Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1044/2020 18.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015ci i təvəllüdlü Nəcəfov Ömər Tamirlan oğlunun onun yanında saxlanılması və onların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 160 (bir yüz altımış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdehla xx xxxxxxxx 2008-ci ildə el adəti ilə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü Nəcəfov Ömər Tamirlan oğlu olmaqla iki övladları olmuş və hal-hazırda qızı onun himayəsindədir. Ailə qurduqları ilk vaxtlarda aralarında mehriban münasibətlər olsa da, sonradan həmin münasibətlər cavabdehin günahından pozulmuşdur. Cavabdehə bir neçə dəfə şans verməyinə baxmayaraq onun ona qarşı olan xəyanətkar, insana yaraşmayan zorakı hərəkətlərindən artıq cana doymuşdur. Belə ki, 2015-ci ilin fevral ayının 21-i oğlu Ömərə 4 aylıq hamilə olarkən cavabdehin anası və atası ona məcburi olaraq atasının evinə göndəriblər. Bir müddət atasının evində yaşadıqdan sonra oğlu dünyaya gəlmişdir. Oğlunun doğulmasından 40 gün sonra onun cavabdehin evində olan cehiz əmlakının çox az hissəsini qanunsuz şəkildə evdən çıxararaq çölə atıblar. Həmin zaman ərzində 2016-cı ilin mart ayında cavabdeh Nigar adlı qadına elçi gedərək özünə nişan mərasimi həyata keçirmişlər. 2016-cı ilin aprel ayında o, cavabdehi aliment və əmlak tələbinə dair qanuna müvafiq qaydada məhkəməyə vermişdir. Məhkəmə prosesi zamanı cavabdeh və onun valideynləri ona yalvararaq ərizəsini geri götürməyi xahiş etdikdə, o, iş üzrə icraata xitam verilməsi barədə məhkəməyə ərizə vermişdir. 2017-ci ilin yanvar ayının 27-si ona rəsmi nikah edəcəkləri barədə söz verərək onu cavabdehin evinə aparmışlar. Verdikləri sözlərinə əməl etməyərək cavabdeh və onun valideynləri onu 1 il yarım evdə əsir şəklində saxlayaraq, döyüb təhqir etmişlər. Artıq onların bu cürə işgəncələrinə, müxtəlif qadınlarla xəyanətlərinə dözməyərək, 2020-ci ilin aprel ayının 9-u polisə şikayət etmişdir. Sahə rəisi yaşadığı cavabdehlərin evinə gələrək izahatını aldığı zaman atası onun qızı və oğlunu maşına mindirəndə qaynatası Nizami Nəcəfov məcburi qaydada azyaşlı oğlu Öməri maşından düşürüb qaynanası ilə birlikdə bir otağa salıb otağı bağlayaraq ona oğlunu verməmişlər. Cavabdeh və ailəsinin şər-böhtan ailə olduqlarını bildiyinə görə qorxusundan hazırda allergiya xəstəsi olan oğlunu onlardan geri ala bilməmişdir. Neçə dəfələrnən cavabdehə zəng edərək oğlu ilə danışmaq istədiyini bildirsə də, onlar onu oğlu ilə danışdırmır və görüşdürmürlər. Bundan sonra birgə yaşayaraq ailənin qorunub saxlanılması qeyri-mümkündür. Hazırda onun yanında olan qızı Elna və cavabdehlərin məcburi olaraq əlindən aldıqları oğlu Ömərin onun yanında saxlanması və saxlanmaları üçün alimentin alınaraq ona verilməsini istəyir. O, heç yerdə işləmir. Cavabdeh hazırda Quba rayon Təhsil şöbəsində işləyir. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, uşaqların onun yanında saxlanılmasını və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında 317 manat əmək haqqı aldığını, qızı Elnanın anasının himayəsində yaşadığını,lakin onun qızı ilə ünsiyyətinə iddiaçının imkan vermədiyini, oğlunun hazırda onun himayəsində yaşadığını, oğlunun anasını istəmədiyini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materillarını araşdırararaq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş “atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”lərin və “doğum haqqında şəhadətnamə”lərin surətlərindən görünür ki, tərəflərin faktiki ailə münasibətlərindən - xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci i təvəllüdlü Nəcəfov Ömər Tamirlan oğlu anadan olmuşdur. İş üzrə təyin edilmiş Quba RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli rəylərindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü Nəcəfov Ömər Tamirlan oğlunun anaları İddiaçı yanında qalmaları məqsədəmüvafiq hesab edilir. Əvvəlki məhkəmə prosesində valideyinlərinin yanında dindirlmiş xx.xx.2010-cu il təvəllüdlü X6 anasının himayəsində qalmaq istədiyini bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 saylı X7 Mərkəzinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh aylıq əmək haqqısı 313,53 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.3-cü maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il təvəllüdlü Nəcəfov Ömər Tamirlan oğlu Cavabdeh alınaraq, İddiaçı verilməsi vəhazırda iddiaçının himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X3sının himayəsində qalması uşaqların mənafeyi, onların ana qayğısı və nəvazişindən məhrum olunmamaları, ana ilə harmonik vəhdətli münasibətlər zəminində əqli və fiziki inkişaflarına şəraitin yaradılması zərurəti ilə də bağlıdır. Ailənin vəhdətinin qorunması və uşaqların mənafeyinin müdafiə edilməsi hamılıqla qəbul olunmuş demokratik dəyərlərdən biridir və Azərbaycan Respublikasının da tərəfdar çıxdığı bir sıra beynəlxalq normativ-hüquqi aktlarda öz əksini tapmışdır. X8 Ümumi Bəyənnamənin 16-cı maddəsinin 3-cü bəndi, Mülki və X9 Beynəlxalq Paktın 23-cü maddəsinin 1-ci bəndi ailəni cəmiyyətin özəyi kimi xarakterizə edərək, onun cəmiyyət tərəfindən müdafiə edilməsi zərurətini ortaya qoyur. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinin 1-ci bəndi hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququnun olmasını təsbit edir. Avropa Kovensiyasının 8-ci maddəsində və həmin maddə üzrə Avropa Məhkəməsinin prsedentlərində dövlətin o cümlədən ailə həyatına hörmət hüququnun təmin edilməsində pozitiv öhdəliklər daşıdığı xüsusi vurğulanmışdır. Məsələn, Marks Belçikaya qarşı işdə Avropa Məhkəməsi ailə həyatının toxunulmazlığı hüququnun həyata keçirilməsi yolunda maneələrin aradan qıldırılması barədə dövlətin öhdəlik daşıdığını qeyd etmişdir. Həmin işdə Avropa Məhkəməsi 8-ci maddə baxımından «ailə həyatı»nı ən azı yaxın qohumlar arasında münasibətlər kimi ehtiva etmişdir. Olsson İsveçə qarşı işdə (xx xxxx 1988-ci il) Avropa Məhkəməsi bildirdi ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. Azərbaycan Respublikasının qanunvericiliyi də ailənin qorunmasını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Ailə Məcəlləsinin 1.3-cü maddəsində deyilir ki, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmə müdafiəsi imkanlarından irəli gəlir. Yuxarıda göstərilən normalar konteksində məhkəmə nəzərə çatdırır ki, uşaqların əqli və fiziki cəhətdən sağlam inkişafı, təlim-tərbiyəsi heç şübhəsiz ki, ailədən başlayır və ailə üzvləri arasında harmonik davamlı münasibətlərdən birbaşa asılıdır. Lakin, məhkəmə onu da nəzərə çatdırır ki, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü Nəcəfov Ömər Tamirlan oğlunun analarının himayəsinə verilməklə, yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində qalması heç də cavabdehi onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərdə iştirak etmək hüququndan məhrum etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən uşaqların valideynləri ilə ünsiyyətdə olmaq hüquqları vardır. Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Məhkəmə qeyd edilən normaların əsasında hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü Nəcəfov Ömər Tamirlan oğlu analarının himayəsinə verilməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ona görə də cavabdeh iddiaçının yanında qalan uşağlarının saxlanması üçün aliment ödəməyə borcludur.İddiaçı uşaqların saxlanması üçün cavabdehdən hər uşaq üçün hər ay 160 manat məbləğində aliment tələb etsə də, cavabdehin qazancının məbləği barədə sübutlar təqdim etməmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı hər uşaq üçün 160 manat məbləğində müəyyən edilə bilməz. İddiaçı 313, 53 manat əmək haqqı alır. Alimnetin məbləği elə müəyyən edilməldir ki, iddaiçının əmək haqqının bir qismi də onun ehtiyyaclarını təmin etsin. Məhkəmə hesab edir ki, iddiaçının uşaqların onun yanında qalmasını tələb etdiyini və onların saxlanmasında çətinlik çəkəcəyini nəzərə alınaraq, aliment hər uşaq üçün hər ay 75 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, uşaq üçün hər ay 75 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki,xx.xx.2015-ci il təvəllüdlü Nəcəfov Ömər Tamirlan oğlu atasının himayəsindədir. Ona görə də,xx.xx.2015-ci il təvəllüdlü Nəcəfov Ömər Tamirlan oğluna münasibətdə aliment hazırki qətnamə üzrə onun anasının himayəsinə verilməsi ilə bağlı qətnamə icra edildiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü Nəcəfov Ömər Tamirlan oğlu adlı uşalar anaları İddiaçı himayəsinə verilsinlər. xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay75 (yetmiş beş) manat, xx.xx.2015-ci il təvəllüdlü Nəcəfov Ömər Tamirlan oğluna münasibətdə isə aliment hazırki qətnamə üzrə onun anasının himayəsinə verilməsi ilə bağlı qətnamə icra edildiyi vaxtdan 75 manat olmaqlaümumilikdə cəmi 150 manat sabit pul məbləğində alimentCavabdeh tutularaqİddiaçı verilsin. X1 münasibətdə alimentin tutulması hissəsində Azərbaycan Respublikası MPM-in 234.2.1ci maddəsinə əsasən dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1044/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1044/2020
18.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver