Məhkəmə qərarları › İş №2(027)-1049/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1049/2020

25.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1049/2020 25.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X1 onun yanında saxlanılması və onun saxlanılması üçün cavabdehdən hər ay uşağa görə 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə el-adəti ilə toy edərək ailə qurmuşdur. Birgə münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdeh onu döyərək, valideynlərinə zəng edib onu gəlib aparmalarını tələb etmişdir. Həmin gündən o, valideynlərinin yanında qalır. Azyaşlı qızı Lətifə isə cavabdehin evində qalmışdır. Dəfələrlə uşağı tələb etsə də, cavabdeh qızı ona vermir. Qızı Lətifə azyaşlıdır. Onun ana qayğısına ehtiyacı var. Ona görə də, qızı xx.xx.2019-cu il təvəllüdlü X1 onun yanında saxlanılmaqla, cavabdehdən aliment alınaraq ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, uşağın onun yanında saxlanılmasını və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iddianı qəbul etməyək, iddianın təmin edilməməsini xahiş etmişdir.O, bidirmişdir ki, iddiaçı özü uşağı evdə qoyub gedib. Nə vaxt istəsə evə qayıda bilər və o, ailənin bir yerdə yaşmasını istəyir. Məhkəmə tərəfləri dinləyib, iş materillarını araşdırararaq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş Quba regional “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli doğum haqqında qeydindən görünür ki, tərəflərin faktiki ailə münasibətlərindən - xx.xx.2019-cu il təvəllüdlü X3 anadan olmuşdur. İş üzrə təyin edilmiş Quba RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 anası İddiaçı yanında qalması məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.3-cü maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il təvəllüdlü X1İddiaçı himayəsində qalması uşağın mənafeyi, onun ana qayğısı və nəvazişindən məhrum olunmaması, ana ilə harmonik vəhdətli münasibətlər zəminində əqli və fiziki inkişafına şəraitin yaradılması zərurəti ilə də bağlıdır. Ailənin vəhdətinin qorunması və uşağın mənafeyinin müdafiə edilməsi hamılıqla qəbul olunmuş demokratik dəyərlərdən biridir və Azərbaycan Respublikasının da tərəfdar çıxdığı bir sıra beynəlxalq normativ-hüquqi aktlarda öz əksini tapmışdır. X4 Ümumi Bəyənnamənin 16-cı maddəsinin 3-cü bəndi, Mülki və X5 Beynəlxalq Paktın 23-cü maddəsinin 1-ci bəndi ailəni cəmiyyətin özəyi kimi xarakterizə edərək, onun cəmiyyət tərəfindən müdafiə edilməsi zərurətini ortaya qoyur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinin 1-ci bəndi hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququnun olmasını təsbit edir. Avropa Kovensiyasının 8-ci maddəsində və həmin maddə üzrə Avropa Məhkəməsinin prsedentlərində dövlətin o cümlədən ailə həyatına hörmət hüququnun təmin edilməsində pozitiv öhdəliklər daşıdığı xüsusi vurğulanmışdır. Məsələn, Marks Belçikaya qarşı işdə Avropa Məhkəməsi ailə həyatının toxunulmazlığı hüququnun həyata keçirilməsi yolunda maneələrin aradan qıldırılması barədə dövlətin öhdəlik daşıdığını qeyd etmişdir. Həmin işdə Avropa Məhkəməsi 8-ci maddə baxımından «ailə həyatı»nı ən azı yaxın qohumlar arasında münasibətlər kimi ehtiva etmişdir. Olsson İsveçə qarşı işdə (xx xxxx 1988-ci il) Avropa Məhkəməsi bildirdi ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. Azərbaycan Respublikasının qanunvericiliyi də ailənin qorunmasını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Ailə Məcəlləsinin 1.3-cü maddəsində deyilir ki, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmə müdafiəsi imkanlarından irəli gəlir. Yuxarıda göstərilən normalar konteksində məhkəmə nəzərə çatdırır ki, uşağın əqli və fiziki cəhətdən sağlam inkişafı, təlim-tərbiyəsi heç şübhəsiz ki, ailədən başlayır və ailə üzvləri arasında harmonik davamlı münasibətlərdən birbaşa asılıdır. Lakin, məhkəmə onu da nəzərə çatdırır ki, xx.xx.2019-cu il təvəllüdlü X1 anasının himayəsinə verilməklə, azyaşlıuşağın iddiaçının himayəsində qalması heç də cavabdehi onunla ünsiyyətdə olmaq, uşağın tərbiyəsi və təhsili ilə bağlı məsələlərdə iştirak etmək hüququndan məhrum etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən uşaqların valideynləri ilə ünsiyyətdə olmaq hüquqları vardır. Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Məhkəmə qeyd edilən normaların əsasında hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X3 anasının himayəsinə verilməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ona görə də cavabdeh iddiaçının yanında qalan uşağlarının saxlanması üçün aliment ödəməyə borcludur.İddiaçı uşağın saxlanması üçün cavabdehdən uşaq üçün hər ay 200 manat məbləğində aliment tələb etsə də, cavabdehin qazancının məbləği barədə sübutlar təqdim etməmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı uşaq üçün 200 manat məbləğində müəyyən edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının uşaqların onun yanında qalmasını tələb etdiyini və onların saxlanmasında çətinlik çəkəcəyini nəzərə alınaraq, aliment uşaq üçün hər ay 130 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, uşaq üçün hər ay 130 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Qətnamə alimentə dair hissədə uşağın ananın himayəsinə verildiyi vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X3 adlı uşaq anası İddiaçı himayəsinə verilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün uşağın ananın himayəsinə verilməsi hissəsəində qətnamə icra olunduğu vaxtdan hər ay130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentCavabdeh tutularaqİddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar