Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1043/2025 07.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu İddiaçı Cavabdeh qarşı evin boşaldılması tələbi barədə iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı evin boşaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinin tələbinə əsasən dövlət rüsumunun ödənilməsi barədə sənəd iddia ərizəsinə əlavə edilməlidir. İddia ərizəsinin qoşma hissəsində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz göstərilsə də iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263- 264 və 266-268-cı maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı Cavabdeh qarşı evin boşaldılması tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1043/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1043/2025
07.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver