxvozda işləmiş, 2005-ci ildən 2018-ci ilə qədər yaşına görə ona pensiya təyin edilmiş və adına tərtib olunmuş bank kartı vasitəsi ilə mütəmadi olaraq hər ay pensiyanı almışdır. 2018-ci ildən pensiya ödənişləri elektron sistemə keçirildikdən sonra onun pensiyası dayandırılmışdır. Buna səbəb isə şəxsiyyət vəsiqəsinin olmaması olmuşdur. Doğum haqqında şəhadətnamənin alınması üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, bununla əlaqədar Maraqlı şəxsnə müraciət edən zaman, həmin faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Övladlarının doğum haqqında şəhadətnamələrində və bir çox hüquq müəyyənedici sənədlərdə onun adı qeyd edilmişdir. Oğlu Rövşən və həyat yoldaşı vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, 01 iyul 1942-ci ildə Quba rayonu, İİ Nügədi kəndində doğulmuşdur. İki qardaşı olmuş, lakin vəfat etmişlər. Bacısı olmamışdır. Səfərquliyeva ərinin soyadıdır. X3, atası X4r. Qeyd olunanları nəzərə alaraq, ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi X14 məhkəməyə ərizə təqdim edərək, iş yükü ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onun iştirakı olmadan baxıb təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 ərizəçinin dediklərini təsdiq edərək, bildirdi ki, Ərizəçi onun qardaşının həyat yoldaşıdır. Lumunat 1942-ci ildə doğulmuş, həmin il atası vətən müharibəsində həlak olmuş, anası isə savadsız olduğundan sənədləşmə işlərini bilməmiş və Lumunata doğum haqqında şəhadətnamə almamışdır. Bu məlumatları vaxtı ilə öz valideynlərindən öyrənmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyərək, maraqlı şəxsin ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vİ-BM 002339 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə 1942-ci il təvəllüdlü X7 xx.xx.1966-cı il tarixdə rəsmi nihaka daxil olmuş və nikah bağlanandan sonra arvada “Səfərquliyeva” soyadı verilmişdir; Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 49 nömrəli arayışından görünür ki, 1946-1964-cü illər üzrə Ərizəçi barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar edilməmişdir; Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan verilmiş pensiyaçının uçot vərəqəsindən görünür ki, Ərizəçi 1942-ci il təvəllüdlüdür. Quba RİHB-nın Hacıhüseynli İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 174 saylı arayışdan görünür ki, Ərizəçi 1968-ci ildən Quba rayonu, Hacıhüseynli kəndində yaşamış, hazırda isə səhhəti ilə əlaqədar qızı X8 ilə birlikdə Bakı şəhərində yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 03-16- 5/8-10-162/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasf’nın 2.5.3 və 2.5.4. bəndlərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd ,uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-cü il tarixli 52 saylı qərarının 13-16-cı bəndlərinə əsasən itmiş qeydin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təqdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanı tətəfindən icra edilir. İtmiş yazının qeydiyyat orqanı tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, ölüm,nikah,nikahın pozulması, ad soyad dəyişmə və övladlıq aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlərə əsasən bərpa edilir. Qeyd olunan sənədləri qeydiyyat şöbəsinə təqdim etmək mümkün olmadıqda Ərizəçi doğumunun bərpa edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.1 bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti orqanı tərəfindən aparılmalıdır. Həmin sənədin 2.6 bəndinə əsasən 2.5-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə, doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbyacan MPM-nin: 307.2-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi 01 iyul 1942-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabında ərizəçinin doğumu qeydə alınarkən, adı “Lumunat”, soyadı “Səfərquliyeva”, ata adı “Mustafa”, ana qrafasında “X10”, ata qrafasında “X9” göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 308, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 01 iyul 1942-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində doğulması faktı müəyyən edilsin. Akt qeydləri kitabında ərizəçinin doğumu qeydə alınarkən, adı “Lumunat”, soyadı “Səfərquliyeva”, ata adı “Mustafa”, ana qrafasında “X10”, ata qrafasında “X9” göstərilsin. Doğum faktının müəyyən edilməsi doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar